Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

"AZƏRBAYCANIN MÜSTƏQİLLİYİNİ TANIMAĞIMIZA MANE OLMAĞA ÇALIŞIRDILAR" -Türkiyə XİN keçmiş SSRİ idarəsinin rəisi

Yenixeber.org:Türkiyənin Pekindəki keçmiş səfiri, Türk Tarix Qurumunun həqiqi üzvü Bilal Şimşir Turan agentliyinə müsahibə verib. Müsahibəni təqdim edirik:

Turan: 2011-ci ilin aprelində Bilgi nəşriyyatında çıxmış 800 səhifəlik “Azərbaycan” adlı kitabınızda müstəqilliyin elanından əvvəlki və sonrakı prosesləri ətraflı şəkildə yazmısınız.O dönəmin xatirinizdə qalan mühüm anlarını oxucularımızla bölüşməyiniz mümkündürmü?

Şimşir: SSRİ-nin dağılması prosesində bizim ən çox həyəcanla gözlədiyimiaz məsələ- Azərbaycanın öz müstəqiliyini elan etməsiydi. Hörmətli Özal 1991-ci ilin martında Moskvadan Bakıya gedəndə qardaş paytaxtda baş konsulluğumuzu açdıq. Oktyabrın 18-də Azərbaycanın öz müstəqilliyini yenidən elan etməsinə dair xəbəri həm Bakıdan həm də Moskvadan aldıq. 

Daha sonra xəbərlərin gəlməməsi və Azərbaycanın bizdən tanınmağı tələb etməməsi narahatlığımıza səbəb oldu.Həm hökumət Azərbaycanı tanımaqda ləng tərpənirdi həm də qardaş ölkənin müstəqilliyini tanımağımız üçün Bakıdan tələb gəlmirdi. Mən prezident Özal və baş nazir Məsut Yılmaza müraciət edərək tanınma tələbi gətirməsi üçün Bakıya diplomat göndərməyi təklif etdim. O vaxt xristian ölkələri SSRİ-dən ayrılmış eyni dindən olan ölkələri tez tanıdılar, ancaq Azərbaycanın müstəqilliyinin tanınmasından söhbət gedəndə bizim tanımağımıza da mane olmağa çalışırdılar. 

Həm Özal həm də Yılmaz mənim təklifimə müsbət baxdılar və bir an əvvəl özümün Bakıya getməyimi istədilər. Mən Moskvadakı səfirliyimizin vəziri-muxtarı Halil Akıncı və müavinim Kurtuluş Taşkentlə Bakıya getdim. Orada prezident və baş nazirlə görüşərək Türkiyəyə tanınma tələbi vermələrini istədik. Müxalifət lideri Əbülfəz Elçibəylə görüşümü də heç vaxt unutmaram. Çox sadə bir evdə yaşayırdı, pəncərə sınmış,təzə şüşə salmamışdılar .İqtidarın da müxalifətin də Türkiyəyə tanınma tələbi verməsinə müsbət baxdıqlarını görüb Türkiyəyə qayıtdıq.

Tələb gələn kimi vaxt itirmədən Azərbaycanı tanıma bəyannaməsi yazıb hökumətə təqdim etdik. Prezident Özala və baş nazir Məsut Yılmaza dedim ki, biz Azərbaycanı İrandan əvvəl tanımasaq, tarix bizi əfv etməz və münasibətlərimizin gələcəyində həmişə böyük nöqsanımız kimi xatırlanar. Noyabrın 8-də Məsut Yılmaz hökuməti Azərbaycanı tanıyan bəyannaməni təsdiq etdi.Daha sonra hökumət dəyişdi və DYP-SHP koalisiyasının xarici işlər naziri Hikmət Çətin bəyannaməni məclisdə təsdiq etdirdi.

Turan: Müstəqillik bəyannaməsi elan edilən kimi baş konsulluğun səfirliyə çevrilməsi barədə qərar qəbul edildi, Altan Karamanoğlu fövqəladə və səlahiyyətli səfir oldu...

Şimşir: Altan bəy Ankaraya gəldi, onun etimadnaməsi hazırlandı, Bakıdan razılıq gələndən sonra səfir oraya gedərək güvən məktubunu prezidentə təqdim edəcək, rəsmən fəaliyyətə başlayacaqdı. Ancaq Altan bəyin ayağı sınmışdı, bir müddət xəstəxanada yatdı.Biz isə güvən məktubunun bir an əvvəl Bakıda prezidentə təqdim edilməsinə çalışırdıq. Məktubu Bakıya mənim aparmağım qərarlaşdırıldı. Əvvəlcə baş nazirlə görüşdüm, məktubu alıb bir tərəfə qoyandan sonra dedi ki, tələsəcək işimiz yoxdur. 

Mən isə Türkiyənin tələsdiyini və səfir Karamanoğlunun güvən məktubunun bir an əvvəl təsdiq edilməsinin lazım olduğunu dedim. Məktub prezidentə təqdim edildi, mən Ankaraya qayıtdım, bir müddətdən sonra Altan bəy Bakıya getdi. Dekabrın axırında Azərbaycan müstəqillik referendumu keçirəndə də mən Bakıdaydım. Azərbaycan çox gənc bir dövlət idi, səfirimizin güvən məktubunu prezidentə təqdim edəndə demişdim ki, bu, güvən məktublarının vahid formasıdır, siz də Azərbaycan Türkcəsində bundan hazırlatdırın. Həm iqtidarla həm də müxalifətlə daimi əlaqədəydik.1992-ci ilin fevralında prezident Ankaraya gəldi, müharibə şəraitində olan qardaş Azərbaycana dəstəyi genişləndirməyi qərarlaşdırdıq.

Turan: Sizin Azərbaycana daha əvvəlki gəlişinizi də yaxşı xatırlayıram.1991-ci ilin iyununda Türk Tarix Qurumu heyətiylə Bakıda olanda professor Abdulhaluk Çay sizin 20 dollarınızı mənə verib poçt markaları almağımı istəmişdi.O gəlişinizdə siyasi və diplomatik məşvərətləriniz olmuşdumu?

Şimşir: O vaxt Azərbaycan müstəqillik elan etməmişdi. Ancaq prosesin Azərbaycanı müstəqilliyə doğru apardığını görməmək mümkün deyildi. Biz daha çox ortaq əlifba və tarix məsələləri üzərində müzakirələr aparırdıq. Məndə “Kommunist” qəzetinin 1922-ci ildə latın hərfləriylə çıxmış nüsxələri vardı. Əbülfəz Elçibəy dedi ki, bunları ilk dəfə görürük. O vaxt biz ərəb əlifbasından istifadə edirdik. Azərbaycan o işdə bizdən çox qabağa düşmüşdü, ancaq 1939-cu ildə kiril əlifbasını qəbul etmək məcburiyyətində qalmışdı.

Biz Azərbaycanın latın əlifbasını qəbul etməsini istəyirdik. Bakıdakı müzakirələrimizdə fikir ayrılığı daha çox “ə” və “x” hərflərinin üzərində olmuşdu.Azərbaycan alimləri bu səslərin dildə olduğunu, ona görə əlifbada da olmasının lüzumu üzərində durdular. Mən filatelistəm, ona görə Azərbaycanın öz poçt markalarını hansı əlifbada yazacağı da mənim üçün maraqlı idi. O gediş-gəlişlərimizin həm müstəqilliyin qazanılmasında, həm də ölkələrimiz arasındakı münasibətlərin inkişafında əhəmiyyətli dərəcədə rolu oldu.

Turan: Siz “erməni məsələsi”ylə bağlı Türkiyədə ən çox kitab çap etdirmiş araşdırıcı olduğunuza görə o sahədə dünya miqyasındakı prosesləri də yaxından təqib edirsiniz. Fransa senatının “soyqırım” olmamışdır”- deyənləri cəzalandırmağı nəzərdə tutan qanunu yenidən qəbul etməsi barədə nə deyə bilərsiniz?

Şimşir: AİHM-in Perinçək qərarında bir hadisənin “soyqırım” kimi xarakterizə edilməsi üçün məhkəmə hökmünün olması zərurəti ifadə edilib.1915-ci il hadisələriylə bağlı heç bir məhkəmə qərarının olmamasına baxmayaraq, Fransa senatının yenidən qanun qəbul etməsinin heç bir hüquqi əsası yoxdur. İsveçrə parlamenti öz qərarlarını ləğv etməyə hazırlaşarkən Fransa senatının yenidən eyni qərarı qəbul etməsi heç nə ifadə etmir. AİHM Böyük palatasının Perinçək-İsveçrə prosesində verdiyi qərar Avropa Şurasına üzv olan bütün ölkələr üçün bağlayıcıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam