Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

YAP-çı deputat kənar müdaxilələri yolverilməz hesab edir.

 

 

“Hərbidə baş verən hadisələr haqda bəzən mətbuatda həqiqətə uyğun olmayan söhbətlər daha çox yayılır”. 


"xeberinfo.com": Bunu  açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə bildirib. 
    O deyib ki, yayılan həmin yanlış xəbərlərə isə reaksiya verilmir: “Cəmiyyətdə isə belə bir təəssürat yaranır ki, verilən xəbər və şərhlər doğurdan da həqiqətdir. Görünür bu məsələnin ictimai müzakirəyə çox böyük ehtiyacı var”. 
    A.Mirzəzadə qeyd edib ki, mətbuat hərbi ilə bağlı məlumatlar verən zaman diqqətli olmalıdır: “Xatırlayıram ki, 1992-ci ildə müharibə getdiyi dövrdə mərkəzi qəzetlərin birində döyüş bölgəsində olan bir kənd haqqında məlumat verilmişdi. Xəbərdə döyüşçülərimiz, silah və texnikanın sayı, ermənilərin bura gəlib çıxa bilməməsinin səbəbi fəxrlə yazılırdı. Sabahısı gün Ermənistan hərbi birləşmələri həmin kəndi tutdular. Yəni bu özü göstərir ki, ordunun məxfi qurum olduğu nəzərə alınmalıdır. Bilmək lazımdır ki, orduya kənar müdaxilələr yolverilməzdir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam