Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Avstriya parlamentində Kanslerlə bağlı etimad- səsverməsi keçiriləcək

 

Avstriyada hökumət böhranı çərçivəsində Federal Kansler Sebastian Kurts da öz postunu itirmək təhlükəsi ilə üz-üzədir.

Yenixeber.org: Avstriya parlamentində təmsil olunan ən kiçik müxalifət partiyası JETZT (İNDİ) parlamentdə Federal Kanslerə qarşı etimadsızlıq göstərilməsini gündəmə gətirib. Partiyanın müraciəti əsasında gələn həftə parlamentdə bu məsələyə baxılacaq. Partiya tərəfindən verilən açıqlamada baş vermiş video qalmaqalında S.Kurtsun da məsuliyyət daşıdığı qeyd olunur, Haynts-Kristian Ştraxenin rəhbərlik etdiyi Avstriya Azadlıq Partiyasını koalisiyalı hökumətə dəvət etdiyinə görə Kanslerin tutduğu vəzifədən getməli olduğu yer alır.

JETZT 183 yerlik parlamentdə yeddi mandatla təmsil olunduğuna görə etimadsızlıq məsələsində digər partiyaların dəstəyinə ehtiyacı var. Parlamentdə 52 mandatla təmsil olunan Avstriya Sosial-Demokratlar Partiyası (SPÖ) və hökumətdəki bütün nazir postlarını itirdikdən sonra müxalifətə keçən, parlamentdə 48 mandata sahib olan Avstriya Azadlıq Partiyasının (FPÖ) təmsilçiləri açıq şəkildə mövqe bildirməsələr də, etimadsızlıq səsverməsində Kanslerə qarşı mövqe tutma ehtimalları yüksəkdir. Parlamentdə yeganə fraksiya kimi NEOS partiyasından (10 mandat) bildirilib ki, Kanslerə etimadsızlıq ölkədəki hazırkı siyasi böhranı daha da dərinləşdirə bilər.

S.Kurts isə qarşıdakı səsverməni nəzərə alaraq parlamentdə təmsil olunan bütün partiyaların rəhbərlərini görüşə dəvət edib və onlara keçid dövrü hökumətinin fəaliyyət planını açıqlayıb. Görüşdən sonra mətbuata verilən müsahibələrdə mayın 27-də keçiriləcək parlament iclası və etimad səsverməsində müxalifətin də vahid mövqeyə malik olmadığı müşahidə olunub(azərtac)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam