Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

İrəvan Putinin köməkçisini yalançılıqda ittiham etdi

 

İrəvan Putinin köməkçisini yalançılıqda ittiham etdi
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin liderlərinin 6 dekabr tarixində nəzərdə tutulan sammitinin ləğvini xahiş etməyib.
Yenixeber.org: Bunu Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın mətbuat katibi Arman Yeqonyan deyib. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakovun sammitin təxirə salınmasilə bağlı söylədikləri həqiqətə uyğun deyil. 

“Ermənistan KTMT-nin sammitinin təxirə salınmasını təklif etməyib. 2 dekabrda Nikol Paşinyanın bununla bağlı jurnalistlərə açıqlaması olub və hər şey onun söylədiyi kimidir”, – Yeqonyan bəyan edib. 

Qeyd edək ki, bir neçə saat əvvəl Uşakov KTMT-nin 6 dekabrdakı sammitinin Ermənistanda keçirilməsi nəzərdə tutulan növbədənkənar parlament seçkiləri ilə əlaqədar dəyişdirildiyini bildirib: “Astanadakı görüşdə liderlər növbəti sammitin 6 dekabrda keçirilməsi barədə razılığa gəlmişdilər. Lakin 9 dekabr parlament seçkiləri ərəfəsində keçirilən seçki kampaniyasını əsas gətirən Ermənistan hökumətinin xahişi nəzərə alınaraq, KTMT-nin sammitini keçirməməyi qərarlaşdırdıq”.

2 dekabrda Paşinyan isə bildirmişdi ki, sammitin təxirə salınması barədə təklif Putindən gəlib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam