Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Zelenskidən yeni əks-hücum anonsu -bu il dönüş nöqtəsi olacaq...

Müharibənin üçüncü ili başladı, Ukrayna lideri etiraf etdi ki, rus ordusu ilə qüvvələr 7:1 nisbətindədir və say üstünlüyünə malik olmasalar, yeni ərazilər itirəcəklər; prezident ilk dəfə nə qədər əsgərinin həlak olduğunu da açıqlayıb - ekspert təhlili

Yenixeber.org: “Rusiya prezidenti Vladimir Putin 2019-cu ildə Donbasda atəşkəsə çağırmışdı”. Ukrayna prezidenti Volodimir Zelenski “Ukrayna. 2024" forumunda çıxışında deyib. Onun sözlərinə görə, 2019-cu ildə Parisdə keçirilən "Normand dördlüyü" sammitində şəxsi görüşü zamanı Putin ondan Ukraynanın cənub-şərqində atəşkəsin əldə edilməsini istəyib: “Mən ona dedim ki, Minsk razılaşmaları işləmir, çünki qoşunların təmas xəttinə çəkilməsi ideyasının özü işləmir. O, daim atəşkəs məsələsini gündəmə gətirirdi. Dedim ki, biz hələ 20 il dondurulmuş münaqişə vəziyyətində olacağıq ki, bu da müharibənin bitmədiyini göstərir. Bu barədə danışdıq”. Onun sözlərinə görə, Ukrayna münaqişənin nizamlanması ilə bağlı planını İsveçrədəki ikinci konfransda Rusiya tərəfinə təqdim edəcək. Ölkə lideri silahlı qüvvələrdə canlı qüvvə sarıdan çatışmazlıqların olduğunu bildirib. “Rusiya ordusu ilə qüvvələr 7:1 nisbətindədir. Rusları geri çəkmək üçün qüvvələr nisbəti 1:1,5 olmalıdır. Canlı qüvvə itirməmək strateji baxımdan çox vacibdir”, - deyə o bildirib. Zelenski etiraf edib ki, Ukrayna say üstünlüyünə malik olmasa, ərazilərini itirməkdə davam edəcək. “100 metr, 50 metr itirəcəyik”, - deyə o qeyd edib.

Zelenski davam edən müharibə fonunda isə bu ili dönüş nöqtəsi adlandırıb. “Düşünmürəm ki, bu, ən zəif məqamdır. Sarsıdıcı məqam iki il əvvəl fevralın 24-ü idi. İndi bizim birliyimiz üçün ən çətin məqamdır. Əgər biz ortaqlarımızla və daxildən dağılsaq, onda bu, ən zəif an olacaq. Hələ ki bu baş verməyib”, - o bildirib. Ukrayna lideri anons edib ki, yeni əks-hücuma hazırlaşırlar və plan mövcuddur. “Aydın planımız var, detalları açıqlaya bilmərəm, buna hüququm yoxdur. Bu plan rəhbərliyin dəyişməsi ilə bağlıdır, bəli, müəyyən dəyişikliklər var”, - deyə Zelenski bildirib. Prezident indiyə qədər 31 min ukraynalı əsgərin həlak olduğunu deyib: “Bu müharibədə 31 min Ukrayna əsgəri həlak olub. Putin və onun fırıldaqçı çevrəsinin dediyi kimi 300 min yox, 150 min yox. Amma bu itkilərin hər biri bizim üçün böyük itkidir. Eyni zamanda 180 min rusiyalı həlak olub. Onların nə qədərinin itkin düşdüyünü bilmirəm, amma bilirəm ki, yaralılarla birlikdə 500 minə qədər adam var”.

Qeyd edək ki, tərəflər savaşın üçüncü ilinə start veriblər. Belə vəziyyətdə son məlumata görə, Rusiya Silahlı Qüvvələri Ukraynanın Rabotino yaşayış məntəqəsinə daxil olub və hücum əməliyyatlarını davam etdirir. Zaporojye vilayətinin qubernatoru vəzifəsini icra edən Yevgeni Balitski deyib ki, cəbhədə vəziyyət kökündən dəyişib. Lakin Böyük Britaniyanın sabiq baş naziri Boris Conson hələ də inanır ki, Putinin Krımdakı mövqeyi zəifdir və Qərbin Ukraynaya lazımi silahlarla dəstək verməyə davam edəcəyi təqdirdə yarımadanın geri qaytarılması tamamilə realdır. Avropa Xarici Əlaqələr Şurasının hərbi analitiki Qustav Qressel isə hesab edir ki, Rusiya Ukraynaya qarşı müharibədə təxminən 2027-2028-ci ilə qədər dayana biləcək. “Nyu-York Tayms” məlumat yayıb ki, müharibədə 70 minə yaxın ukraynalı hərbçi həlak olub, 100-120 min nəfər isə yaralanıb. 

Asif Nərimanlı yazır...

     Asif Nərimanlı

Siyasi təhlilçi Asif Nərimanlıya görə, bu müddətdə Rusiya istədiyinə tam nail ola bilməsə də, proqnozlaşdırıldığı, xüsusilə Qərb mediasının təqdim etdiyi kimi məhv olmadı, ruslar da küçələrə çıxıb Putini devirmədilər: “Müharibənin qalib tərəfi isə hələ də ABŞ-NATO cəbhəsidir, xüsusilə "beyin ölümü keçirdiyi" deyilən Şimal Alyansının dirildilməsi baxımından... Ukraynada həqiqətənmi ABŞ və Rusiya döyüşür, yoxsa bu müharibə hər iki tərəfin iştirakı ilə yeni dünya nizamının qurulması üçün başlanıb? Bu sual hələ də açıq qalır, çünki proses tamamlanmayıb. Sadəcə, müharibənin ilk günü “Ukraynanın poliqona çevrildiyini” demişdik və etirazla qarşılanmışdı. Bu gün mənzərə o qədər də fərqli deyil. Və bu, nə Ukrayna xalqının, nə də problemi miras alan Zelenskinin günahı deyildi. Bu, geosiyasi plan idi və Ukrayna hesablaşma meydanı olaraq seçilmişdi".

Ekspertin fikrincə, Rusiyanın Ukraynaya hücumu düz məntiqdən kənarda idi: “Ukraynanın NATO-ya üzvlüyünün çətinliyi, ən azı orta perspektivdə mümkünsüzlüyünü Vaşinqtonda da, Moskvada da bilirdilər. Məsələ NATO-nun Rusiya sərhədlərinə yaxınlaşmasından ibarət deyil. İttifaq illərdir Şərqi Avropanın şərq sərhədi boyunca yerləşib. Donbas məsələsinin Rusiyanın istəyinə uyğun olan Minsk razılaşması çərçivəsində həlli imkanı heç olmadığı qədər yetişmişdi. Hücumdan öncə Makron və Şolts Zelenski ilə "yüksək status" üzərində razılaşmış, Fransa prezidenti hətta Moskva-Kiyev danışıqlarından müzakirə olunan Ukraynanın “neytral status”u təklifini də Kremlə aparmışdı. Putinin ABŞ-Rusiya qarşıdurmasında Qərb cəbhəsini, həm də NATO-nu Paris və Berlin üzərindən bölmək imkanı geniş idi: Donbas separatçılarına “yüksək status” ala, qoşunlarını sərhədinə yığdığı Ukraynanın “neytral status”unu Makron və Şoltsun dəstəyi ilə əldə edə, ABŞ-ın Avropadakı təsirinə ciddi zərbə vura, hətta “genişlənməsini” təhlükə olaraq gördüyü NATO-nu daxildən parçalaya bilərdi. 22 fevral - Donetsk və Luqansk separatçılarının “müstəqilliyinin” tanındığı günə qədər Rusiyanın diplomatik cəbhədə əli güclü idi və düz məntiqlə Moskva kartların qarışmasına imkan verməməli idi. Putin üstünlüyünü qurban verdi və Şoltsla Makronu masada tərk edib, açıq şəkildə Baydenin əlinə oynadı".(musavat)

Emil SALAMOĞLU


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam