Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Putindən sonrakı Rusiya və ya "İndiki vəziyyət 100 il əvvəlkindən daha acınacaqlıdır"

Rauf Mirqədirov: "Tarix təkrarlanacaq, islahatlara cəhd ediləcək, amma ruslar nə islahatçıları xoşlayırlar, nə də demokratları"

Yenixeber.org: Rusiyanın Ukraynaya qarşı işğalçı müharibədə məğlub olacağı ilə bağlı proqnozlar artmaqdadır. Yerli və xarici ekspertlər hesab edirlər ki, Ukrayna Ordusunun Rusiya işğal qüvvələrinə qarşı müqaviməti, Kiyevə kollektiv Qərb tərəfindən həm hərbi, həm də iqtisadi yardımları Rusiyanın məğlubiyyətini qaçılmaz edir. Eyni zamanda, Rusiyaya qarşı misli görünməmiş sanksiyaların tətbiqi və bu sanksiyaların bundan sonra da artırılacağı ehtimalları bu dövlətin iqtisadi cəhətdən çöküşünün labüd olduğunu söyləməyə ciddi əsaslar verir. 

Ekspertlərin qənaətincə Rusiyanın məğlubiyyətindən sonra Vladimir Putinin hakimiyyətdə qalması mümkün olmayacaq. Çünki Rusiya xalqının məğlubiyyəti Kreml rəhbərinə bağışlayacağı inandırıcı deyil. 

Qeyri-rəsmi məlumatlara görə, Rusiya siyasi elitasında bəzi şəxslər və ictimaiyyət nümayəndələri, biznesmenlər artıq müharibədə məğlubiyyətin baş verəcəyini dərk edirlər. Onların Putin hakimiyyətindən sonrakı dövrə hazırlaşdırları haqqında bir çox mülahizələr səsləndirilir. 

Maraqlı sual isə budur: Putindən sonrakı Rusiyanın taleyi necə olacaq? Ukraynada qırğınlar törədən, işğalçılıq siyasətindən çəkinməyən, bu səbəbdən də sanksiyalar çəmbərində boğulan Rusiyanın Putin hakimiyyətindən sonrakı dönəmdə dünya dövlətləri ilə inteqrasiyası necə baş verəcək? 

Politoloq Rauf Mirqədirov bildirib ki, əgər söhbət Putindən sonrakı dövründən gedirsə, yəqin ki, Rusiya tarixində hər zaman baş vermiş hal müşahidə ediləcək. 

Analitik tarixə ekskurs edərək deyib ki, Rusiya nə vaxt məğlub olursa, bundan sonra ölkədə islahatlara cəhd edilir, nələrisə dəyişməyə çalışırlar: "Rusiya tarixinə nəzər salsaq, faktlar bunu deməyə əsas verir. Amma az müddət keçməmiş islahatçıların taleyi çox acınacaqlı olur. İndi Rusiyanın orta və uzun vədədə məğlubiyyəti qaçılmaz görünür. Güman ki, Putindən sonrakı dövrdə tarix təkrarlanacaq, islahatlara cəhd ediləcək. Amma ruslar nə islahatçıları xoşlayırlar, nə demokratları. Onlar hesab edirlər ki, ölkə orta əsrlər qanunları ilə idarə olunmalıdır. Daha doğrusu, orta əsrlər dövrünün qaydaları ilə müasir siyasət yeridilə biləcəyini düşünürlər. Bu baxımdan, Putindən sonrakı dönəmdə islahatlara getmək istəyən qüvvələr olacaq və ruslar hər zamankı kimi, onları da cəzalandıracaqlar". 

R.Mirqədirov hesab edir ki, Putindən sonra beynəlxalq aləm əvvəlkilərdən fərqli olaraq, məğlub Rusiyanın ayağa durmasına yardım etməyəcək: "Bu gün dünya Rusiyanı təhlükə kimi görür. Əgər Putin son silahından - nüvə silahından istifadə etməsə, Rusiyanın yenidən toparlanması, dirçəlməsi daha uzun müddət çəkəcək. Rusiyanın ayağa qalxması üçün resursları kifayət qədərdir. Amma bu dəfə daha çətin olacaq. Çünki kollektiv Qərb əvvəllər olduğu kimi bu dəfə Rusiyaya yardım etməyəcək".

"Rusiyanın indiki vəziyyəti ötən əsrin 20-ci illərindəkindən daha acınacaqlıdır. O dövrdə Qərbdə liberal kəsim var idi ki, onlar dünyanın gələcəyini Rusiya ilə bağlayırdılar. Düşünürdülər ki, gələcək kommunizmlə, kommunist dünya görüşü, kommunist azadlıqları və bərabərliyi ideyası ilə bağlıdır. Əlbəttə, liberal kəsim, tanınmış insanlar hər zaman cəmiyyətlərdə ciddi rol oynayırlar. Həmin dövrdə tanınmış insanlar bilərəkdən və ya bilməyərəkdən, Sovet Rusiyasının təsir agentləri rolunda çıxış edirdilər. Bu, əlbəttə, Rusiya üçün çox böyük dəstək idi. Amma indi elə liberallar da yoxdur, yaxud sayları çox azdır", - politoloq əlavə edib. 

Analitikin sözlərinə görə, əsas məsələ isə ondan ibarətdir ki, Rusiyanın bundan sonra dünyaya inteqrasiya istəyinə inam çox aşağı səviyyədədir: "Əlbəttə, inanan müəyyən dairələr yenə də var, fikirləşirlər ki, Rusiyanın bir hissəsi Avropadır, yenə də inteqrasiyada maraqlı qüvvələr hakimiyyətə gələ bilərlər və s. Amma böyük çoxluq Rusiyanın inteqrasiyada maraqlı olmadığını, imperialist fikrin hakim olduğunu anlayırlar".

"Rusiyanın müharibədə məğlubiyyətindən sonra sözsüz ki, ölkənin ərazisində parçalanma ola, Rusiyadan ərazilər qoparıla bilər. Bu, istisna deyil. Amma düşünmək ki, sabah Çin bütün Sibir ərazisini öz nəzarəti altına alacaq, Ural istiqamətini Qazaxıstan götürəcək, bu, qeyri-real proqnoz olardı", - deyə Mirqədirov fikrini tamamlayıb.(AYNA) 

Anar Bayramoğlu

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam