Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Vardanyanlara ayrılan vaxt bitdi -Qarabağ rus casus - desantların oylağı olmayacaq!

Azərbaycan Konstitusiyasına məhəl qoymayan erməni oliqarx-dələduzun qanunsuz mədəni raket zərbəsi ilə məhv edilə bilər; Bakının səbri tükənir...

Yenixeber.org: Ermənistanın 10 noyabr üçtərəfli kapitulyasiya aktı ilə, digər sənədlərlə öz üzərinə götürdüyü öhdəliklərdən yayınmasının fəsadları davam edir. Ən qorxulusu odur ki, rəsmi İrəvanın Azərbaycanla sülh müqaviləsini müxtəlif bəhanələrlə yubatması, 44 günlük müharibədən sonra da beynəlxalq hüququn təməl prinsiplərini vecinə almaması bölgədə yeni müharibə riskini artırıb.

“Danışıqlar prosesi dalana dirənib, Ermənistan Azərbaycanın de-fakto ərazi bütövlüyünü tanımaqdan yayınmağa davam edir”.

Məlumata görə, bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Laçın yolunda etiraz aksiyasını zəruri edən əsas səbəblər haqda Minval.az-a danışarkən bildirib.

“Ermənistan özünü az qala "fövqəlgüc" kimi təsəvvür edir və proksi qüvvələr vasitəsilə nəyin bahasına olur-olsun, ərazilərimizin işğalının davam etdirilməsini həyata keçirmək istəyir. Ona görə də Azərbaycan məsələni prinsipial qoyub. Bu üzdən Rusiya sülhməramlılarının rolu Azərbaycan ictimaiyyətində də çoxsaylı suallar doğurub. Onlar bizim torpaqlara niyə gəlib? Onları sabitliyi təmin etmək, region sakinlərinin inteqrasiyasına sözün əsl mənasında bizə kömək etmək üçün dəvət ediblər. Amma təəssüf ki, sülhməramlılar onların bilavasitə üzərinə düşən vəzifələrin icrasından başqa hər şeylə məşğuldurlar", - deyə politoloq qeyd edib.

Onun sözlərinə görə, sülhməramlılar bizim strukturların nümayəndələrinin yanında mühafizəçi kimi çıxış etməli, bu strukturların təhlükəsizliyini təmin etməlidirlər: “Məsələn, ekoloqlar - Ekologiya Nazirliyinin ölkəmizin qanunlarına uyğun olaraq mədənlərin işinə nəzarət etmək səlahiyyəti olan nümayəndələri. Sabah tutaq ki, işıq, qaz və su təchizatı xətlərinin birləşdirilməsi ilə bağlı məsələ olacaq. Yerlərdə bu işi mütəxəssislər həyata keçirməlidir və sülhməramlıların vəzifəsi onların təhlükəsizliyini təmin etməkdir. Aydındır ki, qarşı tərəf təxribatlar yaratmağa çalışacaq və onların qarşısında Rusiya sülhməramlıları durmalıdır”.

Ermənistandan Azərbaycana qarşı təxribat olacaq - T.Zülfüqarov AÇIQLADI

T.Zülfüqarov ermənilərin qaldırdığı növbəti “genosid” hay-küyünə də toxunub: “Hansı "soyqırım"dan danışırlar? Mədənlərimizi tərk etmək tələbi ermənilər üçün “soyqırımı”dır? Ya bəlkə erməni qabalığını hansısa şəkildə önləmək onlar üçün “soyqırımı” sayılır? Azərbaycan bütün ərazilərdə öz suverenliyini bərqərar etməlidir. Onlar qaz istəyirlər? Qaz olacaq. İşıq istəyirlər? İşıq olacaq. Amma bu ərazidə heç vaxt Ermənistanın filialı olmayacaq!"

Eləcə də Rusiyanın. Təsadüfi deyil ki, aksiya ilə bağlı təxribatçı açıqlama verənlərdən biri də Qarabağdakı qondarma “rus icması”nın başçısı, Rusiya xüsusi xidmət orqanlarının əməkdaşı, rus soyadlı erməni Aleksandr Bordov oldu.

Yaxud Kremlin 3 ay öncə ərazimizə göndərdiyi, Qarabağa heç bir dəxli olmayan, Ermənistan doğumlu və Qarabağa gələn kimi sərvətlərimizin qanunsuz istismarına başlayan oliqarx-dələduz Ruben Vardanyan. Artıq aydındır kimi, Vardanyan dabanına tüpürüb gəldiyi yolla geri qaçmasa, nəinki ərazimizdəki qanunsuz biznesi başına uçacaq, ümumiyyətlə, Qarabağ tezliklə onun leşi üçün məzar olacaq. Odur ki, seçsin. Eləcə də rus hərbçilərinin arxasında gizlənib Azərbaycan dövlətinə meydan oxuyan, həbsxanalarımızın darıxdığı digər separatçı-quldurlar!

“Kriminal oliqarx Vardanyanın Azərbaycanın təbii sərvətlərini talamasına, ətraf mühitə zərər vurmasına imkan verilməyəcək”.

Bunu dekabrın 13-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və hərbi attaşelərin iştirakı ilə keçirilən görüşdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib. Hacıyev əlavə edib ki, Azərbaycanın göstərilən ərazilərində təbii sərvətlərin qanunsuz istismarına son qoyulmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan qanunvericiliyi əsasında həyata keçirilməlidir.

Politoloq Rasim Musabəyovun xəbərdarlığı da tam yerindədir.

Musabəyov Facebook səhifəsində yazıb: “Ekoloji fəalların etirazı Qızılqaya yatağının yenidən istismarına və konsentratın Ermənistana ixracına Azərbaycanın reaksiyanın ən yumşaq formasıdır. Əgər bu siqnal Vardanyana, Arayık və digərlərinə çatmasa, o zaman bilməlidirlər ki, Bakı havadan raket və bomba zərbəsi ilə mədəni məhv edə bilər. Qızıl konsentratı olan avtomobilləri magistral yolda saxlayıb həbs də etmək olar. Qarabağ erməniləri Ermənistandan elektrik və qazı Azərbaycanın nəzarətində keçən kabel və boru kəmərləri ilə alır. Ümid edirəm, separatçı rejimin rəhbərlərinin ağlı çatacaq ki, ekoloji fəalların etirazlarına qulaq asıb qanunsuz mədən işlərinə son qoysunlar. Münaqişəni Bakının əlində olan güc alətlərindən istifadə etməyə məcbur olacağı həddə gətirmək çətin ki, onların maraqlarına uyğun olsun”.

Öz növbəsində Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general, hərbi ekspert Yücel Karauz hesab edir ki, rus sülhməramlıların Qarabağdakı vəzifəsi silahlı toqquşmaların yaşanmaması üçün davamlı yoxlamalar aparmaq, oradan erməni terrorçularını və bölgəyə qanunsuz şəkildə yerləşdirilmiş Ermənistan hərbi birləşmələrini çıxarmaq, eyni zamanda yekun sülh müqaviləsinin imzalanmasına gedən yolda qarşılıqlı etibarı formalaşdırmaqdır (Axar.az).

Ekspert artıq Azərbaycanın səbrinin qalmadığını vurğulayıb: “Qarabağa müvəqqəti yerləşdirilən rus sülhməramlılar öz kefinə görə yox, hüquq çərçivəsində öz vəzifələrini yerinə yetirməlidir. Lakin 10 noyabr üçtərəfli bəyanatının imzalanmasının üzərindən 25 ay keçməsinə baxmayaraq, rus sülhməramlıları problemin həllinə köməklik göstərmək yerinə, silahlı erməni terrorçuların bölgədə qalmasına şərait yaradıb. Digər tərəfdən, Azərbaycanın icazəsi olmadan xarici ölkə vətəndaşlarının, həm də bəzi terrorçu qrupların Qarabağa giriş-çıxışına səslərini çıxarmırlar. Bunlar sülhməramlı missiyanın vəzifələri ilə ziddiyyət təşkil edən və Azərbaycanın səbir kasasını daşıran mövqedir. Ən sonda da dövlətin oraya göndərdiyi monitorinq qrupunun və KİV-in fəaliyyət göstərmələrinə mane oldular. Bunu qəbul etmək mümkün deyil və rus sülhməramlıların artıq tərəfsizliyini itirməsini göstərir. Onlar anlamalıdırlar ki, baş verənlər qəbuledilməzdir və bu, Rusiyaya və Ermənistana yaxşı heç nə vəd etmir”.

Anlayacaqlarmı? Laçın yolundakı aksiyanın sonunda biləcəyik...(musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam