Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İran Xəzər dənizini dəmiryolu ilə Fars körfəzinə birləşdirəcək - Açıqlama

 

İran Xəzər dənizini dəmiryolu vasitəsi ilə Fars körfəzinə birləşdirmək üçün ciddi addımlar atmaqdadır.

Yenixeber.org: Məlumata görə, bunu İranın yol və şəhərsalma nazirinin müavini və İranın Dəmir Yolları Şirkətinin icra direktoru Səid Rəsuli “Tasnim” informasiya agentliyinə açıqlamasında deyib.

O bildirib ki, bu dəmiryolu Fars körfəzindən başlayır və Şimal-Cənub dəhlizi çərçivəsində Azərbaycana birləşəcək.

Rəsulinin sözlərinə əsasən, hazırda bu dəmiryolunda inşa olunmayan hissə Rəşt-Astara dəmiryoludur.

“Eyni zamanda Rəşt-Ənzəli və Kaspian limanına dəmiryolu inşa ediləcək” – deyə o qeyd edib.

Rəşt-Astara dəmiryolunun uzunluğunun təxminən 164 kilometr olduğunu deyən nazir müavininin sözlərinə görə, İranın Yol və Şəhərsalma Nazirliyi və Dəmir Yolları Şirkəti bu dəmiryolunun inşa edilməsini əsas prioritetlərdən biri hesab edir.

Rəsuli deyib ki, dəmiryolunun inşa olunacağı ərazinin bir hissəsinin mülkiyyəti ilə bağlı işlər yekunlaşıb və layihəyə yaxın vaxtlarda başlanacaq.

“Bu istiqamətdə olan terminalın bir hissəsindən istifadə edilir və bir ölkənin investisiyası ilə terminal inkişaf etdirilməkdədir”, – deyə o qeyd edib.

Şirkət rəsmisi vurğulayıb ki, Rəşt-Astara dəmiryolunun iki il ərzində istismara verilməsi qərara alınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam