Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Artsax Müdafiə Ordusu yaxın zamanda ləğv ediləcək” -Erməni səfirdən sensasiyalı açıqlama

“Artsax Müdafiə Ordusu yaxın zamanda ləğv ediləcək” - Erməni səfirdən sensasiyalı açıqlama

Ermənistan mediası və Telegram kanalları sensasion bir məlumat yayıblar. Məlumatda iddia olunur ki, Qarabağdakı erməni silahlı birləşmələri yaxın zamanda tərkisilah ediləcək. Xəbərin qaynağı kimi Ermənistanın Vatikandakı keçmiş səfir, sabiq prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan göstərilir.

Yenixeber.org: Minasyan deyib ki, Nikol Paşinyan və Vaqarşak Arutyunyan artıq buna razılıqlarını veriblər. "Artsax milisinin, ya da Artsax qvardiyasının və ya daxili polisin adının verilməsinin fərqi yoxdur, problem ondadır ki, Artsax artıq təhlükəsizliyini təmin edə bilməyəcək".

Qondarma rejimin adından bölgədə yerləşdirilmiş silahlıların Ermənistana bağlı olmasına kimsədə şübhə yoxdur. 10 noyabr 2020-ci ildə imzalanmış üçlü sazişin 4-cü bəndinə əsasən, bu silahlılar Azərbaycan ərazilərindən, o cümlədən də Xankəndi, Ağdərə, Xocalı, Xocavənd və hər yerdən çıxarılmalıdır. Azərbaycan bunda israr edir, bütün formatlarda bu məsləni qaldırır və görünən budur ki, bu israrın nəticələri vardır. Ermənistana bağlı silahlılar məhz 10 noyabrda imzalanmış saziş əsasında Azərbaycandan çıxmalı, onların yerinə Rusiya sülhməramlıları dinc erməni əhalisini qorumalıdır. Proses bu sonluğa doğru başlayıb.

Bundan sonra da məlumdur: ilk növbədə Ağdərə - Kəlbəcər yolu açılacaq, daha sonra Xankəndinə Azərbaycan əhalisi (Xankəndindən qaçqın düşənlər) qaytarılacaq, daha sonra ...qarışıq əhali yaşayan məntəqələrdə Azərbaycan polis idarələri qurulacaq, orada fəaliyyət göstərmək üçün yerli ermənilər işə alınacaq və s...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam