Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Budapeştdən Şuşaya atılan körpü-macarları Qarabağa gətirən siyasət, 3500 km-lik yolun əsas hədəfləri

Çox təəssüf ki, qonşu ölkədəki səfirliyimizdə yaşanan dəhşətli hadisələrin ortaya çıxartdığı sarsıntılı mənzərə ictimai diqqətin bir sıra digər hadisələrdən yayınmasına səbəb oldu. Bu mənada Prezidentin Macarıstana rəsmi səfəri xüsusilə qeyd olunmalıdır.

Yenixeber.org: Həmin gün, yanvarın 29-da Macarıstanda 5-6 dərəcə şaxta olsa da, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın yüksək hərarətlə qarşılanması tamam ayrı ovqat yaratmışdı. Qırmızı xalı salınmış hava limanından başlayan, fəxri karaulun müşayiəti ilə reallaşan qarşılanma mərasimi, Macarıstan Prezidenti Katalin Novak tərəfindən yüksək səmimiyyət, həmçinin Azərbaycanda adı çoxlarına tanış olan Baş nazir Viktor Orbanın isti münasibəti Prezident ailəsinin şəxsində bütövlükdə Azərbaycana ünvanlı münasibət idi. Təsadüfi deyildi ki, Prezident Novak təkbətək görüşdən sonrakı giriş nitqində “nümayəndə heyətləri üzrxahlığı qəbul etsin, çünki görüş gözləniləndən çox çəkdi. Müzakirə edəcəyimiz məsələlər o qədər çoxidi ki, hətta bu vaxtdan da artıq çəkə bilərdi”-söylədi. Eyni zamanda Macarıstana səfərdən şərəf duyduğunu ifadə etdi. Macar Prezidentin Azərbaycana həsəd aparmasını bu etiraf bariz şəkildə nümayiş etdirir: “Əfsuslar olsun ki, sizdən fərqli olaraq, bizim bəxtimiz o qədər də gətirməyibş Yüz ildən artıq dövr ərzində bir öz təbii enerj sərvətlərimizdən məhrum olmuşuq. Onlar artıq bizdə deyil. Enerji resurslarımızın şaxələndirilməsi üçün bizə yaxşı dost və tərəfdaş lazımdır. Çünki bildiyiniz kimi, hazırda biz Rusiyanın neft və qazından asılıyıq”.

photo_2023-01-29_17-52-05.jpg (47 KB)

Diqqət edin, bu sözləri Avropa Birliyinin üzv ölkəsi deyir və Azərbaycanın nə qədər önəmli tərəfdaş olduğunu açıq bəyanlayır. Bu yerdə qeyd edək ki, Azərbaycan və Macarıstanın taleyində bənzərliklər də olub. Məsələn, Macarıstan da Azərbaycan kimi, 1918-ci ildə Respublika olaraq elan olunub, bu ölkə də sovetlərin işğalına məruz qalıb, 40 ilədək sosialist ölkəsi olaraq həyatına davam edib. Həmçinin Macarıstanın da əhalisi elə Azərbaycan əhalisi qədərdir.

Amma Macarıstanın bir sıra üstünlükləri bu ölkə ilə münasibətlərin Azərbaycan üçün böyük əhəmiyyət kəsb etdiyini deməyə əsas verir. Belə ki, Beynəlxalq Valyuta Fondunun hesablamalarına əsasən, Macarıstan ÜDM-in həcminə görə, 191 ölkə arasında 57-ci, adambaşınadüşən ÜDM-in həcminə görə isə 58-ci ölkədir. Eyni zamanda sənaye və texnologiya sektorlarının sürətlə inkişaf etməsinə görə, Macarıstan dünyanın 35-ci ən böyük ixracatçısı və 34-cü ən böyük idxalatçısı sayılır. Üstəlik, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının çox yüksək həyat standartları olan ölkələri arasında Macarıstan yüksək gəlirli iqtisadiyyatı ilə ön sıralardadır. 2004-cü ildə Avropa İttifaqına üzv, daha üç il sonra isə Şengen zonasına daxil olan Macarıstanın NATO, Dünya Ticarət Təşkilatı, Dünya Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, Avropa Şutası kimi təşkilatların üzvləri olması Azərbaycanın bu ölkə ilə əməkdaşlığının böyük perspektivlər vəd etdiyini söyləməyə əsas verir. Göründüyü kimi, Macarıstan Azərbaycan üçün vacib ölkə olduğu qədər Azərbaycan da Macarıstan üçün vazkeçilməz müttəfiqlərdəndir, necə ki, dövlət və hökumət başçısı səviyyəsində bu, paytaxt Budapeştdə mətbuata verilən bəyanatlarda da açıq mətnlə ifadə olunub.

Széchenyi_Chain_Bridge_in_Budapest_at_night.jpg (60 KB)

Artıq hər iki tərəfdə əminlik var ki, Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də bir-birinə əsirgəməyəcək. Çünki dövlət və hökumət başçılarının dediyi kimi, Azərbaycan və Macarıstan arasında olan dostluq əlaqələri həm ölkələrimiz üçün, həm Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır. Strateji tərəfdaşlığa dair imzalanmış sənədlər onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost ölkələrdir. Əslində bu münasibətlər dostluqdan da çox-çox irəli gedir, hətta qan bağlılığınadək...Təsadüfi deyil ki, macarların köklərinin hunlara gedib çıxdığı, vaxtilə Orta Asiyada mövcudluqları barədə zaman-zaman danışılır, bununla bağlı araşdırmalar ortaya qoyulur. Hun-Türk Qurultayına Macarıstanın ev sahibliyi etməsi də sıradan məsələ deyil, bu, qan yaddaşından gəlmə münasibət, sahiblənməkdir. Elə Macarıstanın Baş naziri Viktor Orbanın yüksək səmimiyyətlə dilə gətirdiyi “iki ölkə arasında mədəni oxşarlıq var. Bu, o qədər də açıq-aşkar deyil. Çünki biz müəyyən vaxtda xristian olduq, lakin Azərbaycan öz müsəlman kimliyini qoruyub saxlaya bildi. Dostları qazanmaq o qədər də asan deyil. Macarlar üçün bu, xüsusilə çətindir. Dost qazananda sən dostunun bütün səhvlərini bağışlamalısan. Biz macarlar da bir neçə səhv etmişik. Beləliklə, biz səhvlərimizi bağışlamağa hazır olan dostları tapmalıyıq. Həmişə mükəmməl olan dostları qazanmaq asandır. Mən bunu da Prezident Əliyevə dedim. Macarıstanın qismində siz mükəmməl olmayan dost qazanırsınız, cənab Əliyev”-deməsi də möhtəşəm bir atmosferdən xəbər verirdi. Belə etiraf, münasibət ancaq və ancaq çox yüksək münasibətlər, bağlılıqlar fonunda sərgilənə bilərdi.

ilham_aliyev_viktor_orban_metbuat_300123_2 (1).jpg (59 KB)

Yeri gəlmişkən, bəzən Azərbaycanın uğurlarını gözü götürməyənlər ölkəmizin guya təkləndiyi, dünyadan təcrid olunduğu və sair bu kimi cəfəng iddialarla çıxış edirlər, hakimiyyəti qaralamaq, dövlət başçısının uğurlu xarici siyasətinə ləkə yaxmaqdan ötrü absurd fikirlər səsləndirirlər. Amma Avropa İttifaqının mühüm ölkəsinin hökumət başçısı “Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meyilliyik və o, daha mülayim baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm”-söyləyir. Bəli, Viktor Orban Əliyevdən uğura gedən yolun sirri haqda öyrənməli olduğunu etiraf edir, bu, əslində Azərbaycan vətəndaşları üçün fəxarət duyulası faktdır. Özü də ilk nümunə, ilk etiraf deyil. Bundan əvvəl Macarıstanın qonşusu Serbiyanın Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidentinə xitabən “Mən Sizin nailiyyətlərinizə görə sevinirəm. Həm mənim nümayəndə heyətim, həm də mən özüm Azərbaycan xalqının və cənab Prezident, şəxsən Sizin səmimi dostunuzuq. Nə üçün mən qısa çıxışıma bununla başladım? Çünki Azərbaycanda gördüyümüz belə sürətli inkişafı müasir dünyada yalnız çox az yerdə görmək olar”-demişdi. Şimali Makedoniya Prezidenti Stevo Dendarovski isə demişdi ki, “Avropada ən çox arzuolunan şəxs barədə söz düşmüşkən, onun yeni nömrəsini bilmirik, ola bilsin ki, o, telefon nömrəsini dəyişib”, deməklə Əliyevin yüksək liderlik keyfiyyətlərindən bəhs etmişdi. Bütün bunlardan sonra necə demək olar ki, Azərbaycan təklənib. Elə bir neçə ay əvvəl enerji şaxələnməsi üzrə dörd ölkənin iştirakı ilə mühüm anlaşmalar imzalandı.

Bir daha qayıdaq Macarıstana və bu yerdə zəruri qeydləri xatırladaq. Viktor Orban Azərbaycanın yerləşdiyi coğrafi məkanı, hansı qonşularla əhatə olunmasını açıq şəkildə vurğuladı və bununla da bu regionda uğurlu siyasət yürütməyin sıradan məsələ olmadığına diqqət çəkdi. Sitat: “Eyni dalğada olan ölkələr özlərinin strateji və geostrateji yerləşmə nöqteyi-nəzərindən oxşar olub-olmadıqlarını anlayırlar. Bunu anlamaq üçün alim olmaq lazım deyil. Azərbaycan cənubda İranla, şimalda Rusiya ilə sərhəddir. Macarıstan isə qərbdə Almaniya, şərqdə Rusiya ilə sərhəddir. Biz bundan keçmişik. Biz vəziyyətə bələdik. Belə bir mürəkkəb vəziyyətdə xalqı idarə etməyin nə dərəcədə çətin olduğunu bilirik. Bu, bizə dostluğumuzun möhkəmlənməsində çox kömək edib. Biz xarici siyasətdə bir-birimizi başa düşürük”. Anlayanlar üçün kifayət qədər aydın fikirlərdir…

president_official_dinner_300123_4.jpg (87 KB)

Azərbaycan Prezidenti Budapeşt görüşləri zamanı dediyi kimi, uzun illər ərzində apardığımız uğurlu siyasət, birgə addımlar bu gün enerji sahəsində əməkdaşlıq üçün çox güclü zəmin yaratdı. Sitat: “Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı və nəticə etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi icra edildi. Bu, çox müasir enerji infrastrukturudur, uzunluğu 3500 kilometrdir və artıq iki ildir ki, Azərbaycan Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırır”. Bu yolu qət etmək heç də asan olmayıb, xüsusilə də indiki, ziddiyyətlərin dərinləşdiyi, maraqların toqquşduğu, faktiki olaraq Üçüncü Dünya Müharibəsinin getdiyi bir dönəmdə min km-lərlə məsafəni qət edib, mənzilbaşına yetişmək fövqəladə güc, qüdrət, qətiyyət, iradə tələb edirdi...Təbii ki, enerji resurslarını dünya bazarına çıxartmaqda Azərbaycanın özünün maraqları var. Eyni zamanda Avropa alıcısı da ölkəmizlə əməkdaşlığa önəm verir və müştəri olaraq əməkdaşlığa can atır, xüsusilə ona görə ki, Azərbaycanı etibarlı dövlət olaraq tanıyırlar, saziş imzalanmasa belə, tək sözlə əməkdaşlığın təməli qoyulursa, sonsuzadək davam edəcəyinə əminlikləri var. Məhz elə buna görədir ki, 2022-ci ildə Avropa Komissiyası ilə imzalanmış sənədə əsasən, Azərbaycan qaz təchizatını iki dəfə, bəlkə ondan da çox artırmağı planlaşdırır. Prezident Əliyev necə ki, dedi: “Bunun üçün resurslar da var, siyasi iradə də var və tərəfdaşlarımızla təmaslar da var”. Ölkə rəhbəri vaxtilə tarixə qovuşmuş sayılan NABUKKO layihəsinin canlandırılmasına diqqət çəkdi. Qeyd etdi ki, artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, ondan sonra Rumıniyaya, ondan sonra Macarıstana və Macarıstandan sonra digər Avropa ölkələrinə çatdırılacaq. Rəsmi Budapeştlə əməkdaşlığın digər önəmli tərəfinə gəldikdə, “Macarıstan təkcə Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda, Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcək”. Üstəlik, Prezidentin səsləndirdiyi kimi, Avropa Komissiyasının rəhbərliyi Azərbaycanı etibarlı tərəfdaş adlandırır: “Enerji təhlükəsizliyi məsələləri bugünkü dünyada xüsusi əhəmiyyət daşıyır və dünya gündəliyinin ön sıralarındadır. Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra - təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa üçün etibarlı tərəfdaş olsun”.

Dövlət başçısı qeyd etdi ki, yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı Azərbaycanın önəmini daha da artırır.

Sitat: “Yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr bizi Avropa üçün daha da yaxın edəcək. Keçən ay imzalanmış sazişə əsasən, Azərbaycan yaşıl enerjisini Avropaya çatdıracaq. Bakıda fevralın 3-də keçiriləcək toplantıda ilkin addımı atacağıq və beləliklə, Avropa qitəsinin enerji təhlükəsizliyi daha dolğun və əhatəli şəkildə təmin ediləcəkdir”. Yəni imzalanan sənədlərin reallaşdırılması istiqamətində əməli fəaliyyətə başlanılacaq, vaxt itirmədən...

photo_537878.jpg (61 KB)

Azərbaycan-Macarıstan əməkdaşlığı isə yalnız enerji sahəsini əhatə etmir. Ölkə başçımızın da dediyi kimi, Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkə olsa da, Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilə bilər. “Nəqliyyat sahəsində əməkdaşlığa dair çox böyük planlar mövcuddur. Dəmir yolları vasitəsilə artıq Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklərin ötürülməsinə başlamışıq. Bu layihənin də böyük potensialı var. Çünki Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan ərazisindən keçən yüklərin həcmi kəskin artmışdır. Təkcə keçən il tranzit yüklərin həcmi 75 faiz artmışdır. Azərbaycanda mövcud müasir nəqliyyat infrastrukturu - istər tankerlər, gəmilər olsun, istər böyük dəniz ticarəti limanı olsun, dəmir yolları olsun, bunlar hamısı müasirdir və bütün lazımi tələblərə cavab verir”-Prezident Əliyev növbəti birgə əməkdaşlıq və müştərək faydalanma layihələrini bu şəkildə nişan verdi, faktiki olaraq uğurların yol xəritəsini təqdim etdi.

Bununla da bitməyəcək. Azərbaycan və Macarıstan arasında təhsil sahəsində aparılan əməkdaşlığın da çox yaxşı nəticələr var. 200 Azərbaycan gənci Macarıstan hökumətinin dəstəyi ilə (tələbə təqaüdləri) Macarıstanda oxuyurlar. Bu, Azərbaycanda kadr potensialının yaradılması istiqamətində çox önəmli hadisədir. İllərdir ki, təhsil sahəsində əməkdaşlıq mövcuddur, uğurlu nəticələr əldə olunur. Bu, Azərbaycanın təhsil sahəsinə dövlətimizin qoyduğu yatırımdır, həm də Macarıstanı məmnun edən əməkdaşlıq...

Son səfərin ən mühüm nəticələrindən biri də bu oldu ki, macar şirkətləri azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında da fəaliyyət göstərəcəklər! Prezident anons etdi ki, bir həftə bundan sonra biz konkret layihələrin müzakirəsinə başlayacağıq. Sitat: “Azərbaycan çox maraqlıdır ki, şəhərsalma istiqamətində hansı ki, Macarıstanın çox böyük təcrübəsi var, birgə işləyək. Çünki on min kvadratkilometrə bərabər olan azad edilmiş torpaqlarda bir daş daş üstə qalmayıb. Bütün binalar, bütün infrastruktur işğal dövründə dağıdılıb”. Bəli, bu, xarici investorların Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsinə cəlb olunmasıdır və möhtəşəm anlaşmadır. Eyni zamanda xarici kapitalın cəlbi Azərbaycanın ədalətli mövqeyinin daha möhkəm təməllər üzərində qurulması, qəbul edilməsi deməkdir, özü də Aİ dövləti səviyyəsində. Əməkdaşlıq həm də Qarabağı bizə əbədi qazandırmağa yardımçı olur.

Eyni zamanda erməni terrorunun fəsadlarının aradan qaldırılmasında da Macarıstanla müştərək fəaliyyətimiz olacaq. Belə ki, minatəmizləmə sahəsi əməkdaşlığın vacib istiqamətidir. Dövlət başçımız da qeyd etdi ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində bu sahədə böyük problemlərlə üzləşib, bir milyondan çox mina təmizlənməlidir. Müharibədən sonra iki il ərzində 300-ə yaxın Azərbaycan vətəndaşı ya həlak olub, ya da ki, ağır yaralanıb. Ona görə bu sahədə Macarıstanın təcrübəsini nəzərə alaraq biz əməkdaşlıq üçün yaxşı imkanlar görürük.

3fe96b3ac11700869e43ebd4e6040653.jpg (162 KB)

30 yanvar tarixində Budapeştdə imzalanmış Azərbaycan-Macarıstan sənədləri arasında “Azərbaycan Respublikasının Şuşa şəhəri və Macarıstanın Vesprem şəhəri arasında dostluq əlaqələrinin təsis edilməsi və mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun bir başqa yeri var. Şuşa şəhəri beynəlxalq miqyaslı şəhərə çevrilir! Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovla Vesprem meri Gyulya Porqa arasında imzalanan sənəd düşmənə göz dağı oldu! Türk Dövlətlər Təşkilatının hələlik müşahidəçi statuslu dövləti olan Macarıstan da Şuşaya gəlir, uğurlu siyasətin nəticəsində! Qət olunan 3500 km-lik yol yalnız enerji yolu deyil, həm də Budapeştdən, Vespremdən Şuşaya atılan körpüdür! (musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam