Yenixeber.org: Rusiya Hərbi Hava Qüvvələrinin ardıcıl uğursuzluqları və Ukrayna Hərbi Hava Qüvvələrinin təəccüblü müqaviməti indiyədək acı bir həqiqəti ört-basdır edib: Ukrayna Hərbi Hava Qüvvələri üstün təyyarə və raketlərə malik düşmənlə üz-üzədir.
Bu məlumat Kral Birləşmiş Xidmətlər İnstitutunun (RUSİ - Royal United Services Institute) Ukraynadakı müharibə ilə bağlı hesabatında yer alıb.
Bildirilir ki, Rusiyanın say və texnika baxımından üstünlüklərini nəzərə alsaq, ukraynalı pilotlar nə qədər uğurlu olsalar da, hava müharibəsində məğlub ola bilərlər.
"Moskva itkilərdən sonra əməliyyatını yalnız Ukraynanın nəzarətində olan ərazilərlə məhdudlaşdırsa da, Rusiyanın güclü raket sistemləri Ukrayna Hərbi Hava Qüvvələrini, hətta təsir dairəsindən çox kənarda vurmaq riski ilə üz-üzə qoyub. Rus qoşunları müharibənin başlanğıcında müxtəlif səbəblərdən, məsələn, təlim çatışmazlığı, təchizat və təşkilatlanma problemlərindən əziyyət çəksələr də, bu onların bacarıqsız olduqları anlamına gəlmir. Üstəlik, keçmiş təcrübələrindən dərs alan ölkə elan etdikləri qismən səfərbərlik çərçivəsində orduya cəlb etdiyi 150 min nəfərə daha ciddi təlimlər keçdi. Rusiya prezidenti Putin yaxın günlərdə verdiyi açıqlamada maliyyə məsələlərində heç bir problem yaşamadıqlarını və hərbi qüvvələrinin hər bir ehtiyacının ödəniləcəyini vurğulayıb" - hesabatda qeyd olunub.
İnstitutun hesabatına görə, Rusiya döyüş təyyarələri tez-tez radarı pozaraq Ukrayna qüvvələrinə R-77-1 raketləri atırlar. Bu cür atışların ölüm ehtimalı az olsa da, ukraynalı pilotların müdafiəyə qalxmasına səbəb olur:
"Müvafiq şəraitdə Rusiya döyüş təyyarələri 40.000 fut yüksəklikdə Ukrayna döyüş təyyarələrini hədəfə ala bilər. Ukraynalı pilotlar Rusiyanın qurbanı olmamaq üçün aşağıdan uçurlar, lakin aşağı uçuşlar da qırıcı təyyarələri yerdən atəş və qəza kimi təhlükələrə qarşı həssas edir".
Rusiya-Ukrayna Hərbi Hava Qüvvələrinin müqayisə edildiyi xəbərdə bütün çatışmazlıqlara baxmayaraq, Ukrayna qüvvələrinin ağıllı müdafiəsinə diqqət çəkilib, rus pilotların son dərəcə istəksiz göründükləri bildirilib:
"Ukrayna hava məkanına aqressiv şəkildə daxil olur. Lakin Ukraynanın indiyə qədər əldə etdiyi uğurları şişirtmək lazım deyil. Bu, ordunun ruslara biganə qalmasına səbəb olacaq və nəticədə böyük təhlükələr yaranacaq". (Musavat)