Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Bu ştatda da Azərbaycan Milli Günü elan edildi

 

Daha bir ştatda Azərbaycan Milli Günü elan edildi
Milli Oklahoma ştatının qubernatoru Rebin Stitt Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-cü ildönümü, diplomatik xidmətin 100 illiyi, NATO ilə əməkdaşlığın 25 illiyi, Azərbaycan və Oklahoma ştatı arasında 16 il davam edən Dövlət Tərəfdaşlıq Proqramı ilə əlaqədar olaraq bəyannamə imzalayıb.
Yenixeber.org: Bəyannamədə 1917-ci il inqilabından sonra - 1918-ci il mayın 28-də Azərbaycan öz müstəqilliyini elan etməklə parlamentli respublika yaratdığı bildirilir. 

Azərbaycan Xalq Cümhuriyyətinin öz müstəqilliyi uğrunda mübarizə aparmasına rəğmən 1920-ci ildə sovetlər birliyinin tərkibinə daxil edildiyi və 1991-ci il oktyabrın 18-də yenidən öz müstəqilliyini bərpa etməyə nail olduğu vurğulanır. 

Bu qısa dövrdə Azərbaycan qadınların roluna və hüquqlarına böyük əhəmiyyət verərək bu sahədə bir sıra mühüm dəyişikliklər etdiyini və müsəlman Şərqində ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsini təmin etdiyi qeyd olunur. 

Azərbaycanın 1992-ci ilin martın 2-də Birləşmiş Millətlər Təşkilatına 168-ci üzvü olaraq qəbul edilməsi və 2012-2013-cü illər ərzində BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlük hüququnu qazanması diqqətə çatdırılır. 

Sənəddə 2001-ci il sentyabrın 11-dən sonra Azərbaycanın ABŞ-ı terrorizmə qarşı mübarizədə ilk dəstəkləyən ölkələrdən biri olduğu vurğulanır. Həmçinin Azərbaycanın 2003-cü ildə imzalanan Dövlət Tərəfdaşlıq Proqramı çərçivəsində Oklahoma Milli Mühafizəsi ilə iqtisadi, neft, təbii qaz və kənd təsərrüfatı sahələrində tərəfdaş olduğu bildirilir. 

Diqqətə çatdırılır ki, Azərbaycan sülh, firavanlıq, təhlükəsizlik və sabitlik sahələrində regionda özünü lider ölkə olaraq təsbit edib. Ölkə rəhbərliyi enerji resurslarının şaxələndirilməsinə, tədqiqat, yardım və imkanlara böyük əhəmiyyət verir. Bildirilir ki, Azərbaycan dost, müttəfiq və tərəfdaş ölkədir. 

Qeyd edək ki, Azərbaycan Oklahoma Milli Qvardiyası ilə 15 ildən çoxdur əməkdaşlıq edir. Bu bəyannamə ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101 illiyi və diplomatik xidmətin 100 illiyi ilə əlaqədar olaraq keçirilən tədbirdə Oklahoma Milli Qvardiyasını təmsil edən nümayəndə heyəti tərəfindən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanova təqdim edilib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam