Redaktor seçimi
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Günün xəbəri

RUSİYASIZ DANIŞIQLAR MƏRHƏLƏSİ BAŞLAYIR -Bakı Brüsselə üstün mövqedə gedir...

“Ermənistanın Rusiyanın dəstəyi ilə bölgədə yaranmış qeyri-müəyyənlikdən sui-istifadə müddəti başa çatır”

Yenixeber.org: Bu gün Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında növbəti görüş keçiriləcək. Xatırladaq ki, müharibədən sonra ilk təmas ötən il dekabrın 15-də baş tutmuşduHəmin vaxt həm vasitəçi, həm də Bakı və İrəvan konstruktiv əhvalda keçirilən müzakirələrdən razı qalmışdılar.

Amma gözləntilərin əksinə olaraq, ötən 100 gündə Azərbaycanla Ermənistan arasında gedən müzakirələrdə hər hansı irəliləyiş baş verməyib. Əksinə, sərhəd boyu və Qarabağda atəşkəsin pozulması halları intensivləşib. 

Qanunsuz erməni silahlı dəstələri Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərdə vaxtaşırı təxribatlar törədirlər. Məhz belə təxribatların qarşısını almaq üçün Azərbaycan ordusu strateji kommunikasiyaları və erməni silahlı dəstələrini nəzarətdə saxlamağa imkan verən Fərrux dağında möhkəmlənib.

Rəsmi İrəvan Bakının sülh təkliflərinə hələlik müsbət cavab vermək istəmir, daha çox Rusiya və Qərbin təzyiqlərindən istıfadə edərək indiki status-kvonu saxlamağa çalışır. Bakı isə təbii ki, bununla razlaşmır, hərbi müstəfidə qazanılan zəfəri siyasi müstəvidə möhkəmləndirməyə, İrəvanı yekun sülh müqaviləsi bağlamağa məcbur etməyə, Qarabağda suverenliyini tam bərpa etməyə cəhd edir .

Bu gün keçiriləcək Brüssel görüşünün əsas səbəblərindən biri hazırki gərgin situasiyanı yumşaltmaq və tərəflərin mövqelərini sülhə yaxınlaşdırmaqdan ibarətdir.

 

 

Dünən ABŞ Dövlət katibi Entonu Blinken Azərbaycan Prezidentinə və Ermənistanın Baş nazirinə zəng edərək Brüssel görüşü barədə müzakirələr aparması Qərbin prosesdən ciddi gözləntilərinin olduğu qənaəti yaradır.

Xatırladaq ki, ötən həftə Rusiya rəhbəri Vladimir Putin də İlham Əliyevə telefon açmışdı. Müşahidəçilər müzakirələrdə Putinin Brüssel görüşü ərəfəsində öz mövqeyini tərəfələrə bir daha xatırlatdığı qənaətindədirlər.

Dekabrın 15-də Brüsseldə keçirilmiş Əliyev-Paşinyan görüşündən qabaq isə Putin liderləri Soçiyə dəvət edərək münaqişənin həlli ilə bağlı növbəti üçtərəfli bəyanat imzalanmışdı. Hazırda Ukrayna müharibəsindən dolayı onun fiziki və siyasi imkanları növbəti preventiv görüşün təşkilini əngəlləyir...

Rusiya-Ukraynanmüharibəsinəinki regionda, dünyada əksər paradiqmaları dəyişib və nəticədə postovet regionunda münaqişələrin həlli ilə bağlı yeni yanaşmalar ortaya çıxıb.

Qərbin bu mərhələdə fəallığı 44 günlük müharibədən sonrakı üçtərəfli formatları gündəmdən çıxarır. Bu gün Brüsseldə Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında Rusiyasız birbaşa danışıqların əsası qoyulur. Yeni mərhələdə Minsk Qrupu formatı da demontaj olunur, onun missiyasını fərqli formada Avropa İttifaqı həyata keçirməyə çalışır.

 

 

ABŞ Dövlət katibi Blinkenin zəngi də göstərir ki, Azərbaycan və Ermənistan arasında Rusiyanın iştirakı olmadan danışıqlar aparılmasına tərəfdardır.

Bu danışıqlara Azərbaycan kifayət qədər üstün mövqe ilə qatılır. 

Əvvəla, İrəvana sülh danışıqlarının baza rolunu oynayacaq 5 maddəlik sənəd təklif olunub. Rəsmi Bakı ancaq beynəlxalq hüquq prinsiplərindən çıxış edərək, regionda davamlı sülhün əldə olunmasının respetini ortaya qoyub.Qərbin bu sənəddə göstərilən - sərhədlərin, ərazi bütövlüyünün qarşılılqılı olaraq tanınması, güc tətbiqindən imtina, kommunikasiyaların açılması kimi təşəbbüsləri dəstəkləyəcəyi şübhə doğurmur. 

Bu günə qədər Ermənistan rəhbərliyi də bilavasitə bu prinsiplərdən imtina etdiyi açıqlamayıb. Amma diplomatik dalandan çıxmaq üçün gah Minsk Qrupu çərçivəsində müzakirələri, gah da qoşunların sərhədlərdən geri çəkilməsi təkliflərini ortaya atıb.

İkincisi, Azərbaycan Qərbin tətbiq etdiyi "Rusiyasız danışıqlar modelini" qəbul edir. Amma Ermənistan rəhbərliyinin bu məsələdə mövqeyi tam olaraq aydın deyil.

Üçüncüsü, rəsmi Bakı Qərbin də istinad etdiyi 10 noyabr bəyanatının tam olaraq yerinə yetirilməsini tələb edir. Qarşı tərəfin bu məsələdə mövqeyi isə kifayət qədər dolaşıq və ziddiyətlidir.

Dördüncüsü, Azərbaycan Naxçıvana birbaşa dəmiryolu və avtomobil yolu çəkilməsi üçün Zəngəzur dəhlizinin açılması təklifini ertələyib. Bu yolun İran üzərindən tikilməsi üçün artıq Tehranla memorandum imzalanıb.

 

 

Qeyd edək ki, Avropa İttifaqı 15 dekabr görüşündə faktiki olaraq Ermənistanın mövqeyini dəstəkləyərək Zəngəzur dəhlzinin ancaq ölkələrin suverenliyi çərçivəsində açılmasının vacibliyini bildimişdi.

Azərbaycan rəhbərliyi isə bu konteksdə Laçın dəhlzində dövlət sərhədinə nəzarət məsələsini qaldırıb.Ancaq Ermənistan buna razılıq verməkdəm qaçmaq üçün bu barədə Bakının Moskva ilə müzakirələr aparmalı olduğuna işarə vurub.

Hazırda Laçın dəhlizinə alternativ yolun tikintisi sürətlə davam edir və iki ay ərzində başa çatması gözlənilir. Bundan sonra Ermənistanın Xankəndi ilə nəzarətsiz kommunikasiyası mümkün olmayacaq.

 

 

Beləliklə, Ermənistanın Rusiyanın dəstəyi ilə bölgədə yaranmış qeyri-müəyyənlikdən sui-istifadə müddəti başa çatır. Paşinyan hakimiyyətinin Azərbaycanla sülh müqaviləsi imzalayıb 10 noyabr bəyanatının şərtlərini icra etməkdən başqa çıxış yolu qalmır.

Bu istiqamətdə real addımlar atılmasa, Azərbaycan təzyiqi gücləndirəcək. Eyni zamanda Ankara-İrəvan arasında münasibətlərin qurulması istiqamətində gedən danışıqlar dondurula bilər.

Bu situasiyada Ermənistan rəhbərliyinin nəyəsə ümid etməsi də mümkünsüz görünür. Beynəlxalq aləmin təcrid etdiyi müttəfiq Rusiyanın imkanları tədricən daralır və onun regiondakı hazırki status-kvonu saxlayacağı xeyli problematik görünür. Kremlin yaratdığı və uzun illər siyasi təzyiq alətinə çevirdiyi münaqişələrin istifadə müddəti bitmək üzrədir.

Ukrayna müharibəsi dünyaya bir daha göstərdi ki, etnik separatizm, dövlətlərin suverenliyinin təhdid edilməsi təsəvvür olunmaz böhranlara gətirib çıxarır. Dünya isə yeni müharibələr istəmir..."Azpolitika"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam