Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Rəsmi Bakı hədəfinə çatır -Fransa Qafqazdakı yeni reallıqlarla barışır

Rəsmi Bakı hədəfinə çatır - Fransa Qafqazdakı yeni reallıqlarla barışır

"Ötən gün Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüşün keçirilməsi bir daha onu göstərir ki, dövlətimizin başçısı müstəqil siyasət yürütməklə hər zaman nəticə verə biləcək görüşlərə hazırdır".

Yenixeber.org: Bu fikirləri Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Cavid Osmanov deyib.

Onun sözlərinə görə, Şarl Mişel və Emmanuel Makronun birgə bəyanatı isə bu görüşü Azərbaycanın növbəti vacib diplomatik uğuru kimi qiymətləndirməyə imkan verir: "Çünki sənəddə Minsk qrupuna istinad yoxdur. Moskva, Soçi və Brüsseldə keçirilmiş görüşlərin mahiyyətinə uyğun olaraq Minsk qrupuna istinad yer almayıb. Digər tərəfdən də sənəddə Dağlıq Qarabağ münaqişəsi və hətta Qarabağ kimi ifadə yoxdur. Bu, həmin terminin tamamilə leksikondan çıxarılmasının və Qarabağ mövzusunun tamamilə gündəlikdən çıxmasının növbəti təsdiqidir. Həmin reallığı artıq Minsk qrupunun həmsədri kimi Fransa da qəbul edir".

Deputat bildirib ki, Fransa görüşə Minsk qrupunun həmsədri kimi yox, Avropa İttifaqının sədri qismində qatılıb: "Bu isə onu göstərir ki, Brüsseldə təsbit olunmuş uğurlu sülh gündəliyi davam edir. Həmin gündəliyin əsasını Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, Zəngəzur dəhlizinin açılması, itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi, minaların təmizlənməsində Azərbaycana yardım və etimad quruculuğu kimi məsələləri özündə ehtiva edir. Görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, iki ölkə arasında humanitar məsələlər, dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılması və etimad quruculuğu ətrafında müzakirələr aparılıb. Müzakirə edilən ən vacib məsələlərdən biri də Azərbaycanın üzləşdiyi mina problemi, kommunikasiyaların açılması və sülh sazişi üzrə danışıqların başlanması olub. Həmçinin UNESCO-nun Azərbaycana və Ermənistana missiyasının göndərilməsi barədə razılığıa gəlinib".

Cavid Osmanov
Cavid Osmanov

C.Osmanov vurğulayıb ki, Prezident İlham Əliyev görüşdə çıxış edərkən bir çox vacib məsələlərə toxunub: "Dövlət başçısı çıxışında Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi, kütləvi məzarlıqların və onların yerlərinin dəqiq koordinatlarla Ermənistan tərəfindən verilməli olduğunu xüsusi olaraq qeyd edib. Görüşdə Prezident İlham Əliyev Birinci Qarabağ müharibəsi zamanı 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla ümumilikdə 3890 Azərbaycan vətəndaşının itkin düşməsini də gündəmə gətirib. Bildiyiniz kimi, hazırda işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi istiqamətində dövlətimiz tərəfindən çox ciddi işlər aparılır. Təəssüflər olsun ki, Ermənistan tərəfindən təqdim olunan mina xəritələrinin dəqiqlik faizi də çox aşağıdır. Bu da bizim işimizi çətinləşdirən amillərdən biridir. Görüşdə Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstəyin artırılması məsələsinə xüsusi olaraq diqqət verib. Hesab edirəm ki, dünənki görüşün nəticəsi və bəyanatda əks olunan fikirlər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın növbəti diplomatik qələbəsidir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam