Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ərdoğan Kılıçdaroğlunun layihəsindən danışdı:Millətimiz icazə verməz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli mətbuata müsahibəsində müxalifətin namizədi Kemal Kılıçdaroğlunun Azərbaycanı “Türkün Yolu” layihəsinə daxil etməməsini şərh edib. 

Yenixeber.org:  O, İpək Yolunun yeni layihə olmadığını bildirib. 

"İnanın, bu adam cahildir. Bu adamın nə vaxt, harada, hansı addımların atılmasından xəbəri yoxdur", - Ərdoğan deyib. 

Türkiyə Prezidenti bu layihə ilə əlaqədar Çində keçirilən beynəlxalq konfransda şəxsən iştirak etdiyini bildirib. 

"Bu millət 1945-ci ildə CHP-nin Boraltan körpüsündə etdiyi biabırçılıqla uzun illər yaşadı. Qarabağ savaşında yüzlərlə azərbaycanlı qardaşımızı Boraltan körpüsündə Stalin Rusiyasına təslim etməklə CHP-nin yaşatdığı biabırçılığı sildik. Və o rüsvayçılığı bizə yaşadan da o dövrün CHP-si oldu. Hörmətli Kamal bəy indi azərbaycanlı qardaşlarımızı görmədiyi üçün yenidən bu milləti rüsvay edəcəyinə söz vermiş olacaq. Özünü sözdə millətçi kimi qələmə verən ortağı bütün bunlara susur", - o qeyd edib. 

Ərdoğan Azərbaycan ilə Türkiyə arasında qurulan qardaşlığı heç kimin poza bilməyəcəyini vurğulayıb. 

"Bay, bay Kamalın əlindəki xəritənin nə olduğunu bilmirəm, amma biz Qars-Tbilisi-Bakı dəmir yolu ilə Azərbaycan üzərindən artıq dəmir İpək yolunu çəkmişik. Yazıq, sənin bundan xəbərin yoxdur. İki ildir ki, bu xəttlə Çinə yük qatarları göndəririk, gəlib-gedirlər, amma bilmirlər. Zəngəzur dəhlizi işə düşəndə İpək Dəmir yolunun da daxil olduğu orta dəhlizə yeni nəfəs veriləcək. Bunu da bil Kılıçdaroğlu. Bu səbəbdən Naxçıvanı Azərbaycana, dolayısıyla Türkiyəni Azərbaycana birləşdirəcək Zəngəzur dəhlizinə böyük əhəmiyyət veririk. Bay, bay Kamalın ağlı bu işlərə yetmir. Çünki o, xarici siyasətin nə olduğunu, qardaşlığın qanununun nə olduğunu, bölgənin balanslarının nə olduğunu bilmir. Milli təhlükəsizliyin nə olduğunu bilmir, terror təşkilatları ilə bir yolla gedir. Onlar siyasətin nə olduğunu bilmirlər. İllər əvvəl həyata keçirdiyimiz işləri “layihə” kimi qələmə verməyə çalışırlar. Ağlına gələni, ona veriləni oxumaqla bu ölkənin idarəçiliyinə can atmaq olmaz. Qardaşım Əliyev çox gözəl dedi ki, Azərbaycanı regiondan çıxarmaq istəyənlərin həvəsi qursağında qalacaq. Azərbaycanla qardaşlığımıza xələl gətirəcək heç bir layihəyə millətim icazə verməz. Mənim millətim bu fürsəti bay, bay Kamala verməz"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam