Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Lukaşenko və Nazarbayev Paşinyana rədd cavabı verdi

 

Lukaşenko və Nazarbayev Paşinyana rədd cavabı verdi
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturovun dəyişdirilməsi məsələsi ilə bağlı üzv ölkələrlə məsləhətləşmələr davam etdirilir.

 Yenixeber.org: Bu barədə Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan jurnalistlərə açıqlamasında bildirib.
Bu günlərdə baş nazir Nikol Paşinyanın KTMT-də baş katib dəyişdirilsə də, Ermənistanın bu postu əlində saxlaya biləcəyinə dair hər cür əsasa malik olduğunu bəyan etməsinə diqqət çəkən jurnalistlər Mnatsakanyandan bununla bağlı şərh istəyiblər. Lakin o, məsələyə dair şərh verməkdən imtina edərək, sadəcə “danışıqlar davam edir” deməklə kifayətlənib.



Ermənistan və Rusiyadakı analitik mərkəzlər isə Paşinyanla eyni nikbinliyi bölüşmürlər. Rusiyalı hərbi ekspert Vladimir Yevseyev hesab edir ki, Xaçaturovdan sonra Ermənistan KTMT-dəki baş katib postundan məhrum olacaq.

“Paşinyanın nikbinliyi özünü doğrultmayacaq. Çünki Xaçaturovdan sonra baş katib postunun Ermənistanda qalması üçün Paşinyan Lukaşenko və Nazarbayevlə söhbət edib. Lakin aydın olub ki, onlar Paşinyana rədd cavabı veriblər və Ermənistan bu məsələdə dəstəksiz qalıb. KTMT-nin yaxın zamanda baş tutacaq növbəti sammitində baş katib postu Belarusa keçəcək”, – deyə Yevseyev vurğulayıb. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam