Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bakının balanslı siyasəti -Çinlə strateji tərəfdaşlıq ölkəyə böyük pullar gətirəcək...

İki ölkə arasında imzalanan bəyannamə vaxtilə Qazaxıstanla da olub və ölkə bunun iqtisadi bəhrəsini görür; mütəxəssislər sənədin siyasi-ekonomik əhəmiyyətini yüksək dəyərləndirir - tezliklə Ümumdünya Ticarət Təşkilatına üzv ola bilərik 

Yenixeber.org: Dünyada yeni nizam qurulur, tərəfdaşlar, müttəfiqlər müəyyənləşir. Bu prosesdə xeyli kiçik və inkişaf etməkdə olan ölkələr baş çıxara, doğru siyasət qura bilmirlər. Azərbaycan bu baxımdan xoşbəxt sayıla bilər: ölkə lideri elə bir xarici siyasət qurub ki, bunun bərhələrini hər addımda görürük. Qardaş Türkiyə ilə dünyada analoqu olmayan münasibətlərimiz var, Rusiya ilə strateji müttəfiqlik sazişimiz var, NATO, ABŞ-la əməkdaşlıqlar milli maraqlarımıza uyğun şəkildə qurulub... 

Və belə bir çoxvektorlu xarici siyasətin yürüdüldüyü zamanda Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə qəbul olundu. Bu bəyannamə iqtisadi baxımdan optimal olmaqla yanaşı, siyasi baxımdan da usta gedişdir. Çin dünyanın böyük bir gücüdür və iqtisadi inkişafı ilə meydan oxuyur. Belə bir dövlətlə strateji tərəfdaşlıq perspektivdə müsbət irəliləyişlər vəd edir. Prezident İlham Əliyev Astana sammitində bəyan etdi ki, Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır: “Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT arasında əməkdaşlığın vacib sahəsini təşkil edir”. 

Siyasi texnoloq Qədir Aslan bildirdi ki, Çinlə imzalanan strateji deklorasiya mühüm əhəmiyyət kəsb edir və tarixidir. “Eyni bəyannaməni Çin 2005-ci ildə Qazaxıstanla imzalamışdı və indi bu türk ölkəsi həmin sənədin verdiyi bəhrədən yararlanır. Azərbaycanla imzalanmış bəyannamə də Qazaxıstanla olan sənədlə üst-üstə düşür. Bəri başdan Azərbaycan qarşısında şərt qoyulur ki, Ümumdünya Ticarət Təşkilatına üzv olmaq lazımdır. Buradan yola çıxaraq demək olar ki, Azərbaycan tezliklə ÜTT-yə üzv olacaq. Bu təşkilata üzvlük strateji məhsullarımızın, kənd təsərrüfatı mallarımızın ixracatında potensialımızı artıracaq. Habelə, üzvlük nəticəsində bizi gözləyən iqtisadiyyatın liberallaşdırılması, maliyyə dövriyyəsinin liberallaşdırılması məsələləri var. Yəni iqtisadi, sənaye zonalarının yaradılması ilə Azərbaycana külli miqdarda valyuta axını təmin ediləcək”, - deyə ekspert vurğuladı.

Onun sözlərinə görə, bundan əlavə, institusional mexanizmlər yaranacaq: “Azərbaycanın gömrük, məhkəmə sistemlərində dəyişiklik olacaq. Xarici investorlarla bağlı xüsusi məhkəmə sistemi yaradılacaq. Bu daha çox maliyyə-arbitraj mərkəzi rolunda çıxış edəcək, Azərbaycan hüquq sisteminə yox, Böyük Britaniyaya tabe olacaq. Rəhbərliyi isə məhkəmə kollegiyası tərəfindən həyata keçiriləcək. Həmçinin, Prezident yanında xarici investorlarla bağlı şura yaranacaq. Baş nazir, yaxud onun müavini səviyyəsində maliyyə ombudsmanlığı təsis ediləcək. Eyni zamanda, investisiya mühitinin yaxşılaşdırılması üçün koordinasiya mərkəzi yaradılacaq. Bütün bunlar Azərbaycanın iqtisadi potensialını birəbeş artıracaq, əhalinin rifah səviyyəsinə də müsbət təsiri olacaq”. Siyasi şərhçi əlavə etdi ki, Azərbaycan azad dünyanın iqtisadi münasibətlərinə inteqrasiya edəcək, dünya maliyyə sisteminə qoşulacaq, gömrük tarifləri azalacaq: “Çin 2021-ci ildə ÜTT-yə üzv olub, onun başçılığı ilə beynəxalq maliyyə proyekti başlanıb. Belə görünür ki, Orta Asiya, Cənubi Qafqaz ölkələri ilə kurasiya işləri Çinə tapşırılıb. Bizi dəhlizlə əlaqədar böyük maliyyə axını gözləməkdədir. Bir sözlə, iki ölkə arasında yüksək səviyyəli bir strateji dekorasiya imzalanıb”.

Zaur Məmmədov: Azərbaycan bütün məsələlərdə hər zaman Türkiyənin yanındadır  - AZƏRTAC

Siyasi ekspert Zaur Məmmədov hesab edir ki, Çinlə Azərbaycan arasında strateji əməkdaşlıqla bağlı məsələlərin təhlil edilməsi, müxtəlif istiqamətərdə çoxşaxəli bir mətnin qəbul edilməsi rəsmi Pekinin Bakıya verdiyi önəmi göstərir: “Təbii ki, Azərbaycan da prinsipiallığını bir daha nümayiş etdirdi. Azərbaycan tərəfi Çinin ərazi bütövlüyünü, Tayvan və digər məsələlərdə Çinin apardığı siyasəti dəstəklədiyini bəyan etdi. Çünki ölkələrin ərazi bütövlüyü Azərbaycan üçün vacibdir. Eyni zamanda Çin tərəfi də Ermənistanla danışıqlarda məhz Azərbaycanın təklif etdiyi prinsiplər əsasında məsələlərin həllinə dəstək verdiyini ifadə etdi. Bu da bizim üçün olduqca vacibdir. Biz bilirik ki, dünyada Çinin siyasi və iqtisadi sahədə rolu artmaqdadır. Pekin-Bakı münasibətlərinin inkişafı BMT-nin Təhlükəsizlik Şurasında, ayrı-ayrı beynəlxalq təşkilatlarda Çinin Azərbaycana qarşı mövqedə olmayacağına işarədir”.

Z.Məmmədovun sözlərinə görə, 2022-2023-cü illərə nəzər salsaq, Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu vasitəsilə Çinlə Avropa arasında yükdaşımaların payı artmaqdadır: “Gələcəkdə bunun daha da genişlənməsi nəzərdə tutulur. Çünki BTQ-nin yüktutma həcmi genişləndirilir, Zəngəzur dəhlizi mövzusu gündəmdədir. Həmçinin, Bakı ətrafında limanlar tikilib ki, Azərbaycan Mərkəzi Asiya və Çindən Avropaya və əks istiqamətdə yüklərin daşınmasında xüsusi rol oynaya bilər”. Politoloqun fikrincə, Bakı-Pekin münasibətləri avtomatik olaraq Azərbaycanla ŞƏT arasında əməkdaşlıq münasibətlərinə də təsir edəcək: “Bu, Azərbaycanın Şərqi Asiyada da iqtisadi imkanlarının genişlənməsinə, Çinin Azərbaycana daha çox investisiya yatırmasına gətirib çıxaracaq. Çin şirkətlərinin Azərbaycandakı payı artmaqdadır. Azərbaycan investisiyası da Çində az paya sahib deyil. Bunun daha da artırılması, genişləndirilməsi əsas mövzulardan biridir”.

Siyasi icmalçı Aqşin Kərimova görə, Azərbaycan regional siyasətindən kənara çıxan strategiyanı həyata keçirir: “Bu, Çinin Asiyadakı maraq və gündəliyinə dəstəyi ifadə edən prioritetlər şəklində üzə çıxa bilər. Çin isə Cənubi Qafqazda iqtisadi genişlənmə ilə yanaşı geosiyasi məsələlərdə rol alır və bu strategiyasını Azərbaycan üzərindən qurur. Proqnozlaşdırmaq olar ki, Çinin bölgədəki iqtisadi portfeli ilə yanaşı diplomatik-siyasi təsirləri genişlənəcək. Çin ölkələrin digər ölkələrin daxili siyasətinə qarışmaqdan çəkindiyi çoxqütblü dünya nizamını hədəfləyir. Bu, Azərbaycanın maraqlarına cavab verən yanaşmadır və nəzərə almaq mütləqdir ki, daxili işlərə qarışmamaq barədə Bəyannamədə də əks olunub”.(musavat)

Emil SALAMOĞLU


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam