Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Kreml dörd istiqamətdə hava hücumları edə bilər-PROQNOZ

ABŞ hərbçilərinin proqnozuna görə, Kiyev, Çerniqov, İzyum və Donbass şəhərləri təhlükə altındadır. Bu istiqamətdə hava hücumları gözlənilir.

Yenixeber.org: Bundan əlavə, işğalçılar son sutka ərzində hərbi təyyarələrin uçuş saylarını xeyli artırıblar - ümumilikdə 300-dən çox uçuş həyata keçirilib.

Kremlin qoşunlarının Kiyevdən çıxarılması ilə bağlı bəyanatlarına baxmayaraq, Ukrayna paytaxtı hələ də Rusiyanın irimiqyaslı təxribatlarına hazır olmalıdır.

Daha əvvəl bildirilirdi ki, NATO Baş katibi Yens Stoltenberq Brüsseldə 2021-ci il üzrə hesabatını təqdim edərkən deyib.

Rusiya bölmələri Kiyev ətrafından və Ukraynanın şimalından geri çəkilmir. Əksinə, Rusiya yenidən cəmlənməyə, yenidən tədarükə və Donbas regionuna hücumunu gücləndirməyə çalışır. Eyni zamanda, Rusiya Kiyevə və digər şəhərlərə təzyiqi saxlayır. Biz daha çox əzab-əziyyətə səbəb ola biləcək əlavə hücumları gözləyə bilərik”, - Stoltenberq bildirib.

Baş katib Rusiyanı Kiyev ətrafında və Ukraynanın şimalında hərbi əməliyyatları azaltmaqla bağlı yalan danışmaqda ittiham edib: “Biz son bəyanatlarda Rusiyanın Kiyev ətrafında və Ukraynanın şimalında hərbi əməliyyatların miqyasını azaldacağını eşitmişik. Lakin Rusiya təkrarən öz niyyətləri barəsində yalan danışıb, ona görə də biz Rusiyanı sözləri ilə deyil, yalnız əməlləri ilə mühakimə edə bilərik”.

Stoltenberq Rusiyanı müharibəni dayandırmağa və bütün qoşunlarını geri çəkərək xoş niyyətli danışıqlarda iştirak etməyə çağırıb.(CNN)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam