Redaktor seçimi
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
Günün xəbəri

“MÜHARİBƏNİ BİTİRMƏK ÜÇÜN 2 SSENARİ VAR” –“Ya Putin hakimiyyətdən getməlidir, ya da...”

“Müharibəni bitirmək üçün iki ssenari var. Birincisi, Rusiyanın üç və ya daha çox hissəyə bölünməsidir. İkincisi, Rusiyanın ölkə rəhbərliyində dəyişikliyin baş verməsidir”.

Yenixeber.org: Bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.

Kirill Budanov bildirib ki, ikinci ssenari baş verərsə, yeni lider Rusiyanı bütün bu proseslərdən kənarda saxlamağa çalışacaq: “Hakimiyyətə gələn yeni qüvvələr müharibəni diktator Putinin etdiyini deyərək, Rusiyanı xilas etməyə çalışacaqlar. Bu zaman Rusiya işğal etdiyi bütün ərazilərdən – Kuril adalarından tutmuş Almaniyaya aid olan Köniqsberqə qədər - bütün bu bölgələrdən geri çəkilməli olacaq”.

Onun sözlərinə görə, Rusiyanın hərbi və siyasi rəhbərliyi də bu iki ssenaridən başqa seçimlərinin olmadığını bilirlər: “Əksəriyyəti bunu bilir. Və buna görə də istifadə etdikləri rəsmi ritorikaya baxmayaraq, Qərb ölkələri ilə hələ də dialoq qurmağa cəhd göstərirlər. Eyni zamanda onlar həm də Avropadakı sərvətlərini itirməkdən qorxurlar”.

Kirill Budanov Ukraynanın müharibədə qalib gələcəyinə əminliyini ifadə edib: “Geri çəkilmək strategiyalardan biri olsa da, Putinin bunu edəcəyi real görünmür. O, bütün dünya üçün hərbi cinayətkardır. Düşünürəm ki, bu müharibə onun sonunu gətirəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam