Redaktor seçimi
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Günün xəbəri

Qoşulmama Hərəkatından Azərbaycana böyük etibar: -İlham Əliyevin qlobal NÜFUZU

Qoşulmama Hərəkatından Azərbaycana böyük etibar: İlham Əliyevin qlobal NÜFUZU

Azərbaycan Qoşulmama Hərəkatına daha bir il sədrlik edəcək: ölkəmizin 2022-ci ildə bitməli olan sədrlik dövrü QH üzv dövlətlərinin istəyi ilə 2023-cü ilə qədər uzadılıb.

Yenixeber.org: Sədrlik gələn il Uqandaya keçməli idi, lakin bu ölkənin Zirvə toplantısını 2023-cü ildə qəbul edə biləcəyini açıqlamasından sonra QH üzv dövlətlər Bakının daha bir il hərəkata sədrlik etməsini istədilər və Azərbaycan bu müraciət müsbət cavab verdi.

Qoşulmama Hərəkatı özündə 120 dövləti birləşdirir və dünyada BMT-dən sonra ən böyük beynəlxalq təşkilatdır. Azərbaycanın bu qədər böyük və nüfuzlu təşkilata sədrlik etməsi, sədrlik müddətinin daha bir il uzadılması istəyi də ölkəmizin beynəlxalq nüfuzundan qaynaqlanır.

Niyə Azərbaycan?

Ölkəmizə göstərilən bu etimad Azərbaycan Prezidenti İlham Əliyevin nin qlobal liderlik səylərinə verilən yüksək qiymətdir. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə Hərəkatın beynəlxalq nüfuzunun, təsirinin gücləndirilməsi, Hərəkat üzvlərinin marağının, beynəlxalq hüququn və ədalətin müdafiəsi istiqamətində ciddi işlər həyata keçirdi. Koronavirus pandemiyasının törətdiyi fəsadlara baxmayaraq, Azərbaycan vəziyyətə çevik və adekvat reaksiya verərək, sədrliyini müvəffəqiyyətlə həyata keçirdi.

Qlobal bəlaya qarşı mübarizənin lideri

Covid-19 pandemiyası bütün dünyada təlatümlər yaradarkən, beynəlxalq münasibətlərdə də ciddi risklər yarandı. Prezident İlham Əliyev pandemiyaya qarşı qlobal mübarizənin liderləri sırasında dayandı. Azərbaycan lideri Qoşulmama Hərəkatının sədri kimi hərəkətə keçdi.

- Pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirildi;
- BMT İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölgüsünə dair qətnamə qəbul olundu;

Bu, Azərbaycanın və onun liderinin təşəbbüsləri ilə reallaşdı və bu addımlar Qoşulmama Hərəkatının da imicinin möhkəmlənməsinə böyük töhfə verdi.

Bununla yanaşı, Azərbaycanın sədrliyi dövründə Hərəkatın beynəlxalq müstəvidə daha da güclənməsinə böyük töhfələr verildi, onun digər təşkilatlarla əməkdaşlığının qurulmasında mühüm addımlar atıldı. 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının pandemiya ilə mübarizə mövzusunda keçirilmiş sammitində tarixdə ilk dəfə olaraq Avropa İttifaqının yüksək rəsmilərinin çıxış etməsi bunun nümunəsidir. Azərbaycan bu təşəbbüslə bütün dünyanı bəşəri bəlaya qarşı birləşdirdi və QH-nin əlaqələrini genişləndirdi.

- 4 may 2020-ci il tarixində keçirilmiş QH-nin COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü formatında iclası;
- 3-4 dekabr 2020-ci il tarixlərində baş tutmuş BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizə üzrə xüsusi sessiyası;
- BMT-nin İnsan Hüquqları Şurası tərəfindən 22 mart 2021-ci il tarixində qəbul edilmiş pandemiyaya qarşı peyvəndlərin ədalətli və bərabər bölüşdürülməsinə dair qətnamə;
- Hərəkatının tarixində ilk dəfə olaraq Azərbaycan sədrliyinin təşəbbüsü ilə QH Modeli Beynəlxalq Simulyasiya Təliminin təşkil edilməsi;

Bunlar Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə həyata keçirilmiş böyük proseslərdir.

Azərbaycan COVİD-19 ilə mübarizə məqsədilə bir sıra QH üzvlərinə də maliyyə və humanitar yardımları da əsirgəməyib. Misal üçün, Azərbaycan Özbəkistana 50 min doza Astro Zeneka vaksini verdi. COVAX qlobal təşəbbüsünün tərəfdaşı kimi UNİCEF Azərbaycan tərəfindən Özbəkistana 50 min doza Astro Zeneka vaksininin verilməsini alqışlayır. UNİSEF hesab edir ki, ölkələrin sürətli və bərabər şəkildə vaksinlər əldə etmək imkanı təmin olunmadan, dünya COVİD-19 virusunun öldürücü mutasiya risklərinə məruz qalmaqda davam edəcək.

Azərbaycan koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar könüllü maliyyə yardım ayırıb və təsadüfi deyil ki, bu vəsaitin 5 milyon dolları koronovirusdan ən çox zərər çəkən Qoşulmama Hərəkatı üzvlərinə ayrıldı. Azərbaycan təkcə qlobal səviyyədə vaksin bərabərliyini təşviq etməklə kifayətlənmir, həm də Ümumdünya Səhiyyə Təşkilatına, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı ayırmaqla, dost ölkələrə vaksin verməklə onların pandemiya ilə mübarizəsini dəstəkləməklə bu istiqamətdə əməli fəaliyyət göstərərək qlobal səviyyədə örnək rolunu oynayır.

Bütün bunlar Azərbaycanın və onun lideri Prezident İlham Əliyevin beynəlxalq nüfuzunun nümunəsidir. Ölkəmizin Qoşulmama Hərəkatına əlavə 1 il sədrlik etməsi də bunun nəticəsi hesab oluna bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam