Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Paşinyanın arvadından Köçəryana ŞOK CAVAB:10 milyon dollar...

 

Paşinyanın arvadından Köçəryana ŞOK CAVAB: 10 milyon dollar...

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın arvadı Anna Akopyanın rəhbərlik etdiyi “Aykakan Jamanak” nəşri Robert Köçəryanın oğlu Levon Köçəryanın nəşrin “saxta informasiya” yayması ilə bağlı iddialarına cavab verib.

 Yenixeber.org: Nəşr sabiq prezidentin hər iki oğlunun İrəvanda xidmət keçdiyini və hərbi hissədə gecələmədiyi iddiasını bir daha vurğulayıb.

“Paşinyan Köçəryanın oğullarının xidmətdə olmadığını deməyib. O, sadəcə, oğlu Qarabağda xidmətdə olan yeganə rəhbər olduğunu bildirib. Onlar hərbi qulluqçu kimi Qarabağda bir gün belə keçirməyiblər. Yeri gəlmişkən, bəzi məlumatlara görə, xidmətin sona çatmasından dərhal, ya da çox qısa müddət sonra onların hesabında 10 milyon dollar və daha çox vəsait olub”, - nəşr yazıb.

Nəşr Levon Köçəryanın fotoları ilə verdiyi cavaba da münasibət bildirib. Levon Köçəryanın fotolarını paylaşdığı ərazinin Ermənistanın Lori bölgəsi olduğu qeyd olunub.

Qeyd edək ki, bundan öncə Paşinyan Köçəryanın oğlu Levonun adının hərbi hissədə olsa da, bir gün də kazarmada yatmadığını bildirmişdi. Bunun ardınca isə Köçəryan oğlunun hərbi hissədən olan fotolarını paylaşmaqla, qarşı tərəfi yalançılıqda ittiham etmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam