Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“Nazirliyin əməkdaşları hərbi sirr yayıblar”

 

 

     "xeberinfo.com": “Müdafiə Nazirliyinin tankların cəbhə bölgəsinə yığılması ilə bağlı xəbərlərə indi reaksiya verməsi çox üzücüdür.” Bu fikiri açıqlamasında hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov deyib. 
    O, bildirib ki, şişirdilmiş məlumatlardan əleyhimizə istifadə edilməsinə yol vermək olmaz: 
“Mən düşünürdüm ki, bu söz-söhbət ictimailəşəndən sonra rəsmilər bu məsələyə reaksiya verəcək və məlumatların həqiqətə nə qədər uyğun olub olmamasına münasibət bildirəcək. Həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənardan guya tankların və digər ağır texnikanın cəbhə bölgəsinə yığılması ilə bağlı məlumatlar o qədər şişirdildi ki, hətta bizi istəməyən qüvvələr də bundan yararlanmağa başladılar.”
Hərbi jurnalist iddia edir ki, nazirliyin bəzi əməkdaşlarının səhvi nəticəsində bu cür yanlış xəbəbərlər ictimaiyətə yayılıb:
“Üstündən on gün vaxt keçəndən sonra Baş Qərargah rəisi bu məsləyə qısa münasibət bildirdi ki, xəbərlər həqiqətə uyğun deyil. Əslində isə, o bir vəzifəli şəxs kimi borclu idi ki, bir qədər fərqli danışsın. Lakin onun bu məsələnin üstündən bir qədər sükütla keçməsi ona görə baş verdi ki, bizim MN-də oturan vəzifəli şəxslər çox kobud və hərbi sirrin yayılması ilə müşayət olunan bir iş görüblər. Mən indi burda o məsələni açıb-ağartmaq istməzdim, amma buraxılan səhvin nəticəsi idi ki, müxtəlif sayiələr və dedi-qodular bu səviyyədə yayıldı. Bir sözlə, müharibə şəraitində olan ölkənin generalları ən xırda detalları belə diqqətdən qaçırmamalıdırlar. Və hər şeyə çevik və operativ reaksiya verməlidirlər.”

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam