Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

"RUSİYANIN NÜVƏ ŞANTAJI 2 VERSİYA ÜZƏRİNDƏ QURULUB" –Ukrayna Kəşfiyyatı açıqladı

Rus işğalçıları dünyanı nüvə partlayışları ilə qorxutmağa və bütün günahı Ukraynanın üzərinə yıxmağa çalışırlar.

Yenixeber.org: Bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirilo Budanov “Ukrayna 24” telekanalının efirində deyib.

O, qeyd edib ki, Ukrayna Kəşfiyyatının əldə etdiyi məlumatlara əsasən, ruslar iki versiya üzərindən plan hazırlayıblar: “İlkin versiya belədir ki, onlar meşələri radioaktiv maddələrlə yandıracaqlar. Nəticədə yaranan zəhərli buludlar küləyin də təsiri ilə ətrafa yayılacaq. İkinci ehtimala görə, işğalçılar nüvə anbarlarını partladmağa çalışacaqlar”.

K.Budanov xatırladıb ki, Rusiya Ukraynada bir neçə dəfə nüvə şantajına əl atıb: “Onlar daha öncə Zaporojjya atom elektrik stansiyasını qəsdən atəşə tutublar və nüvə reaktorunun yerləşdiyi Xarkov Fizika və Texnologiya İnstitutuna raket zərbəsi endiriblər. Rusiya rəhbərliyi artıq anlayır ki, onların bütün planları iflasa uğrayıb. Ona görə də bu cür addımlar ataraq, hədə-qorxu yolu ilə nəyəsə nail olacaqlarını zənn edirlər. İstənilən halda Rusiya rəhbərliyi anlamalıdır ki, onların bu addımı həm Avropaya, həm də Rusiyaya böyük təsir edəcək. Bundan ən çox əziyyət çəkən isə Belarus və Ukrayna olacaq”.

Xatırldaq ki, fevralın 24-dən Rusiya qüvvələri Çernobıl Atom Elektrik Stansiyasının bütün obyektlərini nəzarətə götürüblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam