Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İki türk dövlətinin şok Zəngəzur planı:dəhlizə əsas əngəl belə götürüləcək

Erməni qafqazşünasa görə, Bakı və Ankaranın koridor üzərində nəzarəti Qərbin planlarına uyğundur deyə proses irəliləyəcək; dəhlizin tezliklə açılacağı anons edildi

Yenixeber.org: Ermənistan hökumətinin təxribatçı siyasəti nəticəsində bölgə üzərindən barıt qoxusu hələ də çəkilməyib. Çox qəribədir ki, Azərbaycan və Türkiyə ilə sülh müqavilələri imzalamaqda, kommunikasiyaların açılmasında hamıdan çox Ermənistanın maraqlı olmalı olduğu halda, faktiki, yeni müharibəni yaxınlaşdırmaqla məşğuldur. Təbii ki, Bakı və Ankara İrəvanın pozucu hərəkətlərini diqqətlə izləyir, müvafiq ön tədbirlər görür. 

“Hazırda genişmiqyaslı hərbi əməliyyatların aparılması üçün bütün əlamətlər mövcuddur”. “Yeni Müsavat” bildirir ki, bunu erməni qafqazşünas Karen İgityan iddia edib. Təmas xəttinə qoşunların toplanması məsələsinə toxunan İgityan daha sonra deyib: “Düşünmürəm ki, Qərb Bakını dayandırmağa başlasın. Sünikin (Qərbi Zəngəzur - red.) tutulması, yəni Azərbaycan və Türkiyənin Sünik (Qərbi Zəngəzur - red.) üzərində nəzarəti Qərbin planlarına uyğundur, çünki bununla İran təcrid olunacaq”.

Proseslər erməni təhlilçinin proqnozları üzrə inkişaf edə bilərmi? Yada salaq ki, 20 noyabr (2020) kapitulyasiya sənədinin 9-cu bəndinə əsasən, Naxçıvanla Azərbaycanın materik hissəsi arasında MANEƏSİZ gediş-gəliş olmalıdır. Bu da elə dəhliz məntiqidir. Yəni İran əslində bu bəndə qarşı çıxır. Amma Türkiyə və Azərbaycanın Zəngəzur ərazisinə iddiası yoxdur, hədəf koridorun açılmasıdır.

“Abdullahian (İran xarici işlər naziri - red.) dedi ki, İran sülh sazişini və sülh proseslərini dəstəkləyir, lakin şərt qoyub. İran XİN rəhbəri bildirdi ki, biz sərhədlərin heç bir geosiyasi dəyişikliyini və ərazi bütövlüyünün dəyişdirilməsini qəbul etməyəcəyik. Bura Zəngəzur dəhlizi də daxildir”.

Bu sözləri iranlı politoloq Pouya Hüseyn Türkiyə və İran XİN başçılarının görüşündə Hüseyn Əmir Abdullahianın Azərbaycan və Ermənistan arasında sülh sazişinə tərəfdar olduqları barədə fikrini şərh edərkən erməni mediasına açıqlamasında deyib.

O bildirib ki, Ermənistanın sərhədləri “qorunub saxlanılsa”, geosiyasi sərhədlər heç bir dəyişikliyə məruz qalmasa, İran Azərbaycanla Ermənistan arasında sülhün tərəfdarı olacaq: “Abdullahian dedi ki, İranın tarixi yolları, tranzit yolları bağlanmamalıdır, söhbət Zəngəzur dəhlizindən gedir; Ermənistan vasitəsilə Avropaya, Rusiyaya gedən tarixi yoldur, o, bu tarixi yolu nəzərdə tutur. Yəni Ermənistanın sərhədlərinin qorunub saxlanması halında İran dəstək verəcək”.

Əslində isə İranın Ermənistanla əlaqələrinə xələl gəlməyəcək. Tehranın əsas əndişəsi Türkiyə və Azərbaycanın Zəngəzur dəhlizi vasitəsilə “Turan yolu”nu bərqərar eləməsi və Türk dünyasının güclənməsi ilə bağlıdır. Onu da qeyd edək ki, az öncə Türkiyə lideri Ərdoğan Zəngəzur dəhlizinə İranın əngəl olduğunu söyləmişdi. Bəs Rusiya? Ümumiyyətlə, bu dəhliz açılacaqmı? Açılacaqsa, nə vaxt, necə? Ermənistanla sülh müqaviləsindən əvvəl, yoxsa sonra?

Zəngəzur dəhlizi: Azərbaycan və Ermənistan kommunikasiyaların bərpasında  niyə razılığa gələ bilmirlər? - BBC News Azərbaycanca

Rusiya hökumətinə yaxın “Kommersant” qəzeti yaxın günlərdə Azərbaycanın hərbi əməliyyatlara başlayacağı ilə bağlı “çoxlu sübutların” olduğunu iddia edib: “Və qalır təxmin etmək ki, onlar (Azərbaycan - red.) yalnız Dağlıq Qarabağla kifayətlənəcəkmi (ermənilərin Xankəndini saxlaya biləcəkləri şansı yoxdur), yoxsa Prezident İlham Əliyev vəziyyətdən istifadə edərək, bütün mübahisəli məsələləri, o cümlədən Naxçıvana dəhlizin yaradılmasını təmin edəcək?”

Müəllif hesab edir ki, hazırkı şərait Bakı üçün həmişəkindən daha əlverişlidir.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdüblkadir Uraloğlu isə bildirib ki, Türkiyə yaxın aylarda Zəngəzur dəhlizinin açılışına başlayacaq. O, Azərbaycan tərəfinin bu istiqamətdə fəaliyyətini davam etdirdiyini qeyd edib.

“Zəngəzur dəhlizi məsələsində biz müəyyən yol keçmişik və inanıram ki, Azərbaycan, Türkiyə və Ermənistan bunu qısa zamanda həyata keçirəcək”, - türkiyəli nazir bildirib.

Belə nikbinliyə əsaslar nə dərəcədə ciddidir? Əlavə edək ki, Azərbaycanla İran arasında Zəngəzur dəhlizinə alternativ (Araz boyu) yolun inşası haqda anlaşma memorandumu da imzalanıb. Bu sənədin icrası reallaşacaqmı?

Natiq Cəfərli: “İnflyasiyanın və qiymət artımının səbəbi...” » Reyting.az

Natiq Cəfərli 

Real Partiyasının Siyasi Komitəsinin üzvü, iqtisadçı Natiq Cəfərli qeyd etdi ki, Qərb üçün bu koridor maraqlıdır, lakin erməni tərəfinin onlara yanlış təqdim etmək cəhdləri var. Onun sözlərinə görə, əks halda Azərbaycan İrana 5 kilometrlik yolu təklif etməzdi. “Azərbaycan hətta dəhlizin 45 kilometrlik yolunun xərclərini də qarşılamağa hazırdır. Bakı bunu Türkiyə və Qərb tərəfdaşları ilə məsləhətləşməmiş etməzdi. Eyni zamanda, Qərb-İran gizli danışıqları gedir, hətta İranın 12 milyardlıq dondurulmuş vəsaiti ona qaytarıldı ki, neft-qaz satışını davam etdirilsin. Yəni burada erməni ekspertlərinin məsələni bu cür şərh etməsi İranı Zəngəzur koridoruna qatmaq planıdır. Əslində isə Zəngəzur dəhlizinin açılmasının uzanmasında problem daha çox Rusiya ilə Ermənistan arasındadır”.

N.Cəfərli dedi ki, yola nəzarətlə bağlı Moskva-İrəvan arasında fikir mübahisəsi var: “Rəsmi İrəvan dəhlizə kontrol etməkdə müstəsna səlahiyyətlər istəyir, Rusiya bunun əleyhinədir. Üçtərəfli sənədə istinad edərək yalnız özləri nəzarət etmək istəyirlər. Azərbaycan üçün dəhlizə kimin nəzarət etməsinin fərqi yoxdur, əsas gediş-gəliş maneəsiz təmin edilsin. Hətta Azərbaycan hər iki yola - İranla imzalanmış memorandum əsasında cənub qonşudan keçməklə, həm də Ermənistan ərazisindən Naxçıvana quru yolun açılmasının tərəfdarıdır”.

İqtisadçı gec-tez dəhlizin açılacağını vurğuladı: “Əvvəla, dünyaya logistik yollar lazımdır. Bu tək Türkiyənin istəyi deyil. Qərblə Çin arasında ticarət dövriyyəsinin 1 trilyon dollar olduğunu nəzərə alsaq, yolların Rusiyadan keçən hissəsində isə sanksiyalar səbəbindən yüklərin sğortalanmasında çətinliklər yarandığını bura əlavə etsək, o halda dəhlizin açılması mühümdür. Ona görə də G20 sammitində Hindistan və Ərəbistan üzərindən keçməklə Avropaya yeni yolların açılması belə müzakirə edildi. Yəni alternativ yollara ehtiyac var və ən məqbulu da Azərbaycan üzərindən keçən Zəngəzur dəhlizidir. Bu halda yükləri Pekindən Londona 16 günə çatdırmaq olar”.(musavat.com)

Emil SALAMOĞLU


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam