Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Alnında xain damğası olan qorxaqsan” -Sarkisyandan Paşinyana sərt sözlər

“Alnında xain damğası olan qorxaqsan”  - Sarkisyandan Paşinyana sərt sözlər
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan baş nazir Nikol Paşinyanı qorxaq və xain adlandırıb.
Yenixeber.org: Paşinyana cavab bəyanatı Sarkisyanın ofisi tərəfindən “Facebook”da yayımlanıb.

“Qarabağ problemi ilə bağlı danışıqlar prosesi barədə kim nə deyirsə, susmalısan, Nikol Paşinyan. Sən, dediyin kimi, danışıqları aparan ölkənin bütün əvvəlki rəhbərlərindən proses barədə ətraflı məlumat almağı lazımsız hesab etdin. Danışıqlar prosesinin mənasını və məqsədini hələ də anlamırsan".

Sarkisyan baş naziri siyasi rəqiblərinə hücum etməkdə və erməni xalqının düşməni qarşısında diz çökməyə hazır olmaqda günahlandırıb:

“Qorxaqlara xas manipulyasiya fəndləri ilə həyasızcasına yalan danışa və tarixi saxtalaşdıra bilərsən, hər şeyi utancverici məğlubiyyətini ört-basdır edəcək və məsuliyyətdən yayınacaq bir şəkildə quraşdıra bilərsən".

Sabiq prezident gələcəkdə bu və digər bir çox məsələni ətraflı şəkildə izah edəcəyini deyib:

“Bundan sonra müstəqil Ermənistanın bütün keçmiş hakimiyyətlərinin torpaqları qazanan və azad edən, vətəni ləyaqətlə qoruyan hakimiyyət olaraq tarixə düşəcəyi, sənin isə kreslonu qorumaq üçün “Artsax” (Qarabağ-red) torpaqlarını təslim edən ləyaqətsiz bir şəkildə məğlubiyyətə uğrayan, alnında xain damğası olan lider kimi tarixə düşəcəyin artıq bir həqiqətdir. Tarix faktlara yazılır".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam