Redaktor seçimi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Günün xəbəri

Düşmənlərin yeni həmləsi:Azərbaycanın Avropa Şurasında mandatını dayandırmaq

Türkiyə və Azərbaycanın qurumdan çıxarılması ilə bağlı çağırışlar ciddi qəbul edilə bilməz, amma...

Yenixeber.org: AŞ PA-nın son sessiyasında Azərbaycana qarşı “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnaməsini ermənilər “bayram” kimi qəbul etdilər. Bütün ümidlərini itirən Ermənistan AŞ PA-nın “rəsmi Bakı öz öhdəliklərini yerinə yetirə bilməsə, Assambleyanın AŞ PA-nın 2024-cü ildə keçiriləcək ilk sessiyasında Azərbaycan nümayəndə heyətinin ən azı müvəqqəti olaraq dayandırılmasına səs verməkdən başqa yolu qalmayacaq” bəyanatına seviniblər.

Qeyd edək ki, AŞ PA Türkiyə əleyhinə də qətnamə qəbul edib. Petr Bayrın (Avstriya) məruzəsi əsasında hazırlanan qətnamədə deyilir ki, Ankara ölkə qanunlarına zidd fəaliyyətinə görə həbs edilən Osman Kavalanı 1 yanvar 2024-cü il tarixinə qədər azad etməsə, Türkiyə nümayəndə heyətinin səlahiyyətləri dayandırıla bilər. Ümumiyyətlə, AŞ PA-nın son sessiyası anti-Azərbaycan və anti-Türkiyə əhvalında keçib, erməni deputatlar hər iki ölkənin ünvanına böhtanlar səsləndiriblər. Məsələn, nümayəndə heyətinin üzvü Armen Gevorkyan Ermənistanı “demokratik” ölkə kimi təqdim edərək iddia edib ki, guya Ermənistan Türkiyə və Azərbaycan tərəfindən sıxışdırılır. Guya Avropa enerji resurslarına görə Ermənistana olan təzyiqləri görməzdən gəlir: “Beynəlxalq münasibətlərdə demokratik mədəniyyət, insan haqları və qanunun aliliyi əvəzinə ikili standartlar, güc siyasəti, neft və qaz üstünlük təşkil edən amillərə çevrilib”.

Daha sonra o təklif edib ki, Türkiyə və Azərbaycan AŞ PA-dan xaric edilsin: “Sözlərimi ümumiləşdirmək üçün qeyd etmək istərdim ki, Azərbaycan və Türkiyənin Avropa Şurasında bundan sonra da cəzasız qalması bu təşkilatın ideoloji ölümü ilə nəticələnəcək”.

Əlbəttə ki, Ermənistan kimi işğalçı dövlətin Türkiyə və Azərbaycanın qurumdan çıxarılması ilə bağlı çağırışı ciddi qəbul edilə bilməz, amma belə görünür ki, hər iki qardaş ölkəyə qarşı hücumlar bir mərkəzdən idarə olunur. Strasburqun Fransanın şəhəri olduğunu xatırlatmaq kifayət deyil, bu bir korrupsiyalaşmış ermənipərəst qüvvələrin Azərbaycana və Türkiyəyə sinxron hücumunun göstəricisidir.

Bəhruz Məhərrəmov: Separatçılığı təbliğ edən media orqanlarının  Azərbaycanda fəaliyyətinin dayandırılması məsələsinə baxılmalıdır

Bəhruz Məhərrəmov

Deputat Bəhruz Məhərrəmov Avropa Şurasının ikiüzlü siyasətindən söz açdı: “Avropa Şurası Parlament Assambleyasının 12 oktyabr 2023-cü il tarixli qətnaməsi və tövsiyəsi Azərbaycan üçün qəbuledilməzdir. İlk növbədə, ona görə ki, real situasiyanı təhrif edən bu çirkli kağız parçalarının qərəzli və sifarişlə qəbul olunması şübhə doğurmur.

Avropa Şurası yaradılarkən kifayət qədər ali niyyətlər ifadə olunub. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin məqsədinin, bəyan etdiyi hüquqların hamılıqla və səmərəli tanınmasının və həyata keçirilməsinin təmin edilməli olduğunu bəyan edib. Azərbaycan məhz bu dəyərləri bölüşdüyünə və özünün konstitusiyasında təsbit olunmuş ali niyyətlər və dövlətin ali məqsədləri ilə üst-üstə düşdüyünə görə Avropa Şurasına üzv olub.

Azərbaycanın Avropa Şurasının üzvü olduğu 22 il ərzində biz bu qurumdan faktiki işğal və təcavüz faktı ilə bağlı qətiyyətli mövqe görməmişik. Baxmayaraq ki, AŞ PA özü bir neçə dəfə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə istinad etmiş, bununla işğal faktını tanımışdı, lakin işğala son qoyulması ilə bağlı bu qurum danışmamağa üstünlük verdi. Gəncə, Bərdə, Tərtərdə dinc insanlar Ermənistan tərəfindən raket atəşinə tutularkən, 10-larla insan müharibə cinayətlərinə qurban gedərkən AŞ PA Ermənistana münasibətdə nəinki heç bir qərar, yaxud qətnamə qəbul etmədi, ümumiyyətlə, susmaqla İrəvanın cinayətlərinə xeyir-dua vermiş oldu. 700 mindən artıq məcburi köçkünün, 300 mindən artıq qərbi azərbaycanlının haqlarından bir dəfə də olsun bəhs etməyən bir təşkilatın dünyada ədalətin və sülhün əsası olan ümumi anlaşma və onların sadiq qaldığı insan hüquqlarına riayət etməklə təmin olunan əsas azadlıqlara sadiqliyi sual doğurmalıdır. Fransanın göstərişləri ilə hərəkət edən, işğal və separatizmin müdafiəçisinə çevrilmiş bir təşkilatın qərəzli qərarı bizim üçün mötəbər ola bilməz. AŞ PA anlamalıdır ki, bu tip davranışlarla özünü ifşa edir və onsuz da bu təsisata azalmaqda olan etimadı heçə endirir".

Əhəd Məmmədli: “Rusiya bataqlığa tam batsa, bu ehtimal yaranar”

Əhəd Məmmədli

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli hesab edir ki,  bu mövqelər qərəzlidir: “Ermənistan və AŞ PA Azərbaycan və Türkiyəyə qarşı şər-böhtan, təhdid kampaniyasına start veriblər. Azərbaycanın 30 il ərzində əraziləri işğal altında qalanda, suverenliyi kobud şəkildə pozulanda onda niyə Avropa Şurası Ermənistana qarşı sanksiyalardan danışmırdı?! Azərbaycan və Ermənistan arasında 30 il bu problem olanda hamısı susmuşdu. Rəsmi Bakı və Ankaranın regionda uğurlu tandemi Ermənistan və havadarlarını çox narahat edir və təlaşlandırıb. Ermənistan bir tərəfdən Azərbaycanla sülhdən və Türkiyə ilə diplomatik münasibətlərin qurulmasından danışır, reallığa gəldikdə isə beynəlxalq meydançalarda bizim ölkələrimizin üstünə gedirlər. Azərbaycan və Türkiyə Ermənistanın bu ənənəvi, riyakar, qeyri-sabit mövqeyini qətiyyən gözardı etməməlidir və bir daha bu ölkə ilə gələcək münasibətlərini nəzərdən keçirməlidir. Ermənistan anti-Azərbaycan və anti-Türkiyə ritorikasını, siyasi-diplomatik meydançada davam etsə, rəsmi Bakı ilə Ankara İrəvana xəbərdarlıq mesajları verməlidirlər ki, əgər onlar həqiqətən sülh istəyirlərsə, bu mövqelərdən əl çəkməlidirlər, əks halda, hansısa sülh razılaşması və diplomatik münasibətlərdən söz gedə bilməz. Ermənistan Azərbaycanın üstünə ona görə gedir ki, biz geri çəkilib onların istədikləri kimi ərazi bütövlüyünü tanıyıb, sülh müqaviləsinə imza ataq. Biz də əksinə, belə olan halda təkcə Türkiyəni deyil, həm də Rusiya və İran kimi region ölkələrini yanımıza alıb, Cənubi Qafqazda Ermənistanı təkləyib, üstünə getməliyik. Ona görə də Zəngəzur dəhlizi məsələsindən imtina etməməliyik”.

Şuşanın hüzurunda... - Kənan Novruzov yazır

Kənan Novruzov

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov isə qeyd etdi ki, Avropa Şurası belə qətnamələrlə özünü gözdən salır, Ermənistanı yanlış yola çəkir: “ Nəzərə almaq lazımdır ki, AŞ PA Azərbaycana qarşı qərəzli davranan yeganə beynəlxalq təşkilat deyil. Zaman-zaman digər beynəlxalq qurumlar da oxşar mövqelərdən çıxış edib. Tamamilə korrupsiyalaşmış bir çox beynəlxalq təşkilatlar müxtəlif vaxtlarda ortaya qoyduqları qərəzli mövqeləri ilə Ermənistana "əl-qol açmağa" şərait yaradıblar. Bir çox hallarda İrəvan məhz bu qətnamə və “tövsiyələrə” arxalanaraq öz destruktiv mövqeyini davam etdirib.

Beynəlxalq qurumların qərəzli, qeyri-obyektiv münasibətinin əsas səbəblərindən biri onlara erməni diasporunun güclü təsiridir. Məhz erməni lobbisinin fəaliyyəti nəticəsində beynəlxalq təşkilatların bir çoxu açıq-aydın ermənipərəst mövqedən çıxış edir.

İkinci bir tərəfdən, beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurasına Fransa kimi riyakar dövlətlərin təsiri kifayət qədərdir. Parisin Bakı, Ankara və İrəvana münasibəti məlumdur. Odur ki, Fransanın diktəsi ilə bir sıra beynəlxalq təşkilatların Azərbaycan və Türkiyəyə qarşı qərəzli mövqeyi təəccüblü deyil. Azərbaycan bütün əngəllərə rəğmən, öz hədəflərinə çatıb, beynəlxalq hüququ özü təmin edib. Odur ki, Avropa Şurasının belə qətnamə və tövsiyələri bundan sonra da nəyisə, hansısa reallığı dəyişməyəcək. Əksinə, özü bədnam kimi tanınacaq. Əgər qurum Ermənistanla Azərbaycan arasında sülhdə, regional əməkdaşlıqda maraqlıdırsa, onda bu cür qərəzli davranışlarını dayandırmalıdır. Əks halda, öz səmimiliyini şübhə altına atmış olacaq. Bu baxımdan, beynəlxalq təşkilatın bu qətnamələri və qərəzli tövsiyələri əslində özünə ziyandır.

Avropa Şurası qərarlarına redaktələr etməsə, özü gözdən düşməyə, etibarını itirməyə davam edəcək".(musavat.com)

Cavanşir ABBASLI


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam