Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Lavrovun “növbətçi səfəri” –Moskva ilə Bakı bir-birinin "nəbzini yoxladı"

Mərkəz rəhbəri: “Moskvanın nə istəməsindən asılı olmayaraq, sərhəd və gömrük xidmətini yaradıb Rusiyanı fakt qarşısında qoymalıyıq”

Yenixeber.org: Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya iki günlük səfəri arxada qaldı. Geniş heyətlə Azərbaycana gələn Rusiyanın baş diplomatı səfərinin ilk günündə Prezident İlham Əliyevlə görüşdü, müzakirələr apardı. Dünən isə Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla təkbətək və geniş tərkibdə görüş keçirdi. Daha sonra isə nazirlər birgə mətbuat konfransı keçirdilər, bir sıra sualları cavablandırdılar.

Lavrovun Bakıya səfəri və verilən açıqlamalarla bağlı suallarımızı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu cavablandırıb:

- Rusiya XİN başçısının Azərbaycana səfərini necə qiymətləndirmək olar?

- Gözləntilər bu istiqamətdə idi ki, Laçın yolunda gömrük-keçid məntəqəsinin yaradılması razılaşdırılacaq. Məlumdur ki, bu məsələnin texniki tərəfi Rusiya ilə razılaşdırılmalıdır. Çünki orada Rusiyanın sülhməramlılarının postları mövcuddur. Bu məsələ həllini tapsaydı, Lavrovun səfərini əhəmiyyətli saymaq olardı. Amma Lavrovun açıqlaması Rusiyanın buna isti yanaşmamasını gördük.

Təbii ki, bu məsələ Lavrovla qapalı görüşlərdə müzakirə olundu. Bizim üçün ən əhəmiyyətli məsələ məhz budur. Səkkiz ay qabaq Lavrov Bakıya gəlmişdi, müxtəlif bəyanatlar vermişdi. O zaman da sərhədlərin delimitasiyası, dəhlizlər, yekun sülh sazişinin imzalanması gündəmdə idi. Bu dəfə də məsələ gündəmin əsas müzakirə mövzusudur.

Bütövlükdə isə səfəri “növbətçi səfər” adlandırmaq olar. Rusiyanın baş diplomatı rəsmi Bakının, rəsmi Bakı isə onun "nəbzini yoxladı". Yenə deyirəm, Rusiyanın XİN başçısı az qala hər il Azərbaycana gəlir, müxtəlif açıqlamalar verib geri qayıdır. Lavrov və ya digərləri əlimizi qolumuzu bağlamayıblar ki... Düşünürəm ki, yola davam etməliyik. Başlıca hədəfimiz Qarabağın tamamında suverenliyimizin bərpasıdır. Rusiyadakı dairələr bunda maraqlı olmasalar da, qarşımızı kəsə bilməyəcəklər.

Onu da unutmaq olmaz ki, indi Moskva Nikol Paşinyan hakimiyyətinin siyasətindən narazıdır.

- Lavrovun Bakıdakı bəyanatlarından da bu narazılığı sezmək mümkün idi...

- Bəli, Moskva açıq şəkildə narazılığını bildirir. Son 8 ayda Paşinyan Rusiyanın əleyhinə siyasət aparıb. KTMT ilə bağlı bəyanatlar, İrəvanın Moskva əleyhinə addımları var. Avropa İttifaqının mülki missiyasının Ermənistanda yerləşdirilməsi də Rusiyanı qıcıqlandırır. Moskva-İrəvan münasibətlərinin gərgin olması Azərbaycanın maraqlarına uyğundur. Bu, bizim üçün fürsətlər pəncərəsini açır. İndi Rusiyadan o tələb olunmalıdır ki, bizə mane olunmasın. Əgər Lavrovun da, Putinin də dediyi kimi, Rusiya Azərbaycanı strateji tərəfdaş sayırsa, gərək sərhəd və gömrük postlarımızın Laçında qoyulmasına mane olmasınlar.  Lavrov Bakıda deydi ki, Rusiya Azərbaycanla münasibətlərdə dürüstlüyə xüsusi önəm verir. Onun sözlərinə görə, mövqeləri üst-üstə düşmədiyi yerləri ört-basdır etməyə çalışmırlar. Ruben Vardanyanın bir neçə ay əvvəl Qarabağda peyda olması, Qarabağ separatçılarının təmsilçilərinin tez-tez Moskvaya çağrılmaları və separatçıların tərksilah olunmaması əsla dürüstlüyə və nüansların həllinə işarə etmir. Bu baxımdan, Rusiyanın səmimi olmadığını görürük.

- Lavrov Moskvanın maneə yaradacağını dolayısı ilə bildirdi. Sizcə, Azərbaycan hansı addımı atmalıdır?

- Biz bilirik ki, hər zaman Rusiya separatçılara dəstək verib. Məsələ burasındadır ki, Ermənistan Rusiyanın Cənubi Qafqazda əlindən çıxmaqdadır. Bölgədə yeganə müttəfiqləri kimi Qarabağdakı separatçılardır.  

Lavrov maneə yaradacaqlarını yox, ümumiyyətlə, bu məsələdə maraqlı olmadıqlarını açıq dedi. Rusiya XİN başçısı bildirdi ki, Laçın yolunun rejimi və onun funksiyası Üçtərəfli Birgə Bəyanata tam uyğun olmalıdır. Diqqət edin, nə söyləyir:  “Laçın dəhlizindən istisnasız olaraq mülki və humanitar yüklərin və mülki vətəndaşlarının hərəkətinin təmin olunması vacibdir. Biz təmaslarımızda, hər şeydən öncə, sülhməramlı kontingentin xətti ilə buna nail olmağa çalışırıq. Orada hansısa nəzarət-buraxılış məntəqələrinin yaradılmasına baxılmır. Lakin dəhlizin təyinatı üzrə fəaliyyət göstərməməsi şübhəsini texniki vasitələrlə aradan qaldırmaq imkanı var. Biz bu gün buna toxunduq. Texniki detallar əhəmiyyətinə görə ikinci dərəcəlidir”. Lavrov bununla demək istədi ki, Azərbaycan Laçın yolunun qurtaracağında sərhəd və gömrük xidməti yaratmamalıdır. Lavrovun “texniki vasitələr” ifadəsi isə gözə kül üfürməkdən başqa bir şey deyil. “Texniki vasitələr” problemi həll etməyəcək.

- Bildirdiniz ki, məsələni Rusiya ilə razılaşdırmaq lazımdır. Moskva buna razı deyilsə, hədəfə yetişmək üçün addım nə olmalıdır?

- Biz Moskvanın nə istəməsindən asılı olmayaraq, sərhəd və gömrük xidmətini yaradıb Rusiyanı fakt qarşısında qoymalıyıq. Necə ki, Laçın-Xankəndi yolunda 80 gündür keçirilən aksiya ilə fakt qarşısında qoyduqsa, yenə də fakt qarşısında qoymalıyıq.

Hesab edirəm ki, Rəsmi Bakı addımlarını atacaq. Məsələn, Azərbaycan XİN-in Lavrovun səfərinin nəticələriylə bağlı yaydığı məlumatda belə bir cümlə var: “Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması istiqamətində 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Birgə Bəyanat və liderlər arasında əldə edilmiş razılıqlardan irəli gələn öhdəliklərin yerinə yetirilməsinin vacibliyi vurğulanıb”. Bu cümləni belə də oxumaq olar: “Ermənistan razılaşmaları yerinə yetirmədiyinə görə Azərbaycan gərəkli bildiyi addımları atacaq”. Təkrar-təkrar demək istəyirəm ki, bu addımlardan ən başlıcası Laçın yolunda sərhəd və gömrük xidmətinin yaradılması olmalıdır.(AYNA)

Anar Bayramoğlu

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam