Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Füzuli hava limanı: -“yumşaq güc” diplomatiyası və strateji addım

 

Füzulidə beynəlxalq hava limanının inşa ediləcəyi açıqlanandan sonra bu sual müzakirə mövzusuna çevrildi, hərçənd, cavablar çox da dərində deyil.

- Niyə yeni hava limanı?
- Niyə Füzuli?


Yenixeber.org: Bu iki sual kontekstində Azərbaycanın nə etmək istədiyini və niyə Füzulidə etdiyini anlamaq olar.

- Şuşa Azərbaycan mədəniyyətinin paytaxtı elan olundu;
- Bu il Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günləri keçiriləcək;
- Bu tədbirlərə xarici qonaqlar da dəvət olunacaq;
- İl ərzində Füzuli hava limanının ən azı uçuş-eniş zolağı istifadəyə veriləcək;

Prezidentin açıqlamasından aydın olur ki, Şuşada beynəlxalq səviyyədə keçiriləcək mədəni tədbirlər bu il ərzində nəzərə tutulur və bunun üçün yeni hava limanı lazımdır. Bu baxımdan, Azərbaycan yeni hava limanının inşaasına başlayır, il ərzində uçuş-eniş zolağı yaradılır və xarici qonaqların gəlişi daha asan və təhlükəsiz olur.

Azərbaycan mədəniyyətinin paytaxtı olan Şuşada mədəni tədbirlərin keçirilməsi və xarici qonaqların dəvət edilməsi “yumşaq güc” (soft power) diplomatiyasına hesablanıb: işğaldan azad edilmiş torpaqların xarici platformalarda təbliği; xarici investisiyanın cəlb edilməsi (xarici investorların əsas şərti təhlükəsizlikdir, mədəni tədbirlərin adətən təhlükəsizlik mühitdə keçirilməsi mümkün olur, Azərbaycan bununla bölgənin təhlükəsiz olduğunu nümayiş etdirəcək və bütün bunlar üçün infrastruktur – hava limanı, nəqliyyat yolu vacibdir); xarici qonaqların Şuşaya gətirilməsi ilə işğaldan azad olunan bölgələrin Azərbaycan ərazisi kimi ilk dəfə beynəlxalq ictimaiyyət qarşısında təqdimatı olacaq;

Füzulidə hava limanının inşasının uzaq perspektivdə daha genişmiqyaslı hədəfi var:

1. Azərbaycan-Türkiyə arasında yük daşımaları: yüklər hava limanına daha rahat şəkildə daşına və Naxçıvan dəhlizindən qardaş ölkəyə aparıla bilər, yaxud əks-marşrutla;

2. Çindən gələcək yüklərin Bakı-Tbilisi-Qars dəmiryolu vasitəsilə daşınması ilə yanaşı, Füzuli hava limanına gətirilməsi, Naxçıvan dəhlizi üzərindən Türkiyəyə, oradan da Avropaya çıxışı, yaxud əks-marşrut üzrə daşınması təmin edilə bilər;


Azərbaycan bununla həm də tranzit olduğu beynəlxalq daşımanın daha səmərəli olması üçün alternativ yollar da yaradır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam