Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Ekspert:“ATƏT-in Minsk qrupu heç nə edə bilmədi və uğursuzluğa düçar oldu"

Ekspert: “ATƏT-in Minsk qrupu heç nə edə bilmədi və uğursuzluğa düçar oldu

“Fransa uzun illər ərzində sülh yolu ilə həll prosesini pozurdu, lakin Azərbaycan münaqişədən sonrakı mərhələdə ona şans vermək qərarına gəlib”.

Yenixeber.org: Bunu rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov bildirib.

Ekspertin fikrincə, Azərbaycan, Fransa, Ermənistan liderləri və Avropa İttifaqı (Aİ) Şurası prezidentinin videoformatda görüşü Azərbaycan Prezidentinin həm də Aİ-yə hörmətinin ifadəsidir: “Təbii ki, onlar ciddi uğursuzluğa düçar oldular. Fransa uzun illər ərzində sülh yolu ilə həll prosesini pozurdu, lakin Azərbaycan mübahisə etmək istəmir, ona şans və imkan vermək qərarına gəlib”.

Onun sözlərinə görə, görüşün nəticələri ilə bağlı qəbul edilmiş bəyanatda “Qarabağ münaqişəsi” və ya aşkar uğursuzluğa düçar olmuş ATƏT-in Minsk qrupu haqqında bir kəlmə belə yoxdur.

“ATƏT-in Minsk qrupu heç nə edə bilmədi və uğursuzluğa düçar oldu. Buna görə də indi özünə başqa yer, başqa imkan tapmalıdır. Onlar əsas diqqəti nəqliyyat əlaqələrinin bərpasına və ya sərhəddin demarkasiya və delimitasiyasına yönəldə bilərlər. Bu mövzularda Fransa Ermənistana təzyiq etməlidir. Onlar belə bir rol görməlidir. Onu tapıb-tapmayacaqlarını demək çətindir. Hər şey özlərindən asılıdır”, - S.Markov deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam