Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Ukraynadakı müharibənin 500-cü günü -Dünyanı dəyişdirən savaş - ŞƏRH

Bu gün Ukraynadakı müharibənin 500-cü günüdür.

Yenixeber.org: Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Savaşın başlanmasının əsas səbəbi Ukraynanın NATO-ya üzvlük istəyi olub.

Ukrayna bu ilin iyun ayında əks-hücum əməliyyatlarına başlayıb. Əks-hücum əməliyyatları çərçivəsində bir çox bölgələr, o cümlədən 2014-cü ildən bəri işğal altında olan Luqansk vilayətindəki bəzi yaşayış məntəqələri işğaldan azad edilib.

Türkiyə müharibənin ilk günlərindən etibarən tərəflər arasında vasitəçi rolunu oynamağa, müharibəni dayandırmağa çalışır. Bu məqsədlə ötən il iyulun 22-də İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antoniu Quterreşin iştirakı ilə Ukrayna limanlarından taxılın təhlükəsiz daşınmasına dair saziş imzalanıb. Sənədi Ukrayna, Rusiya, BMT və Türkiyə nümayəndələri imzalayıblar. Həmin saziş çərçivəsində indiyədək 31 milyon ton taxıl dünya bazarlarına daşınıb. Razılığın müddəti bir neçə dəfə uzadılıb.

 

Türkiyənin koordinasiyası ilə həyata keçirilən saziş qlobal ərzaq böhranının həllinə yönəlib.

Bu il iyunun 6-na keçən gecə Rusiya qoşunları Xerson vilayətinin müvəqqəti işğal olunmuş ərazisindəki Kaxovka Su Elektrik Stansiyasının bəndini partladıblar. Rusiyanın terror aktı nəticəsində Kaxovka su anbarından axıntı başlayıb - onlarla yaşayış məntəqəsi su altında qalıb.

“Taxıl sazişi”nin müddəti bu il iyulun 17-də başa çatacaq. Kreml müqavilənin müddətinin uzadılmasına razılıq verməyib.

 

Rusiya və Ukrayna rəsmiləri bir neçə dəfə danışıqlar masası arxasına oturmağa cəhd etsələr də, bu səylər nəticəsiz qalıb.

Rəsmi Kiyevin mövqeyinə görə, müharibə yalnız 1991-ci il sərhədlərinin bərpası, o cümlədən Krımın azad olunması ilə başa çatmalıdır.

 

Rusiya rəsmiləri, o cümlədən Prezident Vladimir Putin bir neçə dəfə bildiriblər ki, ölkənin təhlükəsizliyi üçün təhdid olarsa, nüvə silahı tətbiq edilə bilər. Qərb bu xəbərdarlıqları blef kimi qəbul edir, Ukrayna isə təhdidlərə boyun əyməyəcəyini bildirir.

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya kasetli sursatların tədarükünü dünən təsdiqlədi. Bundan başqa, qarşıdakı aylar ərzində ABŞ istehsallı F-16 təyyarələrinin Ukraynaya tədarükü gözlənilir. Bütün bunlar onu deməyə əsas verir ki, yaxın gələcək üçün danışıqlar mümkün görünmür. Əksinə, müharibənin miqyasının daha da genişlənməsi və hazırda onsuz da davam edən üçüncü dünya müharibəsinin gələcəkdə rəsmi şəkildə elan edilməsi istisna deyil. 

Ukrayna tərəfinin məlumatına görə, indiyədək Rusiya 233 mində çox şəxsi heyət itkisi verib. Görünür, hər iki tərəfdən itkilər hələ uzun müddət davam edəcək. Müharibənin sonu görünmür. Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlunun vaxtı ilə dediyi kimi, bu savaşın qalibi olmayacaq.

Beləliklə, Ukraynadakı müharibə faktiki olaraq dünyanı dəyişdi. Yeni geosiyasi reallıqlar yaratdı. Savaşdan sonrakı dünyanı təsəvvür etmək isə asan deyil...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam