Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Erməni analitik gileyləndi: -Daha Qarabağın "bayrağını" asa bilmirik

Erməni analitik gileyləndi:   Daha Qarabağın "bayrağını" asa bilmirik
Siyasi analitik Qaqik Ambaryan Ermənistanın daha “Artsax” adında keçmiş qondarma qurumla bağlı əvvəlki davranışlar sərgiləyə bilməməsindən gileylənib.
Yenixeber.org: Erməni mediası Ambaryanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyan haqqında iddialarını dərc edib. Analitik düşünür ki, kapitulyasiyadan sonra İrəvan Bakının dediyi ilə oturub durur:

"İyulun 9-da iki xain görüşdü- cəmiyyəti aldadan, 44 gün ərzində Qarabağı Azərbaycana qaytaran Nikol və onun Qarabağ klonu Arayik. Yayılan fotolardan belə bir fakt ortaya çıxdı ki, görüş zamanı Qarabağın "bayrağı" (Keçmiş qondarma rejim olan "Artsax bayrağı”-red.) asılmayıb".

Ambaryan qeyd edib ki, əslində burada təəccüblü bir şey də yoxdur. Çünki Azərbaycandan Paşinyana xəbərdarlıq olunub ki, o "Artsax"dan, yaxud da ümumilikdə Dağlıq Qarabağdan bəhs etməsin. Bu səbəbdən də Ermənistan rəhbəri "təlimat"a uyğun davranmaq məcburiyyətində qalıb.

"Yeri gəlmişkən, Azərbaycanın yeni inzibati ərazi bölgüsü nəticəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı. Ermənistanı yeni fəlakətlər gözləyir",-erməni analitik xalqı üçün bədbin proqnozlar verib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam