Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

“Brüsselin siyasəti Avropa Birliyinin tabutuna mismar vurur” -"Avropa İttifaqının dağılması yox, dəyişməsi lazımdır"

Orban: Azərbaycan Aİ-nin enerji müstəqilliyi üçün strateji əhəmiyyət daşıyır
“Brüsselin siyasəti Avropa Birliyinin tabutuna tədricən mismar vurur”.

Yenixeber.org: Bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

“Mən əminəm ki, bu gün Brüsseldə onlar Avropanı parçalayırlar və onu məhvə aparırlar”, - Orban vurğulayıb.

O, xəbərdarlıq edib ki, Brüssel mövcud siyasəti davam etdirsə, bu, Avropa İttifaqı üçün pis nəticələnə bilər:

“Hesab edirəm ki, Avropanın hazırkı modeli dayanıqlı olmadığı üçün ondan imtina edilməlidir. Avropa İttifaqı sadəcə olaraq dağılacaq və bunun qarşısı alınmalıdır. Qurumun vahid qalması bizim maraqlarımıza uyğundur. Böyük çətinliklə toplananlar toxunulmaz qalsın”.

O hesab edir ki, Avropa İttifaqının dağılması yox, dəyişməsi lazımdır. Lakin bu, yalnız birbaşa Brüsseldə köklü dəyişikliklər olacağı təqdirdə mümkündür.

Viktor Orban qeyd edib ki, bütün dünya özünü yeniləsə də, Brüssel Avropaya “xaosa aparan” köhnəlmiş inkişaf modelini təklif edir:

“Getdikcə daha az insan işləyir, getdikcə daha çox insan işsiz yaşamaq istəyir. Sosial nizam yox olur, miqrasiyanın nəticələri idarəolunmazdır, investorlar pullarını Avropadan Amerika və Asiyaya köçürür”.

Qeyd edək ki, bu gün Macarıstanın Baş naziri Viktor Orban yenidən hakim FİDES partiyasının sədri seçilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam