Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Paşinyan Qarabağa görə məsuliyyəti üzərindən atır -Ter-Petrosyanın deputatı

"Baş nazir Nikol Paşinyan yaxasını qurtarır və Qarabağa görə məsuliyyəti keçmiş liderlərin üzərinə atır". Bu barədə “Erməni Milli Konqresi” partiyasının sədr müavini Levon Zurabyanın bəyanatında deyilir.
Yenixeber.org: Zurabyan Paşinyanın " Azərbaycan ərazisi 86,6 min kv.km-dir və bura Qarabağ da daxildir. İndiki hakimiyyət nə deyirsə desin, Ermənistanın bütün hökumətləri Azərbaycanın ərazi bütövlüyünü tanıyıb" fikrinə münasibət bilidirərək onu yalanlayıb.
  "Azərbaycanın 86,6 min kv.km ərazisinə Qarabağ da daxildir" - Paşinyan

"Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması ilə münaqişənin həllinə rəsmi razılıq verən yeganə Ermənistan lideri Robert Köçəryan olub. O, 1998-ci ildə ümumi dövlət planını qeyd-şərtsiz qəbul edib. Bununla belə, ədalət naminə qeyd etmək lazımdır ki, Köçəryanın razılaşdığı proqram Nikol Paşinyanın razılaşdığı fəlakətli Qarabağ planı ilə müqayisə olunmur.
Paşinyanın razılığına əsasən Qarabağda bütün rəhbərliyi, o cümlədən prokurorluq və polisi Bakı təyin edəcək.
Təfərrüatlar məlum olanda onun biabırçı qərarının doğuracağı fəsadlardan qorxur. Ona görə də Paşinyan, yenə də yayınır, verdiyi qərara görə məsuliyyəti ölkənin keçmiş rəhbərlərinin üzərinə atmağa çalışır",- deyə o bildirirb.

"Azərbaycan və Ermənistan sülh müqaviləsinin iki maddəsini razılaşdırıb" - Mirzoyan

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam