Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Rusiya Hindistanı, Hindistan da Ermənistanı silahlandırır?... –Son 5 ildə Rusiya Hindistana 13 milyardlıq silah satıb

Yenixeber.org: Bu barədə Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin direktoru Dmitri Şuqayev «Aero İndia 2023» beynəlxalq sərgisi ərəfəsində bildirib (TASS).

«Rusiya hələ də Hindistanın silah bazarında əsas oyunçulardan biri oaraq qalır. Belə ki, son 5 ldə Rusiyadan Hindistana hərbi məhsulların ixracının ümumi dəyəri 13 milyard dollar təşkil edib» - deyə o, bildirib.

Bu «ticarətin» bir başqa özəlliyi də diqqəti çəkir. Məsələn, istisna deyil ki, Rusiya tərəf Hindistan üzərindən, Hindistan adı altında bu silahların bir qismini Ermənistana «bağışlayır». Belə düşünmək üçün yetərincə əsaslar var.

Birincisi, Rusiya ilə Ermənistan çoxdanın müttəfiqidir və onların silah alverində belə təcrübə əvvəllər olub, indi də qüvvədə olmasını isisna etmək üçün əldə əsas yoxdur.

İkincisi, Hindistanla Ermənistan arasında silah-sursat alveri olub və indi də var. Son dövr Ermənistan KİV-nin yaydığı məlumata görə, ermənilər bu istiqamətdə Hindistanla danışıqlar aparır.

Üçüncüsü, Rusiya bu çilahın bir hissəsini İran vasitəsilə heç bir maneə olmadan Ermənistana ötürə bilər. Nəzərə almaq lazımdır ki, İran Ermənistanla həmsərhəddir, Hindistanla qonşudur və xoş münasibətləri var.

Dördüncüsü, İran molla rejimi Azərbaycanla qarşıdurmada Ermənistanın gücləndirilməsində, silahlandırılmasında maraqlıdır. Nümunə üçün bildirək ki, bir mddət əvvəl İran KİV-ləri yazmışdılar ki, Tehran Ermənistana 600 raket bağışlayıb.

Beşincisi, İran molla rejimi Ermənistanla qarşıdurmada və ümumiyyətlə, hərbi sahədə Azərbaycanın zəifləməsində hamıdan çox maraqlıdır. Belə ki, Azərbaycanın güclənməsi avtomatik olaraq, İranın parçalanaraq zəifləməsinə aparan ən qısa yoldur - Güney Azərbaycanın müstəqillik əldə etməsi avtomatik olaraq İran molla rejiminin kiçilərək, cırtdan dövlət olması demək olar. Üstəlik də, İran su bulandırmaq və bulanlıq suda balıq tutmaqda mahirdir. Bu istiqamətdə molla rejimi İslam faktorundan bölgədə yararlanaraq, riyakar siyasət yeridir. (Azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam