Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

ERMƏNİSTAN RUSİYANIN TƏBİİ QAZ TƏLƏSİNDƏ:“Tehran Ermənistan kimi xırda bazara görə Rusiya ilə münasibətləri korlamaz” – Təhlil

İran-Ermənistan qaz kəməri

 

Sona Arutyunyan,

ru.1-in.am (Ermənistan), 14.01.2019

 

Yenixeber.org: Ermənistan İran qazının idxalı haqda məsələnin müzakirəsini davam etdirir. Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan jurnalistlərlə söhbətində bundan danışıb. Paşinyan deyib: “İran qazının idxalı məsələsi müzakirə olunub və həmişə müzakirə olunacaq, çünki konkret və əlverişli həll tapılmayıb”.

Ermənistan 2009-cu ilin 15 mayından İran-Ermənistan qaz kəməri ilə İrandan qaz alır. İran qazı “Elektrik əvəzinə qaz”layihəsi çərçivəsində Ermənistan ərazisində emal olunaraq, 1 kubmetr qaza 3 kB hesabıyla İrana ixrac edilən enerjiyə çevrilir.

Paşinyan Rusiya qazının sərhəddə Ermənistan üçün dəyərinin yüksəlməsindən danışaraq bir daha vurğulayıb ki, bu fakt son istehlakçı üçün tarifə təsir etmir. Paşinyan habelə əlavə edib ki, rəsmi İrəvan qaz qiyməti probleminin uzunmüddətli həllini aramaq üçün Rusiya tərəfi ilə danışıqları sürdürəcək: “Biz danışıqları davam etdirəcək və ölkəmizin maraqlarını qorumaq üçün mövqeyimizi ifadə edəcəyik”.

Amma energetika və təhlükəsizlik üzrə ekspert Vaqe Davtyanın fikrincə, İran tərəfinin indiki şəraitdə Ermənistan üçün qaz həcmini artırması, habelə Rusiyanın qaza görə Ermənistana təklif etdiyindən daha rəqabətqabiliyyətli qiymət irəli sürəcəyi ehtimalı azdır.

Ekspert 1-in. am-la söhbətində qeyd edir: “İrandan tədarük edilən qazın həcminin artırılması imkanı yalnız Rusiya və Gürcüstanın Gürcüstan üzərindən qaz tranziti haqda razılaşa bilməyəcəyi halda meydana çıxacaq, gerçəklikdə bunun üçün ilkin şərtlər var. Yadınızdadırsa, 2016-da “Qazprom” və Gürcüstan hökuməti arasındakı danışıqlar xeyli çətin olub. Rusiya özəlliklə israr edirdi ki, ödəniş rublla edilsin, halbuki Gürcüstan barter versiyasına üstünlük verirdi. Rublun devalvasiyası nəzərə alınsa, bu da anlaşılandır. “Qazprom” həmin günlərdə bəzi taktiki uğurlara nail olub və Rusiyanın tranzitə görə rublla ödədiyi və ödənişin davam etdiyi iki illik saziş imzalanıb. “Qazprom” məhz bu danışıqlarda əsas arqument kimi qeyd edib ki, Gürcüstan onun tələbi ilə razılaşmasa, onda Rusiya Gürcüstan ərazisinə, ümumiyyətlə, tranzit kimi baxmağı buraxacaq və Ermənistanı İranın qaz borusu ilə qazla təmin edəcək, əslində isə vurğulayıb ki, İran-Ermənistan qaz borusu infrastrukturuna yiyəlik edir və  bu infrastruktur mahiyyətcə məhz Rusiyadan tədarükün həyata keçirilməsinin şaxələndirilmiş alətidir”.

Davtyanın sözlərinə görə, qazın qiymətindən danışsaq və bu yaxınlarda qazın sərhəddə 15 dollar bahalaşması nəzərə alınsa, Rusiya qazının qiyməti İran qazının dəyəri ilə bərabərləşib. İndi hər ikisi 165 dollardır. Amma bu halda İran tərəfinin 2019-da öz qaz sektorundakı tariflərə yenidən baxa biləcəyindən ibarət olan bir sıra amilləri gözə almaq gərəkdir. Çünki İran neft ixracatçısı ölkədir, neft bazarında isə son altı ayda çox qəliz proseslər baş verir, özəlliklə də neftin dəyəri 85-dən 55 dollara düşüb və bu tendensiya 2019-da da sürəcək.

Davtyan deyir: “Buna görə də bir yandan enerji resursları, özəlliklə də neft ixrac edərək öz büdcəsinin böyük bölümünü təmin edən, o biri yandan sanksiya altında olan və Avropaya ixracat imkanlarını inkişaf etdirmək imkanı olmayan İranın qaz sektorunda öz tariflərinə yenidən baxması lazımdır”.

Bu məsələnin geopolitik tərəfinə gəlincə, ekspertin sözlərinə görə, burada da iki tərkib var. Birincisi, İran və Rusiya Suriya məsələsində ümumi hərbi-siyasi alyansdadır və demək olar ki, eyni sanksiya klubunun üzvüdür və özəlliklə energetika sektorunda olduqca böyük layihələrin gerçəkləşdirilməsinə başlayıblar. Söhbət xüsusilə İran-Azərbaycan-Rusiya energetika dəhlizi, Rusiyanın İranda yeni “Buşer-2” atom elektrik stansiyasını inşa etməsindən gedir.

Bundan savayı, nəzərə almaq lazım gəlir ki, avqustda Rusiya-İran işbirliyinin dərinləşməsi üçün əlavə platformaya çevrilən və Xəzər hövzəsinin resurslarından yararlanmaqda iki ölkə arasında var olan bütün problemləri həll edən Xəzər konvensiyası imzalanıb. Problemin iqtisadi və geopolitik tərkiblərini daxil etsək, belə bir durum alırıq: İran ən yaxın vaxtlarda Ermənistan kimi xırda bazarda Rusiya təbii qazı ilə rəqabətə girə bilməz – bununla da Rusiya ilə hazırda bütün yönlərdə çevik inkişaf edən münasibətləri pisləşdirər”, – deyə Davtyan vurğulayaraq “Qazprom”a məxsus infrastrukturdan da danışmağı artıq sayır. Həm nəzəriyyədə, həm də praktikada təsəvvür eləmək mümkün deyil ki, İran qazını “Qazprom”un infrastrukturu ilə nəql etmək və işlətmək olar.

Ekspert sonda vurğulayıb ki, Ermənistan İrana şaxələndirmə yönü kimi yanaşırsa, yeni infrastrukturun inşasına başlaması gərəkdir, amma beynəlxalq sınaqlar göstərir ki, enerji ixracatçısı olan ölkələr oxşar proqramlara girişir. Vaqe Davtyan yekun vurur: “Buna görə də demək olar ki, top İranın meydanındadır. Sanksiyalar və Rusiya ilə sıx hərbi-siyasi münasibətlərin gəlişməsi gözə alınsa, güman etmirəm ki, ən yaxın zamanda belə bir təşəbbüslə çıxış etsin”.Tərcümə: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam