Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Türkiyənin Qarabağda hərbi mövcudluğu rəsmiləşə bilər” –Ərdoğan hansı böyük müqaviləni nəzərdə tutur? (ŞƏRH)

 

Azərbaycan və Türkiyə arasında böyük miqyaslı müqavilə Şuşada imzalanacaq.
Yenixeber.org: Geniş miqyaslı müqavilənin Şuşada imzalanmasının xüsusi əhəmiyyəti var və böyük ehtimalla Türkiyənin Azərbaycanda – Qarabağda hərbi mövcudluğu rəsmiləşə bilər.
Ərdoğanın imzalanacaq müqaviləni “Türkiyə və Azərbaycan arasında ən böyük saziş” adlandırması və Şuşadan öncə Füzuliyə gəlməsi bu kontekstdə diqqət çəkir.
Füzulidə hava limanının inşa edilir, il ərzində uçuş-eniş zolağı istifadəyə veriləcək. Türkiyənin Azərbaycanda hərbi hava bazasının yaradıla biləcəyini və bunun Zəngəzur dəhlizinə yaxın bölgədə – Zəngilanda ola biləcəyini yazmışdıq. Mümkündür ki, bölgə olaraq Füzuli seçilsin.
Birincisi, Füzuli hava limanının inşası daha tez başa çatdırılacaq;
İkincisi, Türkiyənin Füzulidə hərbi mövcudluğu Zəngəzur dəhlizinə coğrafi yaxınlıqla yanaşı, İrandan gələcək biləcək təhlükələrə qarşı da qalxan rolunu oynaya bilər;
Türkiyənin Azərbaycanda hərbi mövcudluğunun rəsmiləşməsinin hərbi baza olaraq yox, başqa formada ola biləcəyi də istisna deyil. Əsas məsələ bu mövcudluğun rəsmiləşməsidir.
Ərdoğanın Şuşadan öncə Füzuliyə gəlişi Füzuli hava limanının Türkiyə ordusunun istifadəsinə verilə biləcəyi ehtimalı da önə çıxarır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam