Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Kiyev müharibənin ilkin mərhələsindən qat-qat çox itki verir" -The Washington Post

"Kiyev müharibənin ilkin mərhələsindən qat-qat çox itki verir" -   The Washington Post
Ukraynanın sursatları tükənmək üzrədir və cəbhə xəttində perspektivlər dumanlı görünür.
Yenixeber.org:  Bu barədə "Washington Post"un Ukrayna müharibəsinə dair təhlilində məlumat verilib. Nəşr qeyd edir ki, Ukraynanın əraziləri qaytara biləcəyinə dair ümidləri Rusiyanın atəş gücü qarşısında sönməkdədir.
"Kiyevin Rusiya qüvvələrinə qarşı gözlənilməz və erkən qələbələrinə dair eyforiya, Moskvanın taktikasını dəyişməsi və Ukrayna qüvvələrinə qarşı hədsiz dərəcədə atəş gücünü nümayiş etdirməsi ilə sönür", - müəllif yazıb.

Məqalədə bildirilir ki, Qərbin vəd etdiyi yeni silah sistemləri bu ölkəyə çatdırılır. Lakin bu proses çox yavaş gedir və Rusiyanın Donbasda davamlı fəthinin qarşısını almaq üçün kifayət etmir.

"Ukraynalılar hələ də döyüşürlər. Lakin onların döyüş sursatı tükənir və ukraynalılar müharibənin ilkin mərhələsindəkindən qat-qat çox itki verirlər. Ruslar hələ də səhv edirlər. Aşağı templə olsa belə şəxsi heyət və texnikaları itirirlər. Bu temp münaqişənin ilk aylarındakından daha aşağıdır”, – nəşr yazır.

O da vurğulanır ki, rus hərbçilərin cəbhə bölgəsində texnika çatışmazlığından əziyyət çəkmələrini göstərən bir neçı fakt var. Bunun bir əlaməti sosial şəbəkələrdə Sovet dövründən qalma yüzlərlə T-62 tanklarının ambarlardan çıxarılaraq Ukraynaya göndərilməsini əks etdirən videodur.

Lakin müharibənin ümumi trayektoriyası artıq dəyişib və o daha güclü qüvvə kimi Rusiyanın xeyrinə meyl edir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam