Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ekspert:“Avropa liderləri Azərbaycanın qələbəsini və regionun reallıqlarını qəbul edirlər”

Ekspert: “Avropa liderləri Azərbaycanın qələbəsini və regionun reallıqlarını qəbul edirlər”

"Avropa ölkələrinin liderləri Azərbaycanın qələbəsini və regionun reallıqlarını qəbul edirlər. Azərbaycan, Fransa, Ermənistan liderləri və Avropa İttifaqı (Aİ) Şurası prezidentinin videoformatda görüşü də buna sübutdur".

Yenixeber.org: Bunu hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko bildirib.

“Azərbaycan, Fransa, Ermənistan liderləri və Aİ Şurası prezidenti arasında dünən baş tutan görüşdə ATƏT-in Minsk Qrupunun xatırlanmaması mövcud reallıqların əks olunmasından və Avropa liderlərinin bu faktı başa düşməsindən xəbər verir. Bu, Azərbaycanın diplomatik qələbəsidir”, - o deyib.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu problemlərin həll olunması subyekti kimi artıq mövcud deyil və Azərbaycan İkinci Qarabağ müharibəsi nəticəsində öz ərazi bütövlüyünü bərpa etdiyindən əhəmiyyətini itirib.

Rusiyalı ekspertin fikrincə, UNESCO Azərbaycanın işğaldan azad edilmiş ərazinlərdə ermənilərin dağıtdıqları mədəniyyət abidələri ilə bağlı ciddi iş görməlidir: “Ermənilər işğaldan azad edilmiş ərazilərdə özlərindən sonra dağıdılmış kilsə və məscidlər qoyub gediblər. Humanitar nöqteyi-nəzərindən bu problemləri həll etmək lazımdır”.

İ.Korotçenko hesab edir ki, UNESCO minalanmış ərazilərin xəritələrinin təqdim edilməsi kimi məsələlərlə fəal məşğul olmalıdır: “Minalardan təmizlənmə və minalanmış ərazilərin xəritələrinin təqdim edilməsi problemi regionda təhlükəsizliyin möhkəmləndirilməsi baxımından vacib elementdir”.

Xatırladaq ki, Azərbaycan, Fransa, Ermənistan liderləri və Aİ Şurası prezidentinin görüşündə həmçinin UNESCO missiyası məsələsi müzakirə olunub və onun Azərbaycana və Ermənistana göndərilməsinə razılıq verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam