Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Türkiyə ilə Azərbaycanın birgə perspektiv planları -qarşıda nələr olacaq...

Azərbaycan-Türkiyə: qardaşlıqdan doğan tərəfdaşlıq

Ekspert: “İki qardaş ölkə Ərdoğanla Əliyevin liderliyi altında böyük hədəflərə nail ola biləcək”

Bir millət, iki dövlət - Türkiyə və Azərbaycan istənilən bir məsələdə bərabər addımlayır, bütün yaxın və perspektiv planlar uzlaşdırılır. Hazırda istər iqtisadi, istər hərbi, istər siyasi və s. - bütün sahələr üzrə dünyada bir çalxalanma gedir. Bəllidir ki, bütün bu baş verənlərin - yeni dünya düzəninin formalaşması prosesində Türk dünyasının planları və ona qarşı bədxahların planları da var.

Yenixeber.org: Sirr deyil ki, İkinci Qarabağ müharibəsindən sonra Türk dünyasının sürətli inteqrasiyası prosesi başlayıb. Bu prosesin əsas yükü isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin üzərindədir. Türk dövlətlərinin sıx əməkdaşlığı, gömrük, logistika məsələlərində Türkiyə və Azərbaycanın rolu, çəkisi xüsusi vurğulanmalıdır.

Zəngəzur dəhlizi planları, sadələşdirilmiş gömrük projesi, türk dövlətləri arasında bütün sahələr üzrə imzalanmış sazişlərin icrasının qarşıdakı mərhələdə çox sürətlə davam edəcəyi məlumdur.

Türkiyədəki son seçkilərdən, Ərdoğanın yenidən Prezident seçilməsindən sonra Türk dünyasının daha sürətli inteqrasiyasının başlayacağı da sirr deyil.

Bu kontekstdə Türkiyə və Azərbaycanın yaxın dönəmdə və perspektivdə konkret hansı birgə addımları atacağı ən çox diqqət çəkən məsələdir.

Ərdoğanın andiçməsində onun İlham Əliyevlə necə qardaşcasına davranması dünyaya bir mesaj olmaqla yanaşı, həm də onun göstəricisidir ki, Türkiyə və Azərbaycanın bütün addımları, planları birgə həyata keçiriləcək. Strateji, siyasi qərarlar uzlaşdıralacaq, xarici siyasətlə, iqtisadiyyatla bağlı olduqca mühüm işlər bərabər görüləcək.

Türkiyə və Azərbaycanın bu kontekstdə, İlham Əliyev və Ərdoğanın liderliyi ilə qarşıdakı dönəm üçün əsas hədəfləri nələr olacaq?

Anar Əliyev: “Rusiya həm region xalqlarına və dövlətlərə, həm də beynəlxalq  ictimaiyyətə göstərdi ki...” Pravda.az

 Anar Əliyev

Politoloq Anar Əliyev bildirdi ki, Türkiyədə keçirilən prezident seçkilərinin nəticəsi olaraq Ərdoğan növbəti dövr üçün də öz iqtidarını qoruyub saxlaya bildi. Bununla da uzun illərdir böyük strateji hədəflər olaraq qarşıya qoyulan planlar istiqamətində fəaliyyətin davam edəcəyi, güclənən Türkiyə, bölgənin söz sahibinə çevrilən Türkiyə istiqamətində böyük layihələrin həyata keçirilməsi davam etdiriləcək: “Təbii ki, bu prosesdə Türkiyəni qarşısına almağa, Türkiyəyə ciddi maneələr törətməyə, Türkiyənin siyasi hədəflərinin iqtisadi əsaslarını zədələməyə çalışan güclər kifayət qədərdir. ABŞ başda olmaqla, Qərb müttəfiqləri Türkiyənin müstəqil xarici siyasətini, bölgədə böyük güclərin maraqları ziddinə davranışlarını, xüsusilə də Orta Şərqdə artan rolunu öz maraqları üçün ciddi bir təhlükə kimi qiymətləndirdiyindən Türkiyənin mövcud hakimiyyətini gözdən salmağa hədəflənən addımları bundan sonra da atacaqlar. Biz artıq bir neçə gün ərzində Türkiyə valyutasına qarşı edilən hücumları, onun dəyərdən salınması istiqamətində atılan addımları müşahidə etməkdəyik. Bu, təbii ki, NATO çərçivəsində müttəfiq olan, amma Türkiyənin böyüməsini özləri üçün böyük təhlükələrdən biri kimi qiymətləndirən dövlətlərin Türkiyəyə qarşı maliyyə terrorudur. Amma qardaş ölkə bu proseslərdən daha az itkilərlə çıxmaq üçün böyük layihələr hazırlayıb. Xüsusilə formalaşan yeni hökumət daha ciddi uğurların əldə olunmasına, Türkiyəni düşdüyü iqtisadi böhrandan qısa müddət ərzində xilas edəcək və böyük iqtisadi sıçrayışla irəliyə doğru inkişafı təmin etməyə qadir ola biləcək komanda kimi görünür. Türkiyənin hədəfləri çox böyükdür. Bu hədəflərdə xüsusilə qardaş Azərbaycan dövləti ilə birgə fəaliyyət, birgə addımlama mühüm yerə və rola sahibdir. Çünki Türkiyənin əsas hədəfləri Orta Şərq, Qafqaz və Orta Asiya bölgəsində güclənmək imkanlarını artırmaq, iqtisadi və hərbi gücünü artırmaqdır. Türkiyə Prezidenti Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə böyük Türk dünyasının qurulması layihəsinin müəllifləri kimi bu projenin daha genişləndirilməsi və türk dövlətlərinin bir Avropa İttifaqı formatı modelində birliyə, ciddi iqtisadi əlaqələrin mövcud olduğu böyük bir platformaya çevrilməsi istiqamətində çox ciddi addımlar atmaqdadırlar. Hesab edirəm ki, bu istiqamətdə də böyük nəticələr əldə olunub və bundan sonra da əldə olunacaq”.

Politoloqun sözlərinə görə, Türkiyə və Azərbaycanın ən böyük hədəflərindən biri Cənubi Qafqazda möhkəm sülhün əldə olunması və sülhün qarantı rolunda çıxış edəcək dövlətlərdən ən başlıcalarından birinin məhz Türkiyənin olmasıdır: “15 iyun 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi ilə əslində Azərbaycan və Türkiyə uzaqgörənliklə bu uğurun əsasını qoymuş olub. Həmçinin Zəngəzur dəhlizinin reallaşması ilə Türkiyənin Azərbaycan və Azərbaycan üzərindən Ortaya Asiya və Çinlə daha ciddi, daha iqtisadi səmərəli əlaqəsinin yaranması çox realdır. Hesab edirəm ki, yaxın bir neçə ildə biz bu prosesin yaranmasını müşahidə edəcəyik. Bütün bu işlər təbii ki, Türkiyə və Azərbaycanın bölgədə rolunu daha da böyüdəcək, artıracaq. Türkiyənin ən böyük hədəflərindən biri isə Rusiya ilə indiki beynəlxalq şərait daxilində əlaqələri genişləndirməklə Rusiya karbohidrogen ehtiyatlarının, xüsusilə də təbii qaz ehtiyatlarının Türkiyə üzərindən dünya bazarlarına çıxarılması və nəticə etibarilə Türkiyənin enerji habına çevrilməsi layihəsidir. Hesab edirəm ki, bu işdə də Azərbaycan və Türkiyənin birgə fəaliyyəti çox ciddi, böyük siyasi, iqtisadi dividentlər gətirəcək. Xəzər karbohidrogen ehtiyatlarının Türkiyə üzərindən dünya bazarlarına çıxarılması ilə bağlı biz artıq illərdir böyük layihələrin reallaşmasının şahidiyik. Bu layihələr bölgəmizə həm də sabitlik qarantı rolunda çıxış edir. Bu mənada hesab edirəm ki, Rusiya karbohidrogen ehtiyatlarının da Türkiyə üzərindən dünya bazarlarına çıxarılması Türkiyənin rolunun daha da böyüməsi və güclənməsinə gətirib çıxaracaq. Eyni zamanda Türkiyə və Azərbaycanın bir çox meqalayihələrin həyata keçirilməsi istiqamətində ortaya qoyduqları birgə iradə hər iki dövlətin maraqlarına xidmət eləyən davranışlar bölgədə maraqları olan ayrı-ayrı dövlətləri də Azərbaycan və Türkiyə ilə hesablaşmaq məcburiyyətində qoyacaq. Artıq bu istiqamətdə də ciddi nəticələr əldə olunub. Eyni zamanda ən mühüm istiqamətlərdən biri Türkiyənin milli müdafiə sənayesinin daha da gücləndirilməsi və bu istiqamətdə xaricdən asılılığın tamamilə aradan qaldırılması, Türkiyənin ixracatçı dövlətə çevrilməsi məsələsidir. Bu istiqamətdə artıq ciddi nəticələr əldə olunub. Vacib məqamlardan biri də Türkiyənin Azərbaycanla qarşılıqlı ticarət əlaqələrinin genişləndirilməsidir. 15 milyard dollarlıq ticarət dövriyyəsinə nail olunması qarşıya hədəf olaraq qoyulub. Sadələşdirilmiş gömrük mexanizmlərinin tətbiq olunması, Orta Asiya türk respublikaları ilə sadələşdirilmiş gömrük rejimi əsasında ticarət dövriyyəsinin genişləndirilməsi də hədəflərdəndir”.

Ekspert qeyd etdi ki, hədəflərdən biri də bölgəyə ciddi təsir etmə mexanizmləri olan ayrı-ayrı dövlətlərin təsir imkanlarının zəiflədilməsidir. Bu, xüsusilə Cənubi Qafqazdakı proseslərdə müşahidə edilməkdədir: “Azərbaycanın ən böyük hədəflərindən biri İran, Fransa və Rusiya kimi dövlətlərin bölgəyə neqativ istiqamətli destruktiv xarakterli müdaxilələrinin, təsir imkanlarının zəiflədilməsi planlarıdır. Bu planların həyata keçirilməsində əsas dayaqlarımızdan biri Türkiyə dövləti olacaq. Bir sözlə, Azərbaycan və Türkiyə Ərdoğanla Əliyevin liderliyi altında böyük hədəflərə nail ola biləcək”.(musavat.com)   

Etibar SEYİDAĞA


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam