Sabir Rüstəmxanlıdan Ərdəbilli millət vəkilinə cavab: ”Biz türkük”
“Biz türk deyilik, azəriyik”-deyən Ərdəbilli millət vəkili Mənsur Həqiqətpurun bu cür yanaşması təkcə Güneydə deyil, ölkəmizdə də narazılıqla qarşılandı.
"Xeberinfo.com": Məlumata görə, Millət vəkili bildirib ki, türk dili əslində bizim ana dilimiz deyil: “Bizim ana dilimiz azəri ləhcəsi ilə fars dilidir. Azəri adında dil yoxdur, azəri ləhcəsi isə hazırda aradan gedibdir. Və onun aradan getməsinin səbəbləri elmi şəkildə araşdırılmalıdır. Lakin bizim indiki dilimiz türk dilidir, ərəb və fars dili ilə qarışıb. Kürd, gilək, azəri, lor və bu kimiləri dil adlandırmaq olmaz, onların hamısı fars dilinin ləhcələridir”.
Ərədbilli millət vəkili Türk Dil Qurumunun təsisi ilə bağlı bildirib ki, belə bir qurum İran Azərbaycanında deyil, əsl türklərin yaşadığı Özbəkistan, Qırğızıstan və Qazaxıstan kimi ölkələrdə qurulmalıdır.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Mənsur Həqiqətpurun bildirdiyi fikirləri hiddətlə qarşılayıb. “Yeni Müsavat”ın əməkdaşına bu barədə açıqlama verən millət vəkili “qətiyyətlə biz türkük” deyib: “O vəkil tamamilə səhv fikirdədir. Millət vəkil olanda nə olar? Azəri sözü Azərbaycan sözünün köküdür. Bizi farsla əlaqələndirməkləri qətiyyən doğru deyil. Həmin millət vəkili hansı cəfəngiyyatdan danışırsa, danışsın, qətiyyətlə ona bildirirəm ki, biz türkük, azəri türkü. Var özbək, türkmən, Anadolu, Qazax türkü və s. Biz də Azərbaycan türküyük. Bunu kafalarında yerləşdiməlidirlər artıq”.
Milllət vəkili Güneydəki ana dilimizin varlığından danışıb: “Bu gün İranda azərbaycanlılar farsca deyil, türkcə danışır. Güneydə hazırda hər yerdə məktəblərdə təhsil yalnız fars dilindədir. Onlar çalışırlar ki, bu dili xalqımıza yeritsinlər. Nə qədər dərslər farsca keçirirlirsə-keçirirlsin, hər gün Güneydə azərbaycanlılar bizim kanalları izləyir, öz ana dilində olan verlişlərə baxır, ədəbiyyatımızı oxuyur. Azərbaycan milləti farsların hər cür zülmünə dözüblər, lakin onlara öz dilini uduzmayıblar. Buna görə də Güneydə ana dilimizin gələcəyi haqqında narahat deyiləm”.
Zamanında sovet dövründə ruslar tərəfindən bu cür təzyiqlər edilirdi, indi də Güneydə farslar azərbaycanlılara qarşı təzyiqlər edir. Hazırda dünyada bir Azərbaycan dövləti var, onun onlarla universitetləri, ali təhsil ocaqları var, ana dilində mətbuatı var”.
“Onlara təzyiq olunursa, onlar da təzyiq etməyi bacarmalıdırlar”
Sabir Rüstəmxanlı bu günlərdə İranda keçirilən Dünya Ana Dili Gününə aid tədbirlərdə həbs edilən milli fəallarımızdan da danışıb: “Milli fəallar hər zaman həbs olunub və bundan sonra da belə olacaq. Milliyətimniz uğrunda təbii ki, həbs də, ölüm də, asılmalar da olacaq. Buna görə də olanları faciə kimi göstəməyə çalışmaq lazım deyil. Əksinə mən istərdim ki, mübarizə daha da geniş olsun. Onlara təzyiq olunursa, onlar da təzyiq etməyi bacarmalıdırlar. Bu millət öz azadlığını, özgürlüyünü, bütövlüyünü qazanmaq istəyirsə mübarizə aparmaldır. Dil uğrunda olan mübarizə millətin varlığı uğrunda gedən mübarizədir. Yəni bu mübarizəni təkcə dillə bağlamaq olmaz. Dil varsa millət var, yoxdursa o millətin varlığından danışmaq mümkün deyil. Ona görə də farslar, İran hakimiyyəti ilk növbədə dilə hücüm edib xalqı bu varlıqdan məhrum etmək istəyir.
Mən Güneydə yaşayan 35 milyon azərbaycan türkünün varlığına, gücünə, mətanətinə, gələcəyinə inanram, arxayınam ki, onlar həm dillərini, varlıqlarını, həm də gələcəklərini qoruya biləcəklər. İnanıram ki, gələcəkdə hər şey bizim xeyrimizə olacaq”.
Qeyd edək ki, fevralın 21-də İranda keçirilən Dünya Ana Dili Günü tədbirləri ilə bağlı 100-dən artıq azərbaycanlı fəal həbs olunub. Məlumata görə 50 fəal zəmanət qarşılığında sərbəst buraxılsa da onlarala fəal hələ də həbsdədir. Günaz TV saytı milli fəal və keçmişdə fəaliyyətləri üzündən universitet müəllimliyi vəzifəsindən kənarlaşdırılmış Əlirza Fərşinin tutulduğu zaman yaralandığı barədə məlumat verib.
Həbs edilimiş bir çox fəalın sərbəst buraxılması üçün müəyyənləşmiş yüksək məbləğli zəmanətləri verməkdən imtina etdiyi bildirilir. Məhbusların artıq aclıq aksiyasına başladığı haqda xəbərlər yayılıb.