Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Ermənistan ordusundan əsər-əlamət qalmayıb"-“Azərbaycanın həyata keçirəcəyi layihələrə Ermənistanın daha çox ehtiyacı var”

 

“Vətən müharibəsi dövründə bütün cəbhələrdə olduğu kimi, cənab Prezident informasiya cəbhəsinin də önündə idi. Həmin vaxt dünyanın 30-a yaxın nüfuzlu kütləvi informasiya vasitələrinə müsahibə verən dövlət başçımız Azərbaycan həqiqətlərini dünyaya çatdırdı. Ölkəmizə qarşı qara kampaniya aparan ermənipərəst qüvvələrin və onların havadarlarının yalançı, heç bir məntiqə sığmayan, həqiqəti ört-basdır edən, Azərbaycanın haqq işinə gölgə salan təbliğatları alt-üst oldu. Həmin müsahibələrdə bütün dünya Azərbaycan Prezidentinin liderlik keyfiyyətlərinə, diplomatik bacarığına və təcrübəsinə, faktlara söykənən məntiqli cavablarına, təxribat xarakterli suallara təmkinli yanaşmalarına və dəmir iradəsinə şahid oldu. Qısa müddət sonra Vətən müharibəsindən bəhs edən jurnalistlər, siyasi və hərbi ekspertlər dövlət başçımız İlham Əliyevin müsahibələrində səsləndirdiyi fikirlərə və faktlara istinad etməyə başladılar. Bu, informasiya cəbhəsində ölkəmizin qələbəsi demək idi”. 

Yenixeber.org: Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Qardaş Türkiyənin məşhur “CNN Türk” televiziya kanalına müsahibəsində cənab Prezident müharibədən sonra yaranmış vəziyyət, görülmüş və görüləcək işlər, qarşıda duran vəzifələr barədə ətraflı məlumat verdi, bölgədə yaranmış yeni mənzərə ilə ictimaiyyəti tanış etdi. Verdiyi cavablarda cənab Prezidentin hər kəlməsinin arxasında sülh çağırışları dayanırdı. Bu da ölkə başçısının nə qədər humanist və sülhsevər olduğunu göstərir. Cənab Prezident Vətən müharibəsindən əvvəl də uzun müddət münaqişənin sülh yolu ilə həll olunmasına çalışdı. Təmkinlə, səbirlə gözlədi, amma birmənalı şəkildə bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz. Bu müsahibədə də cənab Prezidentin dəyişməz mövqeyinin şahidi olduq. Hamıya məlum oldu ki, sülh müqaviləsinin imzalanması üçün mütləq Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Bu, təkzibolunmaz reallıqdır ki, Ermənistan bunu qəbul etməlidir”, - S.Möhbalıyev bildirib.

 

“Müsahibəsində cənab Prezident müharibənin baş verməsinə gətirib çıxaran hadisələrin qısa xülasəsin verməklə həqiqətləri bir daha ortaya qoymuş oldu və Ermənistanın işğalçı mahiyyətini açıb göstərdi. Münaqişə dövründə dövlət başçımız dəfələrlə bəyan etmişdi ki, Azərbaycan danışıqlara sadiqdir. Amma Ermənistan müxtəlif siyasi və hərbi təxribatlar törədərək bu prosesi pozmağa çalışırdı. Müharibənin baş verməsinə də Ermənistanın hərbi təxribatları vəsilə

oldu. Dinc sakinlərin hədəf alınması, mütəmadi hərbi təxribatlar törətməsi müharibəni qaçılmaz etdi. Artıq əminliklə deyə bilərik ki, vəziyyət dəyişib. Bölgədə Azərbaycanın yaratdığı yeni reallıqlar hakimdir ki, Ermənistanın da bunu qəbul etməsi bu dövlətin qurtuluşu deməkdir. Ermənistandakı vəziyyət heç kimə gizli deyil, əhali səfalət içində yaşayır, işsizlik baş alıb gedir, ölkədən baş götürüb qaçanların sayı durmadan artmaqdadır, ümumilikdə sosial-iqtisadi vəziyyət çox ağırdır. Zəngəzur dəhlizinin açılması region ölkələri ilə yanaşı, Ermənistan üçün də əlverişli olacaq, İran və Rusiya ilə nəqliyyat daşımaları asanlaşacaq. Cənab Prezident Ermənistanla digər nəqliyyat layihələrinin ola biləcəyini, ticarət əlaqələrinin bərpasının mümkünlüyünü bəyan etdi. Görünür ki, bütün bu layihələrə Ermənistanın daha çox ehtiyacı var. Öz xalqının rifahını düşünən bir hakimiyyət bu şansı əldən verməməlidir”, - AHİK sədri bəyan edib.

 

“Cənab Prezident müsahibəsində Laçın dəhlizindən keçməklə erməni əsgərlərinin Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərində yerləşdirilməsinə də münasibət bildirdi. Açıq görünür ki, Ermənistan imzaladığı 10 noyabr üçtərəfli Bəyanatına məhəl qoymur, ölkəsini məhvə sürükləyəcək növbəti təxribatlara hazırlaşır. Təbii ki, bu cür əməllərin sonu Ermənistan üçün çox ağır olacaq. Bu ölkənin Azərbaycanla müharibə dili ilə danışmaq cəsarəti yoxdur. Hansı ordu ilə qarşımıza çıxacaqlar!? Yenilməz, məğlubedilməz kimi təbliğ etdikləri Ermənistan ordusundan əsər-əlamət qalmayıb. Başlarını qaldırıb Bakıdakı Hərbi Qənimətlər Parkına baxsınlar, bəlkə, o zaman reallığı dərk edərlər”, - Milli Məclisin deputatı vurğulayıb.

 

“Türkiyə hər zaman olduğu kimi, Vətən müharibəsində də tərddüdsüz Azərbaycanın yanında oldu, mənəvi-siyasi dəstək göstərdi. Məhz bu dəstək kənar qüvvələrin prosesə müdaxilə etmək istəklərini gözündə qoydu. Türkiyənin hərbi-siyasi qüdrəti heç kimə sirr deyil. Regionun lider dövləti hesab olunur. Biz Türkiyə ilə qardaş münasibətindəyik, bütün sahələrdə əməkdaşlıq edirik. Münasibətlərimizin bu səviyyəyə çatmasında hər iki ölkənin prezidentlərinin danılmaz xidmətləri olub. Prezident İlham Əliyev müsahibəsində gələcək nəsillərə də tövsiyə edərək bildirdi ki, bizim yolumuzu davam etdirsinlər, dostluq və qardaşlıq münasibətinə sadiq olsunlar”, - S.Möhbalıyev əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam