Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

“RUSİYA QARABAĞ MƏSƏLƏSİNİ TƏXİRƏ SALMAĞI TƏKLİF EDİR” –“Ümid edirik Soçidə Rusiya Azərbaycanı razı salacaq”

Yenixeber.org: Bunları Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan İctimai Televiziyaya müsahibəsində bildirib.

“Rusiyanın layihəsi var. Baş nazir Paşinyan bildirib ki, bu təkliflər hələ sentyabr ayında verilib və Ermənistan tərəfi razılaşıb. Rusiya bilir ki, bu, Ermənistan üçün məqbul, Azərbaycan tərəfi üçün isə qəbuledilməzdir. Erməni tərəfi ümid edir ki, Soçidə Rusiya Azərbaycanı razı salacaq”, - deyə Marukyan bildirib.

O, həmçinin qeyd edib ki, Rusiya Qarabağ məsələsinin həllini təxirə salmağı təklif edir: "Ermənistan tərəfi buna müsbət cavab verib. Qərbin şifahi təklifləri isə belədir: Dağlıq Qarabağ və Azərbaycan nümayəndələri arasında beynəlxalq mexanizm yaradılır, onun himayəsi altında ermənilərin hüquqları, azadlıqları və təhlükəsizliyi məsələlərinə dair danışıqlar aparılacaq. Amma Azərbaycanlılar nə birinci, nə də ikinci variantla razılaşmırlar".

Səfir Marukyanın açıqlamasından da məlum olur ki, Rusiya Azərbaycan və Ermənistana Qarabağsız sülh planı təklif edir. Yəni 10 noyabr bəyanatının bəzi maddələri icra olunsun, sərhədlərin delimitasiyası və demarkasiyasına başlansın, nəqliyyat yolları açılsın, amma Xankəndindəki hazırkı hərbi xunta, onun hərbi-siyasi dəstəkçisi Rusiya ordusu qalsın, Azərbaycan bu status-kvonun Moskvanın istədiyi müddətdə davam etməsinə razılaşsın. Bu planda Ermənistanın itirəcəyi heç nə yoxdur, ona görə də Paşinyan topu bizim meydana atmaqla İrəvanın Rusiya planına razılaşdığını bildirir. Əslində Baş nazirin bu açıqlaması beynəlxalq hüquqa və əxlaqa ziddir, Ermənistan Azərbaycan ərazisində hərbi xuntanın və onun dəstəkçisi Rusiya ordusunun qalmasına necə razı ola bilər?!

Beləliklə, 31 oktyabrda keçirilməsi nəzərdə tutulan Soçi görüşünün gündəliyi Azərbaycanın maraqlarına ziddir. Rəsmi Bakının bunu əsas gətirib görüşdə iştirak etməməsi bəlkə də ən doğru seçim olardı...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam