Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sərhəddəki yüksəkliklər Azərbaycanın nəzarətinə keçdi - Ermənilər təşviş içində

Sərhəddəki yüksəkliklər Azərbaycanın nəzarətinə keçdi -  Ermənilər təşviş içində

Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası sənədlərə əsasən aparılır.

Yenixeber.org: Erməni mediası xəbər verir ki, bu barədə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

Qriqoryan Müdafiə Nazirliyinin bəyanatını təkrarlayaraq qeyd edib ki, Ermənistan öz ərazilərini güzəştə getməyəcək.

O, sərhəd zonasındakı yüksəkliklərin Azərbaycana qaytarılması ilə Ermənistan ərazisindəki yaşayış məntəqələrinin də nəzarətə götürülə biləcəyi barədə mülahizələrə cavab olaraq bildirib:  “Doğrudur, bu bizim üçün bir çox çətinliklər yaradır. Lakin biz başa düşməliyik ki, hazırda sərhədlərin delimitasiyası həyata keçirilir. Danışıqlar isə sənədlər əsasında aparılır”.

Bundan əvvəl Qafanın meri Qevork Parsyan bəyan etmişdi ki, erməni silahlı qüvvələrinin geri çəkilməsi nəticəsində 12 kənd Azərbaycanın  hədəfinə düşüb. “Söhbət  David-Bek, Kaxnut, Ujanis, Eqvard, Aqarah, Ditsmayri, Sünik, Qexanuş, Çakaten, Şikaox, Nerkin And və Tsav kəndlərindən gedir”, - deyə o bildirmişdi.

Erməni silahlı qüvvələrinin mövqelərindən geri çəkilməsi sərhədlərin delimitasiya və demarkasiya prosesi çərçivəsində baş verib. Bu isə etirazlara səbəb olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam