Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Paşinyan da Blinkenlə danışıb

Paşinyan Blinkenlə danışıb

Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ Dövlət katibi Entoni Blinken Brüsseldə keçiriləcək üçtərəfli görüşü müzakirə ediblər.
Yenixeber.org: Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Paşinyanla ABŞ dövlət katibi telefon danışığı zamanı Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiyası və delimitasiyası, regionda kommunikasiyaların açılması imkanları, həmçinin Ermənistan və Türkiyə arasında dialoqla bağlı fikir mübadiləsi aparıblar.
Tərəflər Cənubi Qafqazda baş verən proseslərə toxunublar. ATƏT-in Minsk Qrupunun həmsədrliyinin işi kontekstində regional sabitliyin və sülhün təmin edilməsinin vacibliyi qeyd edilib. Həmsöhbətlər beynəlxalq platformalarda əməkdaşlıq məsələlərini, eləcə də Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Qeyd edək ki, aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin birgə görüşü keçiriləcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam