Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

AŞ PA Qarabağa “revizor” göndərir -Zöhrabyan sənədi zibil adlandırdı

Daha bir Qərb təsisatı “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə ilə kin qusub; bölgəyə missiya-komissiya yollamaq arzusu bitmir 

Aydın Mirzəzadə: “Qoy missiya göndərsinlər, Azərbaycanın beynəlxalq ictimaiyyətdən gizlətdiyi hər hansı məsələ yoxdur”

Yenixeber.org: Avropa Parlamentinin ardınca Avropa Şurası Parlament Assambleyası (AŞPA) da “Qarabağ məsələsi”ni müzakirə edib. AŞ PA 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağda hərbi əməliyyatlarını pisləyən “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul edib.

Bu barədə Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Ruben Rubinyan sosial şəbəkələrdə məlumat yayıb. O qeyd edib ki, AŞPA həmçinin eyniadlı tövsiyə qəbul edib. Rubinyan bildirib ki, bu sənədlərdə guya Qarabağın erməni əhalisinin fiziki “məhv olmaq” təhlükəsi və Azərbaycanın hakimiyyətinin “ermənifobiya siyasəti” səbəbindən öz vətənini tərk etdiyi göstərilir.  “Assambleya Nazirlər Komitəsini Avropa Şurasına üzv ölkələrin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı 1994-cü il bəyannaməsinə əsaslanaraq, Azərbaycanla bağlı monitorinq prosesi keçirməyə çağırır. Azərbaycan öz öhdəliklərini yerinə yetirə bilməsə, Assambleyanın Azərbaycan nümayəndə heyətinin mandatına etiraz etməkdən başqa yolu qalmayacaq (bu o demək olacaq ki, Azərbaycan nümayəndə heyətinin AŞPA-da iştirakı ən azı məhdudlaşacaq)”, - Rubinyan qeyd edib.

Bundan əlavə, Avropa Şurası “Qarabağdan köçən insanların ehtiyaclarını öyrənmək üçün Ermənistana qaçqınların işləri üzrə xüsusi nümayəndəsini göndərib”. Bu barədə Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç deputatların suallarına cavabda bildirib. “Xüsusi nümayəndəm artıq Ermənistan hakimiyyətinin razılığı ilə Ermənistana gedib və o, bu şəxslərin ehtiyaclarının siyahısını tərtib edəcək, çünki onların sayı 100 000-dən çoxdur. Təəssüf ki, onların demək olar hamısı Qarabağdan gedib və biz mütləq qeyd edilən şəxslərə yardım proqramı tərtib edəcəyik”, - deyə o bildirib. Onun sözlərinə görə, “bu insanların nə vaxt və necə evlərinə qayıdacaqları daha mühüm məsələdir”. Buriç Baş Katibliyin Azərbaycan hakimiyyətinin yaranmış vəziyyətlə bağlı mövqeyini “başa düşmək” və “qiymətləndirmək” üçün tezliklə bu ölkəyə də missiya göndərə biləcəyinə ümid etdiyini bildirib. O, həmçinin Azərbaycanı Avropa İnsan Hüquqları Konvensiyasının müddəalarına tam riayət etməyə çağırıb və erməni əhalinin “tezliklə təhlükəsiz şəkildə evlərinə qayıda biləcəyinə” ümid ifadə edib.

“AŞPA qətnamə qəbul edib: ”etnik təmizləmə", “artsax xalqının fiziki məhv edilmə təhlükəsi”, Azərbaycanın “hərbi təcavüzünü pisləmək”. Sual verirəm, bəs sonra?" Bu sözləri keçmiş deputat, “Təhlükəsizlik və Demokratiya” hüquq müdafiə təşkilatının prezidenti, hazırda Strasburqda olan Naira Zöhrabyan AŞPA-nın qəbul etdiyi qətnamə haqda bildirib. “AŞPA-nın qətnamələri, Avropa Parlamentinin qətnamələri kimi, hüquqi qüvvəyə malik deyil. Azərbaycana qarşı konkret sanksiyalar təklif ediblərmi? Bir neçə gün əvvəl Avropa Parlamenti daha irəli gedərək, Avropa Birliyinə Azərbaycana sanksiyalar tətbiq etməyi tövsiyə etdi. AB Azərbaycana qarşı sanksiyalar tətbiq etdimi? Təbii ki, yox! Üstəlik, AB liderləri bəyan etməkdə davam edirlər ki, Azərbaycana sanksiyalar tətbiq etmək planları yoxdur”, - o qeyd edib. Zöhrabyan bildirib ki, bu müraciətlər adi kağız tullantılarıdır, zibildir.

Qeyd edək ki, oktyabrın 11-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Bakıda, oktyabrın 12-də isə İrəvanda səfərdə olub. XİN başçısı Ceyhun Bayramovla görüşdə tərəflər Azərbaycan Ermənistan arasında sülh sazişi layihəsinin perspektivləri, iki ölkə arasında normallaşma məsələləri, bölgədəki son vəziyyət, Azərbaycanın Qarabağ bölgəsinin yerli erməni əhalisinin reinteqrasiyası istiqamətində atılan addımlar ətrafında fikir mübadiləsi aparılıb. Nazir Qarabağ bölgəsinin yerli erməni sakinlərinin reinteqrasiyası istiqamətində aparılan işlər barədə qarşı tərəfi məlumatlandırıb, hazırda tərəfimizdən yaradılmış elektron portal vasitəsilə yerli erməni sakinlərin qeydiyyatı prosesinin davam etdirildiyini bildirib. Həmçinin erməni sakinlərin Azərbaycan ərazisini tərk etməsinin hər hansı bir məcburi yerdəyişmə ilə əlaqədar olmadığı diqqətə çatdırılaraq BMT rəsmilərinin bölgəyə son səfərləri və səfər sonrası verilən açıqlamaların bunun bariz nümunəsi olduğu qeyd olunub. Bəs Qarabağ gerçəyinə əmin olmaq üçün kollektiv Qərb daha nə qədər missiya - komissiya yaradacaq? Bir milyon azərbaycanlı qaçqın-köçkün düşəndə niyə bu qədər həşirə düşməmiş, narahat olmamışdılar?

MİRZƏZADƏ Aydın Böyükkişi oğlu

Aydın Mirzəzadə

Deputat Aydın Mirzəzadə qeyd etdi ki, AŞ PA-nın monitorinq missiyası göndərməsindən hər hansı problem yoxdur: “Qoy missiya göndərsinlər. Azərbaycanın beynəlxalq ictimaiyyətdən gizlətdiyi hər hansı məsələ yoxdur. Beynəlxalq təşkilatlar Azərbaycanı təbdən çıxarmağa çalışırlar. Amma biz beynəlxalq hüquqa zidd addım atmamışıq. Antiterror tədbirləri zamanı yalnız hərbi obyektlər vurulub, bu gün imkansızlara sosial sığınacaq ayrılıb, gedənlərə köməklik göstərilib, heç bir mülki erməni zərər görməyib... Belə genosid olur? Ermənilər özləri ilə bizi səhv salırlar. Onların törətdiyi vəhşiliklər tarixin ən qanlı cinayətlərindən sayılır. Azərbaycan isə humanist prinsiplərə uyğun addımlar atır. Ona görə bu gün istənilən missiya gələ bilər. BMT də gəldi, heç nə tapmadı, AŞ PA da gəlsin öyrənsin”.

A.Mirzəzadə dedi ki, amma AŞ PA missiyası gələrkən azərbaycanlı köçkünlərlə də tanış olsunlar, Meşəli qatili Xaçatryanın öldürdüyü şəxslərin yaxınları ilə də danışsınlar, erməni işğalçıların Ağdam məscidini hansı vəziyyətə saldıqlarını gözləri ilə görsünlər, minalanmış sahələrə baxsınlar. Bu baxımdan onların gəlməsinə heç bir problem yoxdur. Hansı beynəlxalq qurum Azərbaycana müraciət edirsə, ona şərait yaradılır. O ki qaldı qətnaməyə, tövsiyə xarakterlidir, hüquqi sənəd deyil. AŞ PA deputatları bundan əvvəl dəfələrlə Ermənistanın işğalçılığını pisləyən bəyanatlar qəbul ediblər, avropalı deputatlar burada köçkünlərlə görüşüblər. Ona görə də müəyyən dairələrin ermənilərin “timsah göz yaşları” axıtmasına inanaraq bizi nədəsə ittiham etməsinin nə hüquqi, nə mənəvi əsası var".

Yeganə Hacıyeva

 Yeganə Hacıyeva

Politoloq Yeganə Hacıyevanın sözlərinə görə, ümumiyyətlə,  BMT, Avropa İttifaqı (Aİ), Avropa Şurası, Avropa Parlamenti ayrı-ayrı dövlət başçılarına müraciətlər edərək, Ermənistanın Azərbaycan tərəfindən guya təcavüzə məruz qaldığı barədə yalan iddialar irəli sürür: “Ötən 30 il müddətində olduğu kimi, bu dəfə də bütöv bir ”yalan paketi" hazırlayıb dayanmadan bütün ünvanlara göndərirlər. Azərbaycan dövləti, diplomatiyası da onlara tutarlı cavab verir və iflasa uğradılan “yalançı erməni kampaniyası”nı zərərsizləşdirmək üçün hər dəfə yeni addımlar atır. Onlar hərbi eskalasiyaların, baş vermiş döyüşlərin, insan itkisinin günahını Azərbaycanın adına yazmaq üçün çalışırlar. Sərhəddə və Qarabağdakı keçmiş separatçı hərbi qrupların törətdikləri təxribatlara verilən cavabları həmişə təcavüz kimi təqdim etməklə rəsmi Ermənistanın təbliğat tezislərini daxildə tirajlayırlar. Bunu məğlub olan Ermənistanın qisasını diplomatik müstəvidə almaq səyləri üçün təbliğat da adlandıra bilərik".(musavat.com)

 Emil SALAMOĞLU


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam