Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Ermənistan mətbuatı Rusiya səfirini “vurdu”: -“Qış yuxusundan ayıldı”

Ermənistan mətbuatı Rusiya səfirini “vurdu”:  “Qış yuxusundan ayıldı”
Ermənistan mətbuatı Rusiyanın İrəvandakı səfirliyini sərt şəkildə tənqid edib.
 Yenixeber.org: Ölkənin aparıcı nəşrlərindən olan "Hraparak" rusiyalı səfiri "vuran" yazı yayımlayıb.

Məqalədə qeyd edilir ki, "Hraparak" səfir Sergey Kopırkin haqqında bir iddia paylaşandan sonra gərginlik yaşanıb. İddia Ermənistandakı siyasi müxalifətin Rusiya səfirindən narazı olması və onların Sergey Kopirkinin Moskvaya geri çağırılması üçün hər şey etmələri, Rusiya rəhbərliyinin də baş nazir Nikol Paşinyanın vəzifədən uzaqlaşdırılmasında maraqlı olmasından ibarətdir. Bu mövzuda məqalə dərc edilən kimi Rusiya səfirliyi "Hraparak"ı o qədər ciddiyə alıb ki, media qurumundan təkzib verilməsi, nəşrin bu mövzuda ortaya dəlil qoyması istənilib:

"Əlbəttə ki, "Hraparak" buna görə səfirə etiraz etdi və qeyd edildi ki, Rusiya mühitində mətbuata və jurnalistlərə münasibətdə belə bir tonda danışmaq adət ola bilər. Amma Ermənistanda biz tamamilə fərqli münasibət və danışıq tərzinə öyrəşmişik, azadlıq, fikir azadlığı dəyərlidir. Xüsusilə də jurnalistika və söz azadlığı. Səfirliyin cavabının operativliyi və sərtliyi bizim nəşrin mövzuda haqlı olduğumuzu göstərdi".

Nəşr daha sonra yazıb ki, onlar gərginliyin yaşanması iddiası ilə bağlı haqlı olmalarına, mediaya qarşı fərqli mövqeyə növbəti günlərdə də əmin olublar:

"Səfirin vətəndaşlar üçün qəbul təşkil edib-etməyəcəyi, xüsusən əsirlərin yaxınları ilə görüşüb-görüşməməsi ilə bağlı sorğu göndərdik. Əlbəttə ki, bizə bir cümlə ilə belə cavab verilmədi․ Şərhsiz... Ertəsi gün isə səfirlik vətəndaşların qəbulu üçün növbə elan etdi. Ancaq səfir Kopırkinin xüsusilə siyasi müxalifətin təmsilçiləri və liderləri ilə görüşləri daha diqqətçəkən oldu. Məsələn, Rusiya səfirliyində David Şahnazaryanla, birinci prezident Levon Ter-Petrosyanla olan görüşlər. Bundan sonra səfirin Ermənistanın ikinci prezidenti Robert Köçəryan və üçüncü prezidentlə də görüşəcəyi barədə şayiələr yayıldı. Həmçinin Qagik Tsarukyanla görüş baş tutdu. Dünən isə səfir Kopırkinin "Alyans" partiyasının ilin sonunda elan etdiyi platforma təşəbbüsünü alqışladığı məlum oldu. Partiya yeni növ Ermənistan-Rusiya ittifaqı yaratmağı təklif etmişdi.

Belə bir təəssürat yaranır ki, səfir “qış yuxusundan” ayılıb və Ermənistanın siyasət sahəsi, qeyri-hökumət sektoru ilə, xüsusən müxalifətlə münasibətlərini normallaşdırmağa çalışır. Bu da onu sübut edir ki, nəşrimizin yazdıqları bir reallıq idi. Başqa sözlə, səfir “siyasi favoritlik” prosesinə başlayıb. Əlbəttə ki, bu dövrdə hakimiyyət nümayəndələri ilə görüşlər də oldu. Bu isə Rusiya dövlətinin və Ermənistandakı diplomatik təmsilçisinin davranışının ikili yanaşmada olmasına dəlalətdir: "nə şiş, nə də kabab yandırıldı".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam