Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Lavrov niyə İrəvandan birbaşa Bakıya gəlmədi? - Səfərin ara ilə salınmasının İLGİNC SƏBƏBLƏRİ

 

 Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvana səfərinin ardınca nədən birbaşa Bakıya gəlməməsi maraq doğursa da bunun tutarlı cavabını hələlik verən yoxdur. Bəzi mütəxəssislər faşizm üzərində qələbənin 76-cı ildönümünə həsr olunmuş təntənəli tədbirlərin görüş ərəfəsinə düşdüyünü səbəb gətirirlər. Amma mənim fikrimcə, səfərlərin ara ilə salınması da məqsədyönlü olub”.

Yenixeber.org: Bu fikirləri politoloq Əlimusa İbrahimov səsləndirib. O bildirib ki, Rusiyanın xarici işlər naziri İrəvanda apardığı uğurlu görüşlərdən sonra Putinlə məsləhətləşməyə ciddi ehtiyac duyub: “Ermənistan paytaxtında baş nazirin vəzifəsini icra edən Nikol Paşinyan və XİN rəhbəri Ara Ayvazyanla aparılan görüşlər zamanı əldə eilən nəticələri Rusiya Xarici Xidmət idarəsinin həqiqətən uğuru saymaq olar. “Kommersant” qəzetinin də daxil olduğu Rusiyadakı bəzi mətbuat orqanları iki ölkə hökuməti arasında bioloji təhlükəsizliyin təmin edilməsi sahəsində imzalanan qarşılıqlı anlaşma memorandumunu səfərin ən uğurlu nəticəsi hesab edirlər. Sənəd iki ölkənin təkcə tibbi-bioloji sahədə əməkdaşlığını nəzərdə tutmur, o həm də Rusiya Səhiyyə Nazirliyi, Müdafiə Nazirliyi və Rusiya Federal Təhlükəsizlik Xidmətininin mütəxəssislərinə Ermənistanda Pentaqonun vəsaiti ilə tikilmiş bioloji laboratoriyaya daxil olmağa şərait yaradacaq. Bu laboratoriyanın təmir edilməsinə Amerika hərbçiləri 10 milyon dollar pul xərcləmişdilər. Bununla da, Rusiya Gürcüstan, Ukrayna və Qazaxıstandakı analoji laboratoriyada hansı tədqiqatların aparılması haqqında məlumat əldə etmək imkanına malik olacaq. Ermənistandakı bu cür uğurlu gedişdən sonra Azərbaycan rəsmiləri ilə aparacağı görüşlər zamanı Sergey Lavrovun qovluğundan hansı məsələlər çıxacağı ciddi maraq doğurur”.

Politoloqun sözlərinə görə, Azərbaycan həbsxanalarında məhkəmənin hökmünü gözləyən erməni terrorçularının məsələsinin danışıqlar zamanı prioritet olacağı məlumdur: “Sergey Lavrovla görüşü zamanı Ara Ayvazyan bu məsələni ən ciddi problem adlandırıb və Azərbaycanda həbsdə olan ermənilərin qısa zamanda azadlığa çıxmasının vacibliyini vurğulayıb. Amma Ayvazyan bir məsələni unudur ki, həbsxanadak ermənilər hərbi əsirlər deyil, Azərbaycan ərazisində diversiya törətməyə göndərilmiş terrorçulardır. Lavrov və Ayvazyanın tez-tez müraciət etdikləri beynəlxalq hüquqda terrorçuların cəzasız buraxılması haqqında heç nə deyilmir. Dünya dövlətləri təcrübəsində də terrorçuları cəzasız buraxılma hallarına rast gəlinmir. Putinin terrorçulara ünvanlanmış “nəfəslərini kəsmək “ ifadəsi hələ də yaddaşlardadır. Minsk qrupunun Rusiya, Fransa və Amerikadan olan həmsədrləri – İqor Popv, Stefan Viskonti və Endryu Şofer də ermənilərin geri qaytarılması ilə bağlı Azərbaycan hökumətinə müraciət ediblər. Amma Azərbaycanın məntiqli izahı beynəlxalq təşkilata vəziyyəti başa düşməkdə kömək edib. Onlar da həbsdəki ermənilərin terrorçu olduğunu bilirlər, lakin ikili standartdan yaxa qurtarmamaları bunu səsləndirməyə imkan vermir. İstənilən halda, iyunun 20-nə nəzərdə tutulan növbədənkənar parlament seçkilərinə qədər ermənilərin evlərinə dönəcəklərinə İrəvanda inamalarını itiriblər”.

Ermənistan təklənir”

Əlimusa İbrahimov onu da bildirib ki, Moskva bu və ya digər ciddi məsələlərin qısa zamnda həll olunmasında israrlıdır: “Çünki bu məsələləri həll etmədən üçtərəfli sülh müqaviləsində nəzərdə tutulan kommunikasiyaların açılmasını həyata keçirmək mümkün deyil. Digər tərəfdən, Rusiya Azərbaycanı yaxın gələcəkdə Avrasiya İqtisadi Birliyi ( EAЭS) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (ОДКБ ) salmaq üçün ciddi cəhd göstərir. Burada Ermənistanın razılığı olmadan keçinmək mümkün deyil. Hətta qeyri – rəsmi məlumatlara görə ermənilər Azərbaycanın baş naziri Əli Əsədovun 29 apreldə Kazan şəhərində keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclasında müşahidəçi qismində iştirak etməsinə mane olublar. Amma Avrasiya İqtisadi Şurasına daxil olmayan Tacikistanın Baş Naziri Kohir Rəsulzoda bu iclasda maneəsiz iştirak edə bilib. Rusiyanı tələsməyə məcbur edən digər səbəb iyunun 20-nə təyin olunmuş növbədənkənar parlament seçkilərində Nikol Paşinyanın tam qələbə çalmasına kömək etmək istəməsidir. Ermənilərin İrəvana geri verilməsi təbii ki. Paşinyanın aktivinə yazılacaq və onun seçki kompaniyası üçün çox gözəl hədiyyə olacaq. Amma Azərbaycanın da Ermənistan və Rusiya qarşısında irəli sürəcəyi ciddi məsələlər var və bu məsələlərdə razılıq əldə olunmasa, heç kim terrorçuların azad edilməsi üçün bizə təzyiq göstərə bilməz. Biz bundan da artıq təzyiqləri qarşısında boyun əymədiyimizi artıq sübut etmişik”.(konkret.az)

Müşviq Tofiqoğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam