Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ermənistanın “cənub nəfəsliyi” kəsilir: İran Qarabağdan fayda götürəcək –ŞƏRH

Ermənistan İrandan aldığı qazın həcmini artırmağa çalışsa da, arzularla reallıq arasındakı fərq çoxdur.

Yenixeber.org: İrandan Ermənistana bir il ərzində ixrac olunan qazın dəyəri 365 milyon kubmetrdir, İrəvan bu rəqəmin qaldırılmasına çalışaraq onu 1.5 milyard kubmetrə qədər çatdırmaq niyyətindədir.

Lakin bu niyyətin reallaşması mümkünsüz vəziyyətə gəlir, çünki İranın Ermənistandan qaz əvəzinə aldığı elektrik enerjisinin həcmi azala bilər. Bu isə iki ölkə arasındakı münasibətlərin “qazını” ala bilər.

Azalmaya səbəb verən İranın Qarabağda yaradılan enerji infrastrukturunun potensialından yararlanmaq istəməsidir.

Çünki Ermənistanın İranın ehtiyaclarını lazımi səviyyədə qarşılamaq üçün infrastrukturu yoxdur və rəsmi Tehran elektrik enerjisini başqa mənbələr hesabına inkişaf etdirmək istəyindədir.

Cənubi Qafqazdakı yeni reallıq Bakı-Tehran əlaqələrinin iqtisadi prioritetlərində faydalı səhifələr açdığından İran Azərbaycanla münasibətlərin iqtisadi əsaslarla inkişafında maraqlıdır.

İranın real potensiallara müraciət etməsinin bir səbəbi də beynəlxalq sanksiyalarla əlaqədardır, Tehran itirdiklərini bərpa etmək üçün özünü daha cəlbedici platformalara doğru itələyir.

Bu isə Ermənistanın daha bir nəfəsliyinin kəsilməsinə şərait yaradır, bunun iqtisadi-siyasi tərəfləri ilə yanaşı, texniki çatışmazlıqlar tərəfi də mövcuddur.

Məsələn, illər öncə İranla Ermənistan arasında dəmiryolu xətti çəkilməsi planları mövcud idi, amma üç milyard dollarlıq maliyyə tələb edən bu layihə qıt vəsaitə görə dəryada batdı.

İkincisi, İranla Ermənistan ticari əlaqələrindəki enerji mübadiləsini şaxələndirən xətt yarada bilmirlər.

Ona görə də İran əlavə mənbələrə baş vurur. İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi də Qarabağda istehsal ediləcək elektrik enerjisinin İran vasitəsilə Naxçıvana, Türkiyəyə, Avropa ölkələrinə ixrac ediləcəyini bildirib.

Bununla da İran həm tranzit olacaq və bundan qazanacaq, həm də həmin elektrik enerjisindən özü də istifadə edəcək.

YEKUN:

Proseslər İran qazının Ermənistan üzərindən Avropa bazarlarına çıxış imkanlarını heçə endirir.

Ermənistanın isə elektrik enerjisini İran vasitəsilə başqa ölkələrə satış cəhdləri boşa çıxacaq (heç belə resursu da yoxdur).


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam