Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

PUTİNİN "DƏMİR KUKLASI" DÜNYANI HƏDƏLƏDİ... -“Bütün dünya məhv olacaq”

Yenixeber.org: Bunu Kremlin təbliğatçısı, “dəmir kukla” ləqəbli aparıcı Olqa Skabeyeva Rusiyanın “Birinci kanal”ında yayımlanan siyasi proqramda deyib.

Britaniya və Qərbin “Armageddon”la (Dini inanclara görə, dünyanın sonunu gətrəcək savaşa verilən ad- red.) üz-üzə qalacağı ilə bağlı xəbərdarlıq edən Skabeyeva bildirib ki, Moskvaya qarşı bütün təhdidlər sonda dünyanın məhvinə səbəb olacaq: “Onlar nə istəyirlər? - Onlar Rusiya üzərində qələbə qazanmaq istəyirlər. Ancaq bunu bilməlidirlər ki, nüvə silahı olmadan Rusiyanı məğlub etmək mümkün deyil. Biz ölkəmizin məhv olmasına imkan verməyəcəyik. Bizi məhv etməyə cəhd etsəniz, siz də bizimlə birlikdə məhv olacaqsınız. Növbəti addımımız Kiyevdə, Londonda, Vaşinqtondakı mərkəzləri vurmaq oalcaq”.

“Nüvə müharibəsinin qarşısını almaq üçün nə edirsiniz, yoxsa artıq qərar verilib? Onlar dayanmasalar, bu, reallığa çevriləcək. Kollektiv Qərbin məqsədi nədir? - Ukraynanın qələbəsinə və Rusiya Federasiyasının məğlubiyyətinə nail olmaq”,- Skabeyeva bildirib.

O, xəbərdarlıq edib ki, Əgər Rusiya küncə sıxışdırılsa, bütün dünya məhv olmaq təhlükəsi ilə üz-üzə qalacaq: “Onlar buna nail olmağa çalışırlar? Putin bunu açıq şəkildə söylədi. Biz təhdid etmirik, müharibə istəmirik. Amma siz bizim məhv olacağımızı iddia edirsinizsə, biz də sizi məhv etməli olacağıq. Necə deyərlər, başqa variant yoxdur. Bunu niyə başa düşmürlər? Yaxşı, ümid edirəm ki, orada adekvat insanlar var və məntiqli qərarlar verə bilirlər. Amma düzünü desəm, son vaxtlar bu barədə ciddi şübhələrim var”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam