Redaktor seçimi
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Günün xəbəri

Tehran alternativ yol axtarışında - İran rəsmisi İrəvana yola düşüb

 
İranın Yol nazirinin müavini yol çəkilişi ilə bağlı Ermənistanla məsləhətləşmələr aparmaq üçün İrəvana gedib.
Yenixeber.org: Məlumata görə, bu xəbəri İranın “Etimad Onlayn” portalı yayıb.
Bildirilir ki, İranın Yol və Şəhərsalma nazirinin müavini ölkəsinin Yeravana gedən alternativ kommunikasiya marşrutunun tamamlanmasını müzakirə etmək üçün Ermənistana yollanıb.
Oktyabrın 3-ü, bazar günü Xeyrullah Xademi Ermənistanın Tatu yolunun tikintisində İranın iştirakına dair qərar verilməsi məqsədilə texniki və mühəndis heyətlə birlikdə bu ölkəyə səfərə gedib.
İLNA xəbər jansının verdiyi məlumata görə, İran Tatu yolunun tamamlanmasında iştirak edərək Gorus-Qafan yolunu əvəz etməyə çalışır. 15 kilometrdən az hissəsi qalan Tatu yolunun tamamlanması o deməkdir ki, İran Azərbaycan ərazisinə girmədən Ermənistana çatacaq və oradan da Rusiya və Avropaya birləşəcək. 
Buna görə də, dünən İranın texniki heyətinin Ermənistanda sözügedən yola baş çəkməsi qərara alınıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti sentyabrın 27-də “Anadolu” agentliyinə müsahibəsində Qarabağa qanunsuz olaraq yük maşınları göndərməsi və bu ölkənin sərhədləri yaxınlığında hərbi təlim keçirməsinin məqsədi ilə bağlı İrana faktlara əsaslanan suallar ünvanlayıb. Lakin bu həqiqətlər qarşısında cavabsız qalan Tehran hökuməti Ərdəbilin imam-cüməsi ayətullah Həsən Amili də daxil olmaqla öz əlaltı mollaları, siyasətçiləri və hərbçiləri vasitəsilə hər gün Azərbaycan əleyhinə saxta ittihamlar səsləndirir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam